Məhkəmə qərarları › İş №2(044)-1438/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1438/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1438/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X2 21 avqust 1955-ci il tarixdə ölməsi, onun ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə, X8na ölüm haqqında şəhadətnamənin verilməsinin Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1nun qaynanası X9 ilə birgə nikahlarından dörd övladları, həyat yoldaşı X16, baldızı Hüseynova (Abdullayeva) Gözəl Həmid qızı, qaynı X22, baldızı X19 və X23 adlı övladları olmuşdur. X1, qaynanası X9, X8 və həyat yoldaşı X16 vəfat etmişlər. X8 21 avqust 1955-ci il tarixdə 2 yaşında vəfat etmişdir. Bundan əlavə X6 onunla birgə nikahlarından Hüseynova (Alıyeva) Aygül Saləddin qızı, X10 və X17 adlı üç övladları anadan olmuşdur. X4 10.06.1986-cı il tarixdə iki aylığından vəfat etmişdir. Lakin onlar səhlənkarlıq edərək 21 avqust 1955-ci il tarixdə vəfat etmiş X8na və 10.06.1986-cı il tarixdə vəfat etmiş X4na ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda X1ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini vərəsə olaraq öz adlarına keçirtmək üçün tələb olunan sənədlərin bir qismini təqdim etmişlər, lakin X2 və X4nun ölüm haqqında şəhadətnaməsini əldə edə bilmədikləri üçün təqdim edə bilməmişlər. X2 və X4nun ölmələrini təsdiq etmək üçün onlara ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı üzrə dövlət orqanına ünvanladıqları ərizə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 16.10.2020-ci il tarixli, 05/Q-1346 saylı və 16.10.2020-ci il tarixli 05/Q-1345 saylı məktubları ilə imtina edilmişdir. Ərizəçi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, X2 21 avqust 1955-ci il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək X2 21 avqust 1955-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmyaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 bildirmişdir ki, o, X15 qardaşıdır. X23 1953-cü ildə anadan olub,1955-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X19 bildirmişdir ki, o, X15 bacısıdır. Ərizəçi onların gəlinidir. X23 1953-cü ildə anadan olub, 1955-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən X12 ünvanlanan 16.10.2020-ci il tarixli, 05/Q-1346 saylı məktubdan görünür ki, X15 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 19.08.1953-cü il tarixdə Kirovabad şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Həmid Cəfərqulu oğlu ilə Məmmədova Gül-Mərcan Kərim qızının birgə nikahlarından 30 iyul 1951-ci il tarixdə X16 anadan olmuşdur. İş materiallarında olan 16.10.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Hüseynov Həmid Cəfərqulu oğlu ilə Məmmədova Gül-Mərcan Kərim qızının birgə nikahlarından 16 avqust 1953-cü il tarixdə X23 anadan olmuşdur. İş materiallarında olan 12.04.1986-cı il tarixdə Kirovabad şəhəri Gəncə rayon Zaks şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi birgə nikahlarından 08 aprel 1986-cı il tarixdə X17 anadan olmuşdur. İş materiallarında olan 06.11.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsinin 09.10.2020ci il tarixli, 05/Q-1327 saylı arayışından görünür ki, 30.06.1951-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X6 atası Hüseynov Həmid Cəfərqulu oğlu (vəfat edib), anası 15.12.1925-ci il təvəllüdlü Məmmədova Gül-Mərcan Kərim qızı (vəfat edib), bacısı 27.03.1959-cu il təvəllüdlü Hüseynova (Abdullayeva) Gözəl Həmid qızı, qardaşı 25.12.1955-ci il təvəllüdlü X22, bacısı 21.02.1946-cı il təvəllüdlü X19, qardaşı 16.08.1953cü il təvəllüdlü X23, arvadı xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi, uşaqları 19.08.1992-ci il təvəllüdlü Hüseynova (Alıyeva) Aygül Saləddin qızı, 28.02.1985-ci il təvəllüdlü X10 və 08.04.1986-cı il tarixli X13r. İş materiallarında olan 16.10.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verimiş məktubdan görünür ki, X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də X23 21 avqust 1955-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də, onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırılması zamanı X15 21 avqust 1955-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə vərəsəliklə bağlı işlərini həll etmək üçün lazımdır və bununla bağlı da o, müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X15 21 avqust 1955-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı məhkəmə iclasında sübut edildiyindən onun həmin ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. X15 21 avqust 1955-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar