Məhkəmə qərarları › İş №2(043)-538/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-538/2022

30.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-538/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh Zülfüqar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Zülfüqar oğluna qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Zülfüqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X3 atası mərhum X1 qanun üzrə vərəsəsi tanıyıb, mərhum X2 adına olan ünvan 1 ünvanda yerləşən miras mülkün mərhum X3 qanun üzrə vərəsəsi kimi mübahisəli miras mülkün cavabdehlə onun arasında bərabər payla bölünməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlə oz aralarında razılığa gələrək barışdıqları üçün iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Zülfüqar oğlu iddiaçı ilə öz aralarında razılaşdıqlarını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu imtina başqa şəxslərin hüquqlarını pozmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh Zülfüqar oğluna qarşı miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar