Məhkəmə qərarları › İş №2(044)-1502/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1502/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1502/2022 30.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, xx.xx.1946-cı il təvəllüdlü anası X4 və ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış oğlu xx.xx.2007-ci il təvəllüdlü X10 02 mart 2022-ci il tarixdə həmin mənzildə dəm qazı sızması nəticəsində zəhərlənərək vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X9 və oğlu X13 02 mart 2022-ci il tarixdə mənzildə baş vermiş dəm qazı sızması nəticəsində zəhərlənərək vəfat etmişlər. Bu halı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhər X6 Hüquqi Şəxsi (GŞBX PHŞ) Təcili və X7 Stansiyasının (TTYS) xx.xx.2022-ci il tarixli 616 saylı və 617 saylı məlumatları (tibbi arayışları) ilə sübut olunur. O, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işlədiyi 29 saylı tam orta məktəbdə dərsi bitirdikdən sonra qeyd olunan ünvanda yerləşən evə getmiş və mənzilə daxil olanda mənzildə buxar olduğunu müşahidə etmiş, qapıpəncərələri açmış, oğlunu və anasını səsləmiş, onlardan səs gəlməmişdir. Onun oğlu Elmir Səfərovun öz otağında çarpayısında uzanmış və huşsuz vəziyyətdə, anası Elmira Rüstəmovanın isə vanna otağında ölmüş vəziyyətdə görmüş, təcili yardım çağırmış, təcili yardım anasının vəfat etdiyini təsdiqləmiş və oğlu Elmirin xəstəxanaya aparılmalı olduğunu məsləhət görmüşlər. X18 Beynəlxalq Xəstəxanaya aparmışlar. Orada Elmirə ilkin yardım olunsa da xeyri olmamış və artıq dünyasını dəyişmişdir. Gəncə şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli 142-c-22 nömrəli qərarından görünür ki, bu hadisəni şəhər prokurorluğu araşdırmış, anası Elmiranın oğlu Elmirin dəm qazından zəhərlənmələri nəticəsində vəfat etmələri bir daha təsdiqlənmiş və dəm qazından zəhərlənmə nəticəsində vəfat etmələrinin cinayət hadisəsi olmadığı müəyyən olunmuş və cinayət hadisəsi olmadığına görə də cinayət işi başlanılmamışdır. Anasının və oğlunun ölümləri haqqında şəhadətnamə təqdim edilməsi üçün aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət etmiş və ona cavab olaraq “X1 X3” tələbinə görə ölüm haqqında şəhadətnamə tibb müəssisəsi tərəfindən verilən ölüm haqqında tibbi şəhadətnamə əsasında verildiyini və tibb müəssisəsinə müraciət etmələri məsləhət görülmüş və o, TƏBİB Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Gəncə şəhər Ailə Sağlamlıq Mərkəzinə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Beləliklə 6-7 dəfə get-gəldən sonra, o, məcbur olub Gəncə şəhər Səhiyyə İdarəsinə müraciət etməli olmuş və ona rəsmi olaraq tibbi ekspertizanın təyin olunmaması səbəbi ilə imtina məktubu verilmişdir. Onlar Gəncə şəhər Prokurorluğunun qeyd olunan qərarını təqdim edib oğlunun və anasının dəm qazının sızması nəticəsində vəfat etdiklərini və prokurorluq hadisənin cinayət hadisəsi olmadığı kimi qiymətləndirilməsini bildirsələr də xeyri olmamışdır. Şöbə müdiri G.Mustafayeva əvvəllər prokurorluğun bu cür qərarları əsasında tibbi şəhadətnamə verilirdisə, hazırda belə şəhadətnamənin verilməsi şifahi olaraq qadağan olunduğunu bildirmişdir. Bununla da ölüm haqqında şəhadətnamə verilməsi üçün tələb olunan zəruri sənədi əldə edə bilməmişlər. Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022ci il tarixli 657/15 saylı məktubu ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğuna görə qeydiyyat şöbəsi vəfatetmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə verərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmədən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi onunla uzaq qohumdur. 2022-ci ilin mart ayında Ərizəçi ona zəng edərək evdə qazdan boğulma hadisə baş verdiyini, anası Elmiranın və oğlu Elmirin dəm qazından zəhərlənmələrini demişdir. O, Ərizəçi evinə təcili yardım avtomaşını ilə eyni vaxtda getmişdir. Onlar evə daxil olanda Ərizəçi anası Elmiranın artıq ölməsini görmüşdür. Oğlu Elmiri isə təcili yardım vasitəsi ilə xəstəxanaya aparmışlar. Ərizəçi oğlu Elmir xəstəxanada vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Nizami ASM şöbəsi tərəfindən verilmiş 42 saylı məktubdan görünür ki, Ərizəçi yaxın qohumları X13 və X4 dəm qazından boğulub ölmələri haqqında ölüm haqqında tibbi şəhadətnamə forma 106-nı verə bilməmələrinin səbəbi tibbi ekspertizanın rəyinin olmaması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-657/15 saylı məktubdan görünür ki, X13 və X4 ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün olmamışdır və bu barədə ərazi üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X13 və X4 ölməsi faktı üzrə cinayət işinin başlanması Aazərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə Təcili və X7 Stansiyası 2 saylı şəhər poliklinikası tərəfindən verilmiş 616 saylı məlumatda, həqiqətən xx.xx.2022-ci il tarixdə 17-45 dəqiqədə ünvan 2 ünvana X4 adına çağırış olmuş, çağırış yerinə gələn Təcili və X7 Stansiyasının çağırışçı həkimi Leyla Mustafayeva tərəfindən xəstəyə təcili yardıma qədər ölüm-dəm qazından zəhərlənmə diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Təcili və X7 Stansiyası 2 saylı şəhər poliklinikası tərəfindən verilmiş 617 saylı məlumatda, həqiqətən xx.xx.2022-ci il tarixdə 17-07 dəqiqədə ünvan 2 ünvana X10 adına çağırış olmuş, çağırış yerinə gələn Təcili və X7 Stansiyasının çağırışçı həkimi Orxan Məmmədov tərəfindən xəstəyə təcili yardıma qədər ölüm-dəm qazından zəhərlənmə diaqnozu qoyulmuşdur. xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Ərizəçi birgə nikahlarından 07 dekabr 2007-ci il tarixdə X13 anadan olmuşdur. xx.xx.1971-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 birgə nikahlarından 16 avqust 1971-ci il tarixdə X2 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında işdə olan sənədlərlə yanaşı, şahid ifadəsi ilə təsdiq olundu ki, ərizəçinin oğlu xx.xx.2007-ci il tarixdə anadan olmuş X13 və anası xx.xx.1946-cı il tarixdə anadan olmuş X9 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda dəm qazından zəhərlənərək vəfat etmişlər. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X10 və anası xx.xx.1946-cı il tarixdə anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X10 və xx.xx.1946-cı il tarixdə anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar