Məhkəmə qərarları › İş №2(043)-617/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-617/2020

13.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-617/2020 13.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x8 iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili x1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs x31 rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06.06.1980-ci ildə Gəncə şəhərində anadan olmuş x14 14 oktyabr 1998-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o nikahını rəsmiləşdirməklə 22 noyabr 1979-cu il tarixdə x5 ilə ailə qurmuşdur. Həmin nikahdan üç uşaqları olmuşdur. O və əri Səfərov Bayram 1997-ci ildə pul qazanmaq üçün Moskva şəhərinə getmişlər. 1998-ci ilin avqust ayında isə böyük oğlu Samir də Moskva şəhərinə onun yanına gəlmişdir. 1998-ci ilin oktyabr ayının əvvəllərində Gəncədən onlara telefon zəngi gəlmişdir ki, tez Gəncəyə getsinlər. x3 vəziyyəti çox ağırdır. O və əri x25 şəhərinə gəlmişdir, oğlu Samir isə Moskva şəhərində qalmışdır. Gəncə şəhərinə gəlmişlər ki, qayınatası Məmmədbağırın doğrudan da vəziyyəti ağırdır, can verir, evinin qabağında çadır quruldu ki, bəs Məmmədbağır Səfərov canını tapşırmaq üzrədir. 2 gün sonra isə onlara zəng gəlmişdir ki, Samiri bıçaqlayıblar, qan itirmədən ölmüşdür. Moskvadan Samirin meyitini Gəncəyə gətirmişlər. Qayınatası Məmmədbağır üçün qurulmuş mağarda oğlu Samirin dəfn mərasimi keçirilmişdir. x7 isə günbəgün yaxşılaşmağa başlamışdır. x30 “İmamzadə” adlanan qəbiristanlıqda dəfn edilmişdir. Lakin onun 1998-ci ilin oktyabr ayının 14-də ölməsinə dair sənəd yoxdur. Ona görə də o, bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin iclasının yeri və vaxtı barədə maraqlı şəxs x31 rayon qeydiyyat şöbəsi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə yazılı müraciət edərək, rəy və etirazlarının olmadığını, numayəndlərinin iştirakı olmadan işə baxılmasını, qanuna müvafiq qərar qəbul edilməsini və iştirakları olmadan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum övladı x14 ölüm faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu Samir öldükdən sonra bir daha Rusiya Federasiyasına getməmişlər, ölümün səbəbləri onlara məlum olmamış, bununla bağlı hər hansı bir sənəd əldə edəbilməmişlər. Məhkəmə iclasında ərizəçənin vəkili Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili x4 ərizədə göstərilənlərə uyğun çıxış edərək, ərizəsinin təmin olunmasını, 06.06.1980-ci ildə Gəncə şəhərində anadan olmuş x14 14 oktyabr 1998-ci ildə ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x18 ifadəsində göstərdi ki, Süsanə ilə qonşudurlar. Süsanənin üç uşağı olmuşdur. Süsanənin oğlu Samir məktəbi bitirən kimi Rusiyaya getmişdir, Süsanənin qaynatasının halı pisləşdiyindən Azərbaycana gəlmişdir və 1998-ci ilin oktyabr ayında xəbər gəlmişdir ki, Samiri Rusiyada vurmuşlar və olmüşdür. 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışdır. Həmin yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x6 ifadəsində göstərdi ki, mərhum x20 onun qardaşı oğludur. Atası ölüm vəziyyətində olmuşdur. Bir gün qalbaq yaz mağarı qurdurmuşlar. O 1998-ci ilin oktyabr ayında zəng etdiyi üçün qardaşı Bayram və arvadı Süsanə Gəncə şəhərinə gəlmişlər və onlar Gəncə şəhərində olan vaxt xəbər gəlmişdir ki, Samiri Moskva şəhərində vurublar və rəhmətə gedib. Həmin yas mərasimində o da iştirak etmişdir. Meyidi aeroportda o qarşılamış, Samirin meyitinin yuyulmasında iştirak etmiş və boğazında və qarnında bıçaq izi olmasını görmüşdür. 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışdır. Həmişə onun qəbrini ziyarət edib quran oxudurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadəsində göstərdir ki, mərhum x20 onun bacısı oğludur. Bacısı Süsanənin üç uşağı olmuşdur və onların ailəsi Rusiyada olmuşdur. Süsanənin qaynatası xəstə olduğundan yeznəsi Bayram və arvadı Süsanə Gəncə şəhərinə gəlmişlər və onlar Gəncə şəhərində olan vaxt xəbər gəlmişdir ki, Samiri Moskva şəhərində vurublar və rəhmətə gedib. Həmin yas mərasimində o da iştirak etmişdir. Samirin meyiti gələn günü axşam subay olduğundan onun əlinə və ayağına xına qoymuşlar. 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışlar. Həmişə onun qəbrini ziyarət edib quran oxudurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş x29 ifadəsində göstərdi ki, Süsanə ilə qonşudurlar. Süsanənin üç uşağı olmuşdur. Süsanənin oğlu Samir məktəbi bitirən kimi Rusiyaya getmişdir, Süsanənin qaynatasının halı pisləşdiyindən əri Bayram ilə Azərbaycana gəlmişdir və 1998-ci ilin oktyabr ayında xəbər gəlmişdir ki, Samiri Rusiyada vurmuşlar və olmüşdür. 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışdır. Həmin yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadəsində göstərdi ki, onun üç övladı olmuşdur. mərhum x20 onun oğludur. Atası ölüm vəziyyətində olmuşdur. Bir gün qalmış mağara kimi qurdurmuşlar. Qardaşı ona 1998-ci ilin oktyabr ayında zəng etdiyi üçün o, arvadı Süsanə ilə Gəncə şəhərinə gəlmişlər və onlar Gəncə şəhərində olan vaxt xəbər gəlmişdir ki, Samiri Moskva şəhərində vurublar və rəhmətə gedib. Atası üçün quraşdırılmış yas mağarında oğlu Samirin yas mərasimi keçirilmişdir. Samirin meyitini Gəncə aeroportunda qarşılanmış, 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışdır. Həmişə onun qəbrini ziyarət edib quran oxudurlar. Əlavə olaraq bildirdi ki, oğlu Samir öldükdən sonra bir daha Rusiya Federasiyasına getməmişlər, ölümün səbəbləri onlara məlum olmamış, bununla bağlı hər hansı bir sənəd əldə edəbilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 ifadəsində göstərdir ki, Süsanə xanımla qonşudurlar. Mərhum x20 ilə uşaqlıq dostu olmuşdur. Samirin Moskva şəhərində vurulduğunu və öldüyünü eşitmiş, bundan sonra Gəncə aeroportuna Samirin Tabutda meyiti gəlmiş, meyitin qarşılanmasında və yuyulmasında o da iştirak etmiş, özü yumuşdur. Boynunda kəsik izinin olduğunu görmüşdür. Meyidin isə kimin göndərdiyini bilməmişdir. 1998-ci ilin oktyabr ayının 14-də İmamzadə qəbiristanlığında torpağa tapşırılmışdır. Həmişə onun qəbrini ziyarət edib quran oxudurlar. İş materiallarına əlavə olunmuş 22 noyabr 1979-cu il tarixli 288944 №-li x10 görünür ki, x9 ilə x5 arasında Gəncə şəhər Nikah evi tərəfindən 22 noyabr 1979-cu il tarixdə № 288944 qeydi ilə nikah bağlanmış, nikah bağlanıqdan sonra ərə Səfərov və arvada Səfərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizmai rayon Qeydiyyat şöbəsinin 300952 №-li arayışından görünür ki, x20 06.06.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası x5, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş x31 rayon Bələdiyyəsinin 31 oktyabr 2019-cu il tarixli 04/1854 №-li arayışından görünür ki, x20 14.10.1998-ci ildə Gəncə şəhəri İmamzadə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbirüstü abidənin fotoşəklindən görünür ki, x14 dəfn olunduğu qəbiristanlıqda qəbirüstü abidəsi ucaldılmış, ölüm tarixi 14.10.1998-ci il göstərilmişdir. İş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, 10.06.1980-ci il təvəllüdlü x2 Federasiyasının Moskva şəhərində ölmüş, mərhumun valideynləri Azərbaycanda olduğundan onun adına həkim arayışı verilməmiş və bu səbəbdən də mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. O, 14 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində İmamzadə qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçiyə bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyrimümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, x14 vəfat etməsi məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, x14 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.06.1980-ci il təvəllüdlü x14 14 oktyabr 1998-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x31 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar