Məhkəmə qərarları › İş №2(044)-1270/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1270/2022

09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1270/2022 09.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 22 aprel 1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, 10.11.1989-cu il tarixdə X6 ilə rəsmi qaydada nikaha daxil olmuş, X624.09.2019-cu il tarixdə vəfat etmiş və onların birgə nikahlarından 04.04.1991-ci il tarixdə X5 adlı bir uşaqları dünyaya gəlmişdir. Onun ailə üzvləri oğlu İsmayıl daxil olmaqla Gəncə şəhəri Bayan küçəsində yerləşən evdə qeyd edilmişdir. X1 doğulduqdan 18 gün sonra 22.04.1991-ci il tarixdə vəfat etmiş və qohumlarının iştirakı ilə uşağı göygöl rayonu, lüləli kənd qəbirstanlığında dəfn etdirmişlər. Hal-hazırda onun qəbri Göygöl rayonu Lüləli kənd qəbirstanlığında yerləşir və onun dəfn olduğu yer onun oğlu İsmayılın ölüm faktını təsdiq edə bilər. Hal-hazırda neçə daşınar və daşınmaz əmlakları mərhum həyat yoldaşı X4 adınadır və həmin əmlakları vərəsə üzrə öz mülkiyyətinə çevirmək istəyirlər. Bunun üçün oğlu İsmayılın ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsindən məhkəməyə daxil olmuş məktubda, nümayəndələrinin iştirakı olmadan işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun baldığının gəlinidir. Onların oğlu İsmayıl 04 aprel 1991-ci il tarixdə anadan olmuşdur. Uşaq cəmi 18 gün yaşamışdır. 04 aprel 1991-ci il tarixdə anadan olmuş İsmayıl 22 aprel 1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin oğlu İsmayıl Göygöl rayonu Lüləli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. Ərizəçinin 04 aprel 1991-ci il tarixdə oğlu İsmayıl anadan olmuşdur. Uşaq cəmi 18 gün yaşadı və 22 aprel 1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin İsmayıl Göygöl rayonu Lüləli kənd qəbirstanlığında dəfn olunmuşdur. 10.11.1989-cu il tarixdə Kirovabad şəhəri Gəncə rayonVVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cəfərova (Məmmədova) Şəlalə Aydın qızının nikahları 10 noyabr 1989-cu il tarixdə 431 saylı akt qeydi ilə bağlanmışdır. 24.09.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Asif Yahya oğlu 20 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. 17.01.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X5 04 aprel 1991-ci il tarixdə anadan olmuşdur. 11.03.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-562/15 saylı məktubdan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış və bu barədə ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi ilə təsdiq olundu ki, ərizəçinin oğlu 04.04.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 22 aprel 1991ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 04.04.1991-ci il tarixdə anadan olmuş X5 22 aprel 1991-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.04.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 22 aprel 1991-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar