Məhkəmə qərarları › İş №2(044)-148/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-148/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-148/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» oğluna tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqvailəsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan əsas borc 146159.85 manat, faiz borcu 18586.67 manat, dəbbə 4856.95 manat, cəmi 169603.47 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum (60.40 manat məbləğin) Cavabdeh1 iddiaçının xeyrinə tutulması,Cavabdeh1 ilə bağlanan xx.xx.2018-ci il tarixli, RHMG-00007-06/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracdan satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə biznes məqsədi ilə 60 ay müddətinə 146200 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş və kreditin təmini kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən 199.2 kv.mdən ibarət olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə cavabdehin banka olan borcu cəmi 169603.47 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə daxil olmuş iddia tələbinin artırılmasına dair ərizədə, iddiaçı Bank “xxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqvailəsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan əsas borc 146159.85 manat, faiz borcu 18586.67 manat, dəbbə 36293.03 manat, cəmi 201039.55 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum (60.40 manat məbləğin) Cavabdeh1 iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2018-ci il tarixli, RHMG-00007-06/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracdan satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank «xxx» ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 60 ay müddətinə 146200 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli RHMG-00007-06/18A (iki tərəfli) sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank «xxx» ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binası Bank «xxx» ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh1 adına qeyd edilmiş xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış və 2 saylı notarial qaydada təsdiq edilmiş ərizədə, əri Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasının Bank «xxx» ASC-nə sonrakı ipotekaya qoyulmasına razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə Bank «xxx» ASC-ti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə olan əsas borc 146159.85 manat, faiz borcu 18586.67 manat, dəbbə 4856.95 manat, cəmi 169603.47 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən, 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 kv.m-dən ibarət, qeyriyaşayış binasının xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 220000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması hissəsinə qiymət verərək hesab edir ki, hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, girov predmetinin dəyəri 220000 (iki yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlərin iddiaçıya olan borcu isə 165146.52 (yüz altmış beş min yüz qırx altı manat əlli iki qəpik) manat dəyərində müəyyən edilmişdir. Göründüyü kimi girov predmetinin dəyəri faktiki mövcud olan borcun ödənilməsini təmin etmək qabliyyətindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank “xxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən əsas borc üzrə 146159.85 manat, faiz borcu 18586.67 manat, cərimə (dəbbə) 400 manat, cəmi 165146.52 (yüz altmış beş min yüz qırx altı manat əlli iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu iddiaçı Bank “xxx” ASC-nın xeyrinə tutulmalı, tutma Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat müəyyən olunmuş Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasının satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 165146.52 (yüz altmış beş min yüz qırx altı manat əlli iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu (60.40 manat məbləğin) iddiaçıya ödənilməli, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binası satıldıqdan sonra boşaldılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 əsas borc üzrə 146159.85 manat, faiz borcu 18586.67 manat, cərimə (dəbbə) 400 manat, cəmi 165146.52 (yüz altmış beş min yüz qırx altı manat əlli iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat iddiaçı Bank “xxx” ASC-nın xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. İlkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat müəyyən olunmuş Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binasının satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 165146.52 (yüz altmış beş min yüz qırx altı manat əlli iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu iddiaçı Bank “xxx” ASC-nə ödənilsin və Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 96B ünvanda yerləşən qeyri-yaşayış binası satıldıqdan sonra boşaldılsın. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar