Məhkəmə qərarları › İş №2(044)-1051/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1051/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1051/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1929-cu il tarixdə Şəmkir (Şamxor) rayonunda anadan olmuş X5 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 onun həyat yoldaşı olmuş və o, onunla 1951-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, X6 xx.xx.1929-cu il tarixdə Şəmkir (Şamxor) rayonunda anadan olmuş, onlar ailə qurandan sonra Gəncə şəhərində yaşamışlar. X6 xx.xx.1993-cü il tarixdə insult xəstəliyindən vəfat etmiş və əslən Şəmkir rayonundan olduğu üçün xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunun Abbaslı kənd qəbirstanlığında dəfn edilmişdir. O, hazırda mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evini qızı X4 və nəvəsi X9 adına sənədləşdirmək istəyir, lakin notariusda həyat yoldaşı mərhum X5 ölümünə dair sənəd tələb olunmuşdur. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsində ona bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Ərizəçinin nümayəndəsi X17 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə ünvanlanmış məktubda, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. Ərizəçi həyat yoldaşı Şövkət Kərimova 1993-cü ildə Gəncə şəhərində vəfat etmişdir. X19 Şəmkir rayonundan olduğundan Şəmkir rayonunun Abbaslı kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimi Gəncə şəhərində keçirilmişdir. O, Şövkət Kərimovanın yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum X15 həyat yoldaşıdır. Onun xalası Şövkət Kərimova 1993-cü ildə Gəncə şəhərində vəfat etmişdir. Onun mərhum xalası X20 rayonundan olduğundan Şəmkir rayonunun Abbaslı kənd qəbirstanlığında dəfn edilmişdir. X15 yas mərasimi Gəncə şəhərində keçirilmişdir. O, Şövkət Kərimovanın yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum bibisi Şövkət Kərimovanın həyat yoldaşıdır. Onun bibisi Şövkət Kərimova 1993-cü ildə Gəncə şəhərində vəfat etmişdir. Onun mərhum bibisi X20 rayonunun Abbaslı kənd qəbirstanlığında dəfn edilmişdir. X15 yas mərasimi Gəncə şəhərində keçirilmişdir. O, Şövkət Kərimovanın yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisidir. Ərizəçi həyat yoldaşı Şövkət Kərimova 1993-cü ildə Gəncə şəhərində vəfat etmiş və Şəmkir rayonunun Abbaslı kənd qəbirstanlığında dəfn edilmişdir. O, Şövkət Kərimovanın yas mərasimində iştirak etmişdir. xx.xx.1962-ci il tarixdə Kirovabad şəhər VVAQ börosu tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Kərimova (Həsənova) Şövkət Niftalı qızının nikahları xx xxxxxx 1962-ci il tarixdə 67 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1995 saylı sənəddən görünür ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.1976-cı il tarixdə X5 adına Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının İİ – ЖГ 697573 saylı pasportu verilmişdir. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 863 saylı məktubdan görünür ki, X5 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2020-ci il tarixli 486 saylı arayışdan görünür ki, Kərimov X7 rayon Abbaslı kəndində yaşayır və Gəncə şəhər D.Bünyadzadə küçəsi, ev 59 ünvanda daimi qeydiyyatdadır. xx.xx.2020-ci il traixli 435 saylı arayışdan görünür ki, 1993-cü ildə vəfat etmiş X1 qəbirstanlığında dəfn edilmişdir. xx.xx.1963-cü il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 birgə nikahlarından xx xxxxxx 1960-cı il tarixdə X14 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 qəbri üstündə olan baş daşında, X5 1932-ci ildə anadan olması və 1993-cü ildə ölməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin arvadı xx xxxxxx 1929-cu il tarixdə anadan olmuş Kərimova (Həsənova) Şövkət Niftalı qızı xx xxxxxx 1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx xxxxxx 1929-cu il tarixdə anadan olmuş Kərimova (Həsənova) Şövkət Niftalı qızının xx xxxxxx 1993-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1929-cu il tarixdə anadan olmuş Kərimova (Həsənova) Şövkət Niftalı qızının xx xxxxxx 1993-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar