Məhkəmə qərarları › İş №2(043)-792/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-792/2022

19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-792/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 noyabr 1968-ci il tarixdə anadan olmuş X1nın 01 may 1973-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 və anası X8 nikahından üç uşaqları olmuşdur: Ərizəçi; bacısı X6, X1. X1 28 noyabr 1968-ci ildə anadan olmuş, 01 may 1973-cü ildə vəfat etmişdir. X19 Goranboy rayonunun Goranlı kənd qəbirstanlığında dəfn edilmişdir. Atası əslən Goranboy rayonunun Goranlı kəndindən olduğu üçün bacısını həmin kəndin qəbirstanlığında dəfn etmişlər. O zamanlar kənd qəbirstanlığında ölüm haqqında şəhadətnamə tələb edilmədiyindən, həm də bacısı azyaşlı olduğundan bu işə əhəmiyyət verib ölüm haqqında şəhdətnamə alınmamışdır. X3 18.05.2021-ci il tarixdə, anası X20 22.11.1987-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra ünvan 1 ünvanda 3 otaqlı mənzil miras qalmışdır. Hazırda atasından miras qalmış əmlaka dair vərəsəliyini müəyyən etdirmək istəyir. Lakin, X1nın ölümü haqqında həmin vaxt Qeydiyyat şöbəsində ölümlə bağlı qeydiyyat aparılmadığı üçün vərəsəliyini müəyyən etdirə bilmir. Ona görə də məhkəmə qaydası ilə X1nın 01 may 1974-cü il tarixdə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 28 noyabr 1968ci ildə doğulmuş X2 01 may 1973-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə, Goranboy rayonunda doğulmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi X3, anası X13r. İş materiallarında olan Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.04.2022-ci il tarixli arayışdan görünür ki, X4 28.11.1968-ci il tarixdə Goranboy rayonunda doğulmuş, bu barədə 30.11.1968-ci il tarixdə 39 nömrə ilə qeydiyyat aparılmışdır. Onun atası qrafasında X7, anası qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 23.11.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 ölümü haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 109 saylı, 13.12.2021-ci il tarixli məktubdan görünür ki, 1973-cü ildə vəfat etmiş X2 ölümünün bərpası ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İTSDA “Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyi” X29 Goranboy Rayon Mərkəzi X15 Şəxsinin 11.02.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 28.11.1968-ci il təvəllüdlü X2 Goranboy RMX-na müraciət etməsi barədə xəstəxanada heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Goranboy rayon Goranlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən tərtib edilmiş 14.01.2022-ci il tarixli aktdan görünür ki, X10 ilə X11 övladı - 28.11.1968-ci il tarixdə doğulmuş X4 01.05.1973-cü ildə vəfat etmiş, Goranboy rayon Goranlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, mərhum X4 onun bacısı qızı olmuşdur. Dürdanə Məmmədova təxminən 4-5 yaşlarında olanda ürək tutması səbəbindən Goranboy rayonunda vəfat etmiş, Goranboy rayonu Goranlı kənd qəbirstanlığında dəfn edilmişdir. O, Dürdanənin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum X4 onun qaynı Cavanşirin qızı olmuşdur. O, 1973-cü il vəfat etmişdir. Onu Goranboy rayonu Goranlı kənd qəristanlığında dəfn etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 28.11.1968-ci ildə doğulmuş X2 01.05.1973-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atasından qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı mərhum X1nın ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 01.05.1973-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 noyabr 1968-ci ildə doğulmuş X2 01 may 1973-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar