Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1216/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 10 sentyabr 1978-ci il tarixdə vəfat etməsi (ölməsi) faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası X4 11.12.2020-ci il tarixdə ölmüşdür. Hazırda yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 9-cu döngə, bina 4, mənzil 56 atasına məxsus olmaqla adına sənədləşdirilmişdir. Hazırda həmin mənzili digər vərəsələrində razılığı əsasında öz adına sənədləşdirmək istəyir. Lakin bununla bağlı olaraq müəyyən çətinliklərlə üzləşmişdir. Belə ki, atası Nəsib Əliyev rəsmi nikahda olduğu anası X2 əvvəl X7 ilə faktiki nikah münasibətlərində olmuşdur. Həmin faktiki nikahdan 12.11.1977-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. X1 elə uşaqkən, bir yaşına çatmamış, 10 sentyabr 1978-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Lakin onun ölümü barədə müvafiq dövlət orqanlarına, eləcə də ölüm haqqında şəhadətnamə verilməsi üçün qeydiyyat şöbələrinə məlumat verilməmiş və ölüm haqqında şəhadətnamə alınmamışdır. O, qardaşının ölümü haqqında şəhadətnaməni əldə etmək üçün hər yerə müraciət etsə də, həmin sənədi əldə etmək mümkün olmamışdır. Müraciəti əsasında Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsindən verilmiş arayışda “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində X3 ölümü haqqında akt qeydinin aşkar edilmədiyi qeyd edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Odur ki, o hazırda X1nun ölməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonda ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, X8 onun ana bir, ata ayrı qardaşıdır. Asif 10 aylıq olanda vəfat etmiş, həmin vaxt onun 14 yaşı olmuşdur. Asif vəfat etdikdən sonra atası onu Nadel kəndində dəfn etmişdir. Mülki iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş 15.02.2021-ci il tarixli № 05/Q-267 saylı cavab məktubundan görünür ki, Vətəndaş vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış , lakin vətəndaş X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart tarixli 52 saylı qərar ilə təstiq edilmiş “Vətandaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir. Belə ki, həmin qərara əsasən ölüm bərpa həqiqətən bu cür qeydlərin olduğunu təstiq edən sənədlər əsasında aparılır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. - Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 12.11.1977-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X4, ana qrafasında X7 qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11.12.2020-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı olmuşdur. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin 2 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 12.11.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş vətəndaş X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1989-cu il tarixdə Xanlar rayonunda doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi X1nun dəqiq olaraq hansı tarixdə, hansı şəraitdə və hansı səbəbdən vəfat etməsinə, harada dəfn olunmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ərizəni əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə tələbi dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1216/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1216/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver