Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1145/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunması tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 27.11.1995-ci ildə anadan olmuş övladı X3 07.03.1996-cı ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun əridir. Birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 27.11.1995-ci ildə anadan olmuş övladı X6 07.03.1996-cı ildə xəstəlikdən vəfat etmiş və Gəncə şəhərində dəfn edilmişdir. Həmin vaxt maddi imkanları aşağı olduğu üçün övladı Jalənin ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinə övladı X3 ölüm qeydinə dair arayış verilməsi barədə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, övladı X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ona görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda övladı Jalə Əfəndiyeva ailə tərkibində görünür. Hazırda o, ipoteka müqaviləsi əsasında mülkiyyət əldə etmək istəyir. Övladının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün o, ailə tərkibində göstərilir və bununla əlavə kommunal xərclərin ödənilməsinə və ipoteka müqaviləsi əsasında mülkiyyətin alınmasında artıq xərc olaraq maneçilik törədir. Ona görə də məhkəmə qaydası ilə 27.11.1995-ci ildə anadan olmuş X3 07.03.1996-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum övladı X3 Gəncə şəhərində 07.03.1996-cı ildə ölməsini və Gəncə şəhərindəki qəbirstanlıqda dəfn olunmasını məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat vermiş və övladı X3 07.03.1996-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, o, ərizəçi Ərizəçi ərinin qohumudur. Ərizəçi 27.11.1995-ci ildə X6 adlı uşağı anadan olmuşdu. Həmin uşaq 07.03.1996-ci il tarixdə xəstələnərək vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, Ərizəçi onun baldızıdır. Ərizəçi 27.11.1995-ci ildə X6 adlı uşağı anadan olmuş və bir neçə aydan sonra, yəni 07.03.1996-ci ildə həmin uşaq xəstəlikdən vəfat etmişdi. Həmin uşağı xəstələnərkən 2 nömrəli xəstəxanaya birlikdə aparmışdılar. Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli, 05/Q-901 nömrəli məktubdan görünür ki, şöbənin arxivində 27.11.1995-ci il tarixdə anadan olmuş və 07.03.1996-cı il tarixdə vəfat etmiş vətəndaş X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 27.04.2021-ci il tarixli, 05/Q-892/15 nömrəli məktubdan görünür ki, 27.11.1995-ci il tarixdə anadan olmuş və 07.03.1996-cı il tarixdə vəfat etmiş X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 28.01.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Ərizəçi Gəncə şəhəri, Nizami rayonu, X16, 2-ci mikrorayon, ev 19, mənzil 25 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, 05/Q-450 nömrəli arayışdan görünür ki, xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası Şəmkir rayonunda anadan olmuş Ərizəçi ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 27.01.2021-ci ilədək aparılmış və nəticədə X4 Ərizəçi əri, X1, X3 və X2 Ərizəçi övladları olduğu müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli arayışdan görünür ki, X6 27.11.1995-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də X6 07.03.1996-cı ildə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də, onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı X3 07.03.1996-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmədə işin tədqiq edilmiş hallarından görünür ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə X3 barəsində ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır və bununla bağlı da o, müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlilkə, məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X3 07.03.1996-cı il tarixdə ölməsi faktı mübahisə doğurmadığından və məhkəmə iclasında sübut edildiyindən onun həmin tarixdə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. X3 07.03.1996-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1145/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1145/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver