Məhkəmə qərarları › İş №2(043)-364/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-364/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-364/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək atası X3 1984-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Oxçuoğlu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmanı məhkəmədən xahiş etdi. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası X9 anası X8 ilə xx xxxxxx 1947-ci ildə Ermənistan Respublikasının Leninakan şəhəri, Amasiya rayonunun Oxçuoğlu kəndində ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.1948-ci ildə O, xx.xx.1952-ci ildə Ramazanova (Yusibova) Minayə Rəhim qızı, xx.xx.1954-cü ildə X6 və xx.xx.1956-cı ildə X10 anadan olmuşdur. Mərhum atası X9 Ermənistan Respublikasının Leninakan şəhəri Amasiya rayonunun Oxçuoğlu kəndində x xxxxxx 1984-cü ildə vəfat etmişdir. ünvan 1 mənzil 6-7 ünvanında yerləşən 4 otaqdan ibarət mənzil hazırda mərhum anası X2 adına qeydiyyatdadır. O, anasının miras qalmış mənzili vərəsəlik qaydasında qəbul etməsi üçün notariat ofisinə müraciət etmiş, ondan mərhum valideylərinin nikah haqqında şəhadətnaməsini və mərhum atasının ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. Mərhum atası X9 anası X8 ilə Ermənistan Respublikasının Leninakan şəhəri, Amasiya rayonunun Oxçuoğlu kəndində ailə həyatı quraraq rəsmi nikaha daxil olduqları üçün, eləcə də atası X3 Amasiya rayonunun Oxçuoğlu kəndində vəfat etdiyi üçün valideynlərinin nikah haqqında şəhadətnaməsini və atası X4 ölüm haqqında şəhadətnaməsini əldə etmək mümkün olmadığı üçün Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona imtina edilmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi atası X9 olmuşdur. X9 1984-cü il tarixdə Ermənistan Respublikasının Leninakan şəhəri, Amasiya rayonu Oxçuoğlu kəndində vəfat etmişdir. Həmin dəfn mərasimində o, özü də iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İJ 164571 nömrəli notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X9 anası X1 qeyd edilmişdir. AZ-İ 566043 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə vəfat etmişdir; xx.xx.2006-cı il tarixli 23155 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Kərpic Zavodu qəsəbəsi, bina 6, mənzil 6-7 X2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası X9 1984-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Oxçuoğlu kəndində ölmüşdür. Göründüyü kimi, ərizəçi atası X3 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir, hansı ki, həmin sənədin əldə olunması ərizəçiyə vərəsəliklə bağlı məsələlərin həlli üçün vacibdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin atası X3 1984-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Oxçuoğlu kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. X3 1984-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Oxçuoğlu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar