Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-632/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2010-cu il tarixdə doğulmuş qızı X3 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 04 iyun 2010-cu il tarixdə X5 adlı övladı doğulmuş, bu barədə 14 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 1164 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Uşaq doğulandan xəstə olmuş və 3 aydan sonra 04 sentyabr 2010-cu il tarixdə evdə vəfat etmişdir. Uşaq heç bir xəstəxanada müalicə olunmamış, uşağın ölməsi barədə heç bir tibbi sənəd alınmamışdır. X13 uşağı Gəncə-Daşkəsən yolunun kənarında yerləşən “Təzə Səbizkar” qəbirstanlığında dəfn eləmiş, uşaq azyaşlı olduğuna görə dini adət-ənənələrə uyğun olaraq qəbri üzərində baş daşı qoyulmamış, yas mərasimi keçirilməmişdir. X13 05 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. X10 04 sentyabr 2010-cu il tarixdə 3 aylıq olarkən xəstəlikdən evdə ölməsi və “Təzə Səbizkar” qəbristnalığında dəfn olunmasını anası Gülnaz Şükürova və qaynanası Nigar Hüseynova məhkəmədə təsdiq edə bilərlər. Uşaq öldükdən sonra o və qohumları məlumatsızlıqdan ölüm haqqında şəhadətnamə almamış, daha sonra bu məsələ tamamilə unudulmuşdur. Bu yaxınlarda sosial müavinət almaq üçün aidiyyəti quruma müraciət edərkən qızı Sonanın sağ olaraq onun adında qeydiyyatda olması məlum olmuş, o isə uşağın 3 aylıq olarkən ölməsini bildirəndə ölüm haqqında şəhadətnamə tələb etmişlər. Bununla bağlı Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Sona Hüseynovanın ölümü ilə bağlı məlumat sistemdə aşkar edilməmişdir. Ölüm faktının müəyyən edilməsi sistemdə sağ görünən, lakin real olaraq ölmüş Sonanın vəziyyəti ilə bağlı X1 Sistemində həqiqətin əks olunması və digər uşaqları üçün sosial müavinət almaq üçün lazımdır. O, qızının xəstəxanada deyil evdə ölməsi ilə bağlı arayış verilməsi üçün Gəncə şəhəri Birləşmiş Xəstəxanasına (poliklinikaya) müraciət etmiş, lakin həmin arayışın yalnız məhkəmənin sorğusu əsasında verə biləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, digər övladlarına görə sosial müavinət almaq üçün ölüm haqqında şəhadətnamənin təqdim olunmasının zəruri olduğunu bildirib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun oğlu X4 ilə 2007-ci ildə ailə qurmuş, birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Hazırda 2 nəvəsi var, nəvələrindən Sona 04 iyun 2010-cu il tarixdə Beyləqan rayonunda xəstəxanada doğulmuş, lakin xəstəliyi səbəbindən 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində yaşadıqları evdə vəfat etmişdir. Belə ki, Sona vaxtından əvvəl doğulmuş, doğulduğu gündən zəif uşaq olmuşdur. Onlar uşağı heç vaxt həkim müayinəsinə aparmamış, zəifliyini erkən doğulması ilə əlaqələndirib bir müddət böyüməsini gözləmişlər. 2010-cu ilin sentyabr ayının əvvəlində isə uşaq qəfildən boğulmaya bənzər hal keçirmiş, sonra isə keçinmişdir. Bundan sonra uşağı babası aparıb dəfn etmişdir. Uşaq körpə olduğu üçün ona xüsusi məzar düzəldilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi İlhamə onun qızıdır. İlhamə 2007-ci ildə Gəncəvi ilə ailə qurmuş, birgə nikahlarından 3 uşaqları doğulmuşdur. 04 iyun 2010-cu ildə doğulmuş Sona erkən doğulduğundan bir çox narahatlıqları olmuş, 2010-cu ilin sentyabr ayının əvvəllərində Gəncə şəhərində qızının yaşadığı evdə ölmüşdür. Uşağı onun atası Gəncə şəhərində “Təzə Səbizkar” adlı qəbristanlıqda dəfn etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi uşağı X3 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, 92 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış 2010-cu il tarixdə vəfat etmiş 04.06.2010-cu il təvəllüdlü X3 ölümü barədə məlumat aşkar olunmamışdır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi (F-106) təqdim olunmadığından müraciətin təmin olunması mümkün olmamışdır. Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinin 07 oktyabr 2021-ci il tarixli, 972 nömrəli arayışından görünür ki, X5 04 iyun 2010-cu il tarixdə Beyləqan rayonunda doğulmuşdur. Atası- X4, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş 14.07.2010-cu il tarixli, 1164 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 04 iyun 2010-cu il tarixdə Atası- X4, anası Ərizəçidır. Qeydiyyat Beyləqan rayonu, Beyləqan RMX-dən verilmiş arayış əsasında aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Hüseynova Sona Gəncəvi qızı ərizəçinin doğma qızıdır. Hüseynova Sona Gəncəvi qızı 04 iyun 2010cu ildə ərizəçi ilə X2 nikahından doğulmuşdur. 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. S.Hüseynovanın ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə X1 Sistemində ailə tərkibi barədə məlumatların düzgün əks etdirilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 04 iyun 2010-cu il tarixdə Beyləqan rayonunda doğulmuş X3 04 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-632/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-632/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver