Məhkəmə qərarları › İş №2(044)-130/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-130/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-130/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə və ipoteka predmetinə hüquqlarının itirilməsi tələbi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli 800850-74598/2 saylı kredit müqaviləsi üzrə 19277.34 manat məbləğində əsas borcu və 2017.22 manat faiz borcu ümumilikdə 21294.56 manat borcun; xx xxx 2018-ci il tarixli 800850-74598/3 saylı kredit müqaviləsi üzrə 8332.71 manat məbləğində əsas borcu və 865.02 manat fazi borcu olmaqla, ümumilikdə 9197.73 manat borcun, iki kredit müqaviləsi üzrə ümumi borc 30492.29 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10.65 manat dövlət rüsumu və 20.71 manat xidmət haqqı olmaqla, cəmi 31.36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinə və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 800850-74598/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 30000 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxx 2018-ci il tarixli, 800850-74598/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit ayrılmışdır. Bank və digər cavabdeh – Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixli, 800850-74598/2 nömrəli kredit müqaviləsinin təminatı olaraq xx xxxxxx 2017-ci il tarixli, 800850-74598/2 nömrəli; xx xxx 2018-ci il tarixli, 800850-74598/3 nömrəli kredit müqaviləsinin təminatı olaraq xx xxx 2018-ci il tarixli, 800850-74598/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli, 800850-74598/2 nömrəli ipoteka müqaviləsi və xx.xx.2018-ci il tarixli 800850-74598/3 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh1 Hafiz qızının tam mülkiyyətində olan və Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına allınmışdır. Bununla bağlı əmlakın yüklü edilməsi barədə xx.xx.2017-ci il tarixli, RX seriyalı, 119711 nömrəli çıxarış və xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bunula əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamış və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Banka tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 001/007/2178/2019 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyana şəxsən təqdim edilmişdir. İpoteka qoyana qeyd edilən bildirişi rəsmi təqdim olunduqdan sonra, bildiriş xx.xx.2019-cu il tarixdə bank tərəfindən verilmiş Ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinə tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh3 imzaladığı xx.xx.2017-ci il tarixli 7E-11562 saylı və xx.xx.2018-ci il tarixli 7E-4170 saylı ərizələrə əsasən ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürüb. Borcalanın öz öhdəliyinin icra etməməsi nəticəsində onun banka olan borcu xx xxx 2019-cu il tarixə aşağıdakılardan ibarətdir: xx xxxxxx 2017-ci il tarxli, 800850-74598/2 nömrəli kredit müqaviləsi üzrə: Kredit müqaviləsi üzrə əsas borc məbləği – 19277.34 manat, Kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 2017.22 manat, Cəmi – 21294.56 manat. xx xxx 2018-ci il tarixli, 800850-74598/3 nömrəli kredit müqaviləsi üzrə: Kredit müqaviləsi üzrə əsas borc məbləği – 8332.71 manat, Kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 865.02 manat, Cəmi – 9197.73 manat. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək faiz məbləğinin azaldılmasını, ipoteka predmetinin ilkin satış qiymətinin artırılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 800850- 74598/2 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh1 şəxsi istehlak məqsədilə illik 24% dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC 30000 manat məbləğində pul almışdır. - xx.xx.2017-ci il tarixli, 800850-74598/2 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 Hafiz qızının 800850-74598/2 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2017-ci il tarixli, 800850-74598/2 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli 800850-74598/2 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh1 şəxsi istehlak məqsədilə illik 24% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC 10000 manat məbləğində pul almışdır. - xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 Hafiz qızının 800850-74598/3 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli 800850-74598/3 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2019-cu il tarixli, 001/007/2625/2019 saylı maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 800850-74598/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə 19277.34 manat əsas, 2017.22 manat faiz, cəmi 21294.56 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli, 001/007/2624/2019 saylı maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə 8332.71 manat əsas borc, 865.02 manat faiz borcu, cəmi 9197.73 manat borcu vardır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi Cavabdeh1 Hafiz qızının adına tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi 800850-74598/2 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu tərixədək 24 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evi 800850-74598/3, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tərixədək 24 ay müddətinə İddiaçı ASC-nin xeyrinə əlavə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh1, X3, Cavabdeh3 qeydiyyatdadır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 xx xxxxx 2005ci il tarixdə Gəncə şəhər Nikah Evində rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 2016-cı il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. - xx xxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 Hafiz qızının nikahı haqqında akt qeydi aşkar edilməmişdir. - xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 Hafiz qızının nikahı haqqında akt qeydi aşkar edilməmişdir. - Cavabdeh3 notariusda təstiq edilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrindən görünür ki, o, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin ipoteka müqavilələrinə əsasən İddiaçı ASC–nin xeyrinə ipoteka qoyulmasına razılıq vermiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, bildirişi aldığı gündən 3 iş günü ərzində borcun ödənilməsi təmin olunmazsa, qanuna əsasən notariat qaydasında razılaşmanın məhkəməyə müraciət edilmədən bağlanması üçün Cavabdeh1 Banka gəlməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəmədə ona qarşı borc tələbi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddia qaldırılacağı bildirilmişdir. - İddiaçıASC-nin xx.xx.2019-cu ərizəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışların surətlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin müraciətlər qəbul olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 Hafiz qızı kredit müqavilələrinə, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən İddiaçı ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Buna görə də iddiaçının onlardan müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüquq vardır. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli, 2(044)-2137/2019 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 21922 saylı rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 Hafiz qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına xx xxxxxx 2017-ci il tarixli 800850-74598/2 saylı kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2019-cu il tarixə (maliyyə arayışının verildiyi tarixə) 23081,52 manat (əsas borc üzrə 21033.68 manat, faiz borcu üzrə 2047,84 manat), xx.xx.2019-cu il tarixə (iddia tarixinə) 24175,27 manat (əsas borc üzrə 21033.68 manat, faiz borcu üzrə 3141,59 manat) müəyyən olunur. Cavabdeh1 Hafiz qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına xx.xx.2018-ci il tarixli 8000850-74598/3 saylı kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2019-cu il tarixə (maliyyə arayışının verildiyi tarixə) 7780,25 manat (əsas borc üzrə 7018,64 manat, faiz borcu üzrə 761,61 manat), xx.xx.2019-cu il tarixə (iddia tarixinə) 8145,22 manat (əsas borc üzrə 7018,64 manat, faiz borcu üzrə 1126,58 manat) müəyyən olunur. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli 800850-74598/2 saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği maliyyə arayşına əsasən iddia ərizəsində göstərilmiş əsas və faiz məbləğindən çoxdur. Lakin xx.xx.2018-ci il tarixli 8000850-74598/3 saylı kredit müqaviləsi üzrə isə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği maliyyə arayışına əsasən iddia ərizəsində göstərilmiş əsas və faiz borcun məbləğindən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 800850-74598/2 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin müqavilə üzrə iddia tələbinə uyğun, lakin xx.xx.2018-ci il tarixli 8000850-74598/3 saylı kredit müqaviləsi üzrə isə əsas və faiz borcun məbləği ekspert rəyinə uyğun tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi və əlavə ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdən əvvəl imzalandığı üçün məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixə qədər qüvvədə olmuş normaları tətbiq edilməlidir. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinə və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan mənzillərin hazırki satış qiymətinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 130/2020 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. “xxxx” MMC-nin x xxxx 2020-ci il tarixli, 01/328 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin birlikdə ilkin satış (likvid) qiyməti 70000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakların satış (likvid) qiyməti müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin birlikdə ilkin satış qiyməti 70000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin əmlakı boşaldaraq çıxmalıdılar. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli, 800850-74598/2 saylı kredit müqavilə üzrə 19277.24 manat əsas, 2017.22 faiz, xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı kredit müqaviləsi 7018.64 manat əsas, 761.61 manat faiz borcu olmaqla cəmi 29074.71 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinə və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinə yönəldilməli, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin birlikdə ilkin satış qiyməti 70000 manat müəyyən edilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli və ipoteka predmetləri hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsindən və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evindən çıxarılaraq həmin əmlaklar boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10.65 manat dövlət rüsumu və 20.71 manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsi İddiaçı ASC-dən, 190 manat məbləğində hissəsi isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müştərək qaydada xx.xx.2017-ci il tarixli, 800850-74598/2 saylı kredit müqavilə üzrə 19277.24 manat əsas, 2017.22 faiz, xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı kredit müqaviləsi 7018.64 manat əsas, 761.61 manat faiz borcu olmaqla cəmi 29074.71 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinə və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsinin və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin birlikdə ilkin satış qiyməti 70000 manat müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin İpoteka predmetləri hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində yerləşən 0.0247 ha torpaq sahəsindən və onun üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evindən çıxarılaraq həmin əmlaklar boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat 65 (altmış beş) qəpik dövlət rüsumu və 20 (iyirmi) manat 71 (yetmiş bir) qəpik xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 10 (on) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 190 (yüz doxsan) manat məbləğində hissəsi isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar