Məhkəmə qərarları › İş №2(043)-3982/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3982/2021

17.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3982/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə bacısı mərhum X1 nikah dövründə əldə etdikləri 0,04 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu tutulmalı olan hərəkətlər göstərilmişdir. Həmin Qanunun 8.1.6-cı mddəsinə görə, fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. İddia tələbindən və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, tələb iddiaçının özünün mülkiyyətində istifadəsində, (icarəsində) olan yaşayış evi ilə bağlı deyildir. Belə olan halda ilk növbədə iddianın qiyməti müəyyən edilməli, daha sonra isə iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. İddiaçı iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. İddia ərizəsində fərdi yaşayış evinə payların müəyyən edilməsi barədə tələb irəli sürülmüşdür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Fərdi yaşayış evinin qiyməti aşkar surətdə 1000 manatdan artıq olduğundan iddiaçının ödədiyi dövlət rüsumunun iddianın qiymətinə uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-269-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı Cavabdeh qarşı mülkün bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar