Məhkəmə qərarları › İş №2(043)-3554/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3554/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3554/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X4 05 fevral 1992-ci ildə Şuşa şəhərində ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, qardaşı X5, 07 iyun 1967-ci ildə Kirovabad şəhərində (indiki Gəncə) anadan olmuşdur. 1974-cü ildə Kirovabad şəhəri Nekrasov adına 19 saylı orta məktəbə daxil olub və 1984-cü ildə həmin məktəbin 10-cu sinfini bitirib. Eyniliklə 1983-ci ildə Kirovabad şəhəri 2 saylı musiqi məktəbinin qarmon ixtisası üzrə təhsilini başa vurub. 1986-1989-cu illərdə 3 illik Pribaltika Hərbi Dəniz Donanmasında hərbi xidmətini baş vurub vətənə qayıdıb. 1989-cu ildə Bakı şəhəri Hərbi Dənizçilik məktəbinə daxil olsa da, məktəbi yarımçıq qoyub, 1991-ci ildə 1-ci Vətən Müharibəsinə yollanıb. O, Goranboy batalyonunda və Tərtərdə gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Şuşanın müdafiəsi üçün "Azərbaycan Qarabağı" batalyonunda Şuşaya gətirilib. 1992-ci ilin fevralında kazarmada döyüşçülər arasında çaxnaşma olub, baş vermiş "qondarma sui-qəsd" və müəmmalı atışma nəticəsində qardaşı öldürülüb. Hal-hazırda Şuşa şəhəri azad olunmuşdur, qardaşının ölüm faktının təsdiq edilməsi lazımdır. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu olublar. Ərizəçinin qardaşı Emin ilə uşaqlıq dövrləri bir yerdə keçmişdir. Ərizəçinin qardaşı Emin keçmiş SSR-in tərkibində hərbi xidmətini başa vurduqdan sonra Bakıya təhsil almağa getmişdir.1992-ci ildə 1-ci Qarabağ müharibəsində iştirak etmiş və Şuşada vəfat etmişdir. Onun nəşi qohumlarına verilməmiş və Şüşada dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 07.06.1967-ci ildə anadan olmuş X4 atası X6 , anası X2 qeyd olunmuşdur. AZ-189734 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş Məmmədova (Qayıbova) Tərlan Məmməd qızının atası X6, anası X2 qeyd olunmuşdur. Gəncə şəhəri Kəpəz rayn Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 16.07.2021-ci il tarixli 70 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemi üzrə yoxlama aparılmış 05.02.1992-ci il-ci il tarixdə vəfat etmiş X4 ölümü barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23.07.2021-ci il tarixli, 854 nömrəli məktubdan görünür ki, 1967-ci il təvəllüdlü mərhum X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən hərbi xidmət keçməsi 1-ci Vətən müharibəsində iştirak etməsi və həlak olması haqqında Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 22.07.2021ci il tarixli, 1509 nömrəli məktubdan görünür ki, 1967-ci il təvəllüdlü mərhum X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən hərbi xidmət keçməsi 1-ci Vətən müharibəsində iştirak etməsi və həlak olması haqqında Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Ərizəçinin qardaşı X4 ölümü barədə məlumatları əks etdirən DVD diskə baxış keçirilərkən müəyən olunur ki, sonuncu 05.02.1992-ci il tarixdə Şuşa şəhərində ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi və təqdim olunmuş sübutlarla təsdiq olundu ki, ərizəçinin qardaşı X5 05.02.1992-ci ildə Şuşa şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçinin qardaşı X4 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir, hansı ki, həmin sənədin əldə olunması ərizəçiyə vərəsəliklə bağlı məsələlərin həlli üçün vacibdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin qardaşı X4 05.02.1992-ci ildə Şuşa şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. X4 05.02.1992-ci ildə Şuşa şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar