Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1256/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsionin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı «alqı-satqı müqaviləsionin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeharasında bağlanmış, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə, 20B saylı ünvanda yerləşən 104 saylı mağazanın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3188 saylı müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8560 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə 20B ünvanda yerləşən 104 saylı mağaza 15 faiz güzəştli qaydada, 85 faizi isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 3138 saylı alqısatqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmış və cavabdeh ona satılmış qeyriyaşayış sahəsinə görə ödənilməli olan 20480 manat məbləğindən 8560 manat ödəmiş, digər hissənin, yəni 11920 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqısatqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli 3138 saylı müəssisənin (obyektin) alqı-satqısına dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, sədr müavini cənab X2 ilə Cavabdeh arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə keçirilən hərracda 01 saylı protokola əsasən 104 saylı mağazaya (ümumi sahəsi-174.9 kv.m) dair müqavilə bağlanmış və Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə 20B saylı ünvanda yerləşən 104 saylı mağazanı hərracdan 27200 (iyirmi yeddi min iki yüz) manata almışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış **********41 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə 20B saylı ünvanda yerləşən 104 saylı idman malları mağazanın (ümumi sahəsi-174.9 kv.m) satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi iə bağlanılmış xx.xx.2016-cı il tarixli, 3138 saylı alqısatqı müqaviləsinin 2.2.2. bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 204xx xxxxxxxx 8560 manat Cavabdeh tərəfindən ödənilmədiyi, 11920 manat vəsaitin 10 gün ərzində ödənilməsi və 10 gün ərzində ödəniş həyata keçirimədiyi halda, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilənin əlavə xəbərdarlıq edilmədən ləğv olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı-qaydanəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satəccədan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, ilə təsdiq olundu ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə 20B ünvanda yerləşən 104 saylı mağazaya (qeyri-yaşayış sahəsi) dair xx.xx.2016-cı il tarixdə bağlanmış 3138 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış qeyri-yaşayış sahəsinə görə ödənilməli olan 20480 manat məbləğindən 8560 manat ödəmiş, qalan 11920 manatını cavabdeh şərtləşdirilmiş müddətdə iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə, 20B saylı ünvanda yerləşən 104 saylı mağazanın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3188 saylı müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq, iddiaçıya təhvil verilməli, ödənilmiş 8560 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbil edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngə, 20B saylı ünvanda yerləşən 104 saylı mağazanın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3188 saylı müqavilə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. xx.xx.2016-cı il tarixli, 3188 saylı müqavilə üzrə Cavabdeh tərəfindən ödənilmiş 8560 (səkkiz min beş yüz altmış) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbil edilsin. İş üzrə Cavabdeh 30 manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1256/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-1256/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver