Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-464/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Allahverdiyev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında Cavabdeh ilə mərhum bacısı Atakişiyeva (Əhmədova) Lalə Novruz qızının cavabdehlə birgə nikah dövründə əldə etdiyi 0,04 ha torpaq sahəsində tikdirdikləri iki otaqlı mülkün cavabdehlə aralarında ½ hissəyə paylarının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum bacısı Əhmədova (Atakişiyeva) Lalə Novruz qızı 2007-ci il tarixdə cavabdehlə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə X1 rayonu Poçt qəsəbəsi 4-cü paralel, ev 8 A-da ümumi sahəsi 04 sot torpaq sahəsi alaraq özləri yaşamaq üçün bir mərtəbəli, iki otaqlı, qabağı eyvanlı yaşayış evi tikdirərək həmin evdə yaşamışlar. Lakin birgə nikahdan övladları olmamışdır. 23 aprel 2021-ci ildə bacısı vəfat etmişdir. Bacısının tək vərəsəsi olduğundan bacısı ilə cavabdehin birgə nikah dövründə tikdirdikləri evin 50 faizinin ona verilməsini cavabdehdən tələb edir, cavabdeh isə evin ona məxsus olduğunu bildirir. Bacısı Lalə ilə cavabdehin nikah dövründə tikdirdikləri ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Yalnız Bələdiyyədən torpağın alınması sənədi vardır. Bu barədə notariusa müraciət edib, notariusdan bildiriblər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, bacısı vəfat edəndə Cavabdeh onun dəfn xərclərini çəkməmişdir, bütün dəfn xərclərini o özü çəkmişdir, buna görə də belə bir iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 2007-ci ildə Lalə ilə evlənmişdir. 2011-ci ildə özünə məxsus olan mənzili sataraq 0,04 ha torpaq sahəsi almış və üzərində ev tikmişdir. Evin inşasında arvadının qardaşları fiziki olaraq köməklik ediblər, torpaq sahəsinin və evin inşaat materiallarının pulunu öz şəxsi vəsaiti hesabına ödəyib. Nə torpaq sahəsinin, nə də evin heç bir sənədi yoxdur. İddiaçı əsassız olaraq həmin əmlakdan pay tələb edir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 588321 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əhmədova (Atakişiyeva) Lalə Novruz qızı 25 avqust 2010-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 154159 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Atakişiyeva) Lalə 23 aprel 2021-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. Hazırkı mübahisə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsindən ibarətdir. İddiaçı bacısının tək vərəsəsi olduğunu iddia edərək cavabdehlə bacısının nikah dövründə əldə etdiyi əmlakın bacısına məxsus olan ½ hissəsinin onun mülkiyyətinə verilməsini tələb edir. İlk növbədə həmin əmlakın miras kütləsinə daxil olubolmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İddiaçı tələb irəli sürdüyü əmlakla bağlı "xxxx" MMC adlı hüquqi şəxs tərəfindən tərtib edildiyi göstərilən, lakin rəsmi sənədə aid heç bir xüsusiyyətə malik olmayan 5 vərəqdən ibarət qiymətləndirmə rəyini əlavə etmişdir. Məhkəmə qeyd edir ki, həmin rəyi verən hüquqi şəxsin adında bələdiyyə sözünün olması həmin sənədin səlahiyyətli bələdiyyə tərəfindən verilməsi demək deyildir. Digər tərəfdən bu sənəd qiymətləndirmə rəyi olmaqla hər hansı hüquq verən sənəd də deyildir. Bundan başqa həmin rəy imzalanmamış və təsdiq edilməmişdir. Yəni əmlaka hüquq təsdiq edən sənəd kimi təqdim edilmiş rəy baxılan iş üçün heç bir əhəmiyyət kəsb etmir. Mübahisə edilən torpaq sahəsi və fərdi yaşayış evinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Beləliklə mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə hər hansı əmlak hüquqlarının olması istisna olunur. Bu halda həmin torpaq sahəsi və ev miras kütləsinə daxil ola bilməz. İkinci növbədə iddiaçının həqiqətən də mirasdan pay tələb etmək hüququ olan vərəsə olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Mərhum Əhmədova (Atakişiyeva) Lalə Novruz qızı Cavabdeh arvadı olduğundan cavabdeh birinci növbə vərəsələr sırasına daxildir. Ölmüş şəxsin birinci növbədən hər hansı başqa vərəsəsi olmadığından onun vərəsəsi Cavabdehdur. Lakin iddiaçı öz izahatında qeyd etmişdir ki, sözügedən torpaq sahəsi və ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Bu səbəbdən də Əhmədova (Atakişiyeva) Lalə Novruz qızının və Cavabdeh həmin daşınmaz əmlaka mülkiyyət hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə, 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi iddiaçı ikinci növbə vərəsə, iddiaçı isə birinci növbə vərəsə olduğundan ümumiyyətlə iddiaçının mərhumun mirasından pay almaq hüququ istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-464/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-464/2022
01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver