Məhkəmə qərarları › İş №2(043)-4/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-4/2022

07.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-4/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2/6 hissədə paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 2 nömrəli mülkün payına uyğun sürətdə natural qaydada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissədə mülkiyyət hüququ ilə payına uyğun olaraq onun istifadəsində olan 2 nömrəli mülkün naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını və Cavabdeh2 cavabdehlərin siyahısından çıxarılmasını, həmçinin Cavabdeh3 ata adı texniki səhv olaraq “Şərif” yazıldığından “Nəbi” olaraq dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 və onun yerləşdiyi torpaq sahəsi mərhum atası X1 mülkiyyətində olmuş, ölümündən sonra vərəsəlik qaydasında bölüşdürülmüşdür. Belə ki, onun payı, həmçinin digər vərəsə Cavabdeh1 payı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qətnaməsinə əsasən 2/6 hissədə hər birinə pay ayrılmışdır. Eyni zamanda bildirir ki, məhkəmə qətnamələrinə əsasən qeyd olunan mülkdən 1/6 hissədə Cavabdeh3, 1/6 hissədə isə Cavabdeh2 payları müəyyən edilmişdir. Hazırda onlar vərəsələr arasında mülkün faktiki olaraq bölgüsü aparılmış və hər birinin ayrıca giriş-çıxışı olmaqla mülkdən sərbəst şəkildə istifadə etməkləri mümkündür. Qeyd etdiyi kimi bu faktiki olaraq mümkün olsa da, lakin sənəd üzərində həmin mülkün natural qaydada bölgüsü aparılmamışdır. Kəpəz Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən paylı mülkiyyət hüququ üzrə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsinin Cavabdeh3 payına uyğun olaraq faktiki istifadə qaydada təcrid şəkildə bölünməsi qət edilmişdir. Məhz bu qətnamə də ona əsas verir ki, mülkün natural qaydada bölgüsü mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Nəbi oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2921/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evində İddiaçı 2/6 hissədə, Cavabdeh1 2/6 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.07.2019-cu il və 10.07.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110,7 kvadratmetr olan torpaq sahəsi 1/6 pay üzrə Cavabdeh3 Nəbi oğlunun, 2/6 pay üzrə İddiaçı, 1/6 pay üzrə X1, 2/6 pay üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 672/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən, paylı mülkiyyət hüququ üzrə 2 nömrəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh3 Nəbi oğlunun payına uyğun olaraq faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli, 10/5332 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrində **********10-10301 reyestr nömrəli Çıxarış əsasında ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 2/6 hissədə payına mütənasib surətdə İddiaçı istifadəsində olan hissənin (2 nömrəli mülkün) naturada ümumi sahədən təcrid şəklində ayrılması inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq otaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında İddiaçı atası X1 mülkiyyətində olmuş və ölümündən sonra isə vərəsəlik qaydasında bölüşdürülmüşdür. 30.07.2019-cu il və 10.07.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli “Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 110,7 kvadratmetr olan torpaq sahəsi 1/6 pay üzrə Cavabdeh3 Nəbi oğlunun, 2/6 pay üzrə İddiaçı, 1/6 pay üzrə X1, 2/6 pay üzrə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2921/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsi ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evində İddiaçı 2/6 hissədə, Cavabdeh1 2/6 hissədə paylarının müəyyən edilməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-672/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsi ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən, paylı mülkiyyət hüququ üzrə 2 nömrəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh3 Nəbi oğlunun payına uyğun olaraq faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünməsi qət edilmişdir. Cavabdehlərin məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində payları müəyyən olunsa da, İddiaçı payı müəyyən olunmamışdır. Ona görə də iddiaçı payın naturada ayrılmasını tələb etmişdir. Eyni zamanda iddiaçının payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş-çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, onların mübahisəli torpaq üzərindəki 30.07.2019-cu il və 10.07.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli “Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsaslanan mülkiyyət hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, iddiaçının tələbi əsaslı olması üçün mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdehlər paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması mümkün olmalı, həmçinin torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması onun təyinatına tənasübsüz zərər vurmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını tələb etmişdir. Lakin, iddiaçın payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı payına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən iddiaçının özünün payının ümumi mülkiyyətdə olan paydan ayrılmasını tələb etmək hüququ vardır. Həmin payın ayrılması onların Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyəti üzərində sərbəst sahiblik etmək və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən iddiaçının qorunan mülkiyyət hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbi əsaslıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 30.07.2019-cu il və 10.07.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli “Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Nəbi oğlunun ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110,7 kvadratmetr olan torpaq sahəsindən iddiaçının 2/6 hissədə payı torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli, 10/5332 nömrəli rəyinə əlavə olunmuş sxemə uyğun olaraq, yəni mübahisəli ünvanda yerləşən A və B literli tikilinin sahəsi və həmin tikililərin qarşısında yerləşən torpaq sahəsi ilə birlikdə İddiaçı verilməklə və natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılmalı və İddiaçı təhvil verilməlidir. İddiaçı payı naturada ayrılan zaman mübahisəli A tikilisindən B tikilisinə qədər və A tikilisindən dalanla əhatə olunan hasara qədər sərhəd hasarı yaradılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 30.07.2019-cu il və 10.07.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli “Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Nəbi oğlunun ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110,7 kvadratmetr olan torpaq sahəsindən İddiaçı 2/6 hissədə payı torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli, 10/5332 nömrəli rəyinə əlavə olunmuş sxemə uyğun olaraq, yəni mübahisəli ünvanda yerləşən A və B literli tikilinin sahəsi və həmin tikililərin qarşısında yerləşən torpaq sahəsi ilə birlikdə İddiaçı verilməklə və natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılsın və İddiaçı təhvil verilsin. İddiaçı payı naturada ayrılan zaman mübahisəli A tikilisindən B tikilisinə qədər və A tikilisindən dalanla əhatə olunan hasara qədər sərhəd hasarı yaradılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar