Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-546/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair məhkəmədə iddia qaldıraraq, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzilin ümumi əmlaka aid edilməsi və mənzilin 1/3 hissəsinə görə cavabdehə, 2/3 hissəsinə görə ona mülkiyyət hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə faktiki olaraq evlənməklə, nikahlarını xx xxx 2013-cü il tarixdə rəsmi olaraq qeyd etdirmişlər. Birgə yaşayış dövründə iki uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Onlar cavabdehlə bir yaşayış dövründə Gəncə şəhəri, Avtozavod yolu, Süleyman bəy Əfəndiyev küçəsində yerləşən ev almış, bundan sonra xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsi əsasında həmin evi hazırda yaşadıqları ünvan 1, 56 saylı ünvanda yerləşən, 3 otaqlı mənzillə dəyişdirmişlər. Hazırda cavabdeh tərəfindən ona qarşı nikahın pozulmasına dair iddia qaldırılmışdır. Uşaqlar onun himayəsində yaşayır. O istəyir ki, birgə nikah dövründə əldə edilmiş mənzil cavabdehlə onun arasında uşaqların mənafeyi nəzərə alınmaqla 1/3 hissə cavabdehə, 2/3 hissə onun mülkiyyətinə verilməklə bölünsün. Onların birgə nikahdan iki övladları vardır, qanunun onların maraqlarını qoruduğunu nəzərə almaq lazımdır, buna görə onların evsiz qalması və ya yaşayış şəraitlərini əhəmiyyətli dərəcədə pisləşdirməsi ehtimalının qarşısının alınması üçün məhkəmə əmlakı bərabər bölməyib, 2/3 hissəsini onun mülkiyyətinə verilməsini təmin edə bilər. İşin məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzilin ümumi əmlaka aid edilməsi və mənzilin 2/3 hissəsinə görə İddiaçı mülkiyyət hüququq verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzili əvvəl tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzil ilə “dəyişmə” müqaviləsi ilə dəyişdirmişlər. Tərəflərin birgə yaşayış dövründə iki uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il X6 anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzilin ümumi əmlaka aid edilməsi və mənzilin 2/3 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, İddiaçı tərəfindən ona qarşı “əmlak bölgüsü” tələbinə dair iddiasını qəbul edir. Belə ki, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzili İddiaçı ilə birgə nikah dövründə əldə etmişlər. Odur ki, uşaqların mənafeyini nəzərə alaraq, ünvan 1, 56 saylı ünvanda yerləşən mənzili ümumi birgə mülkiyyət hesab edilməklə mənzilin 2/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etdi. İşin materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 063417 nömrəli və AZ-İİİ seriyalı, 859433 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Valideynləri- atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, ünvan 1, 56 saylı mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********64-05101-093002 nömrəli Texniki Pasportdan görünür ki, ünvan 1, 56 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən ümumi sahəsi 300 kv/m olan torpaq sahəsini X4 məxsus olan ünvan 1, 56 saylı mənzil ilə dəyişdirmişdir. İş materiallarına əlavə edilmiş 4 AZ-İ V812978 nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehin izahatını dinləyərək, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən ümumi sahəsi 300 kv/m olan torpaq sahəsini X4 məxsus olan ünvan 1, 56 saylı mənzil ilə dəyişdirmişdir və ona ********** qeydiyyat nömrəli, xx.xx.2017ci il qeydiyyat tarixli çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahında iki uşaqları olmuş, uşaqlar hazırda iddiaçı olan analarının yanındadırlar. Onlar nikahda olduğu dövrdə sözügedən mənzili əldə etmişlər. Cavabdeh isə iddianı qəbul edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumibirgə mülkiyyət münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil ər-arvadın birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları hesab edilərək 1/3 (üçdə bir) hissəsi üzərində Cavabdeh, 2/3 (üçdə iki) hissəsi üzərində İddiaçı payları müəyyən olunmalı və paylarına mütənasib şəkildə mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla Cavabdeh mülkiyətində olan ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil iş üzrə tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları hesab edilərək, 1/3 (üçdə bir) hissəsi üzərində Cavabdeh, 2/3 (üçdə iki) hissəsi üzərində İddiaçı payları müəyyən olunsun və paylarına mütənasib şəkildə mülkiyyət hüquqları qeydiyyata alınsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-546/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-546/2021
11.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver