Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1593/2020 17.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı«şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1920-ci ildə Gəncə şəhərində anadan olmuş X1 1942-ci ildə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1949-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Onun atasıgil iki qardaş olmuş, atası X6 1911-ci ildə, əmisi X7 isə 1920ci ildə Gəncə şəhərində anadan olmuşlar, onun atası İsak Əhmədov xx.xx.1965-ci il tarixdə vəfat etmiş, əmisi Əhmədov Qara isə Böyük Vətən Müharibəsi Başlayanda cəbhəyə getmiş və 1942-ci ildə itkin düşmüş və o vaxtdan əmisindən heç bir xəbər olmamışdır. Onun əmisi Qara Əhmədov cəbhəyə gedəndə subay olmuşdur. Onun hazırda yaşadığı Gəncə şəhəri, Eminbəyli küçəsi 62 saylı mülk atasının və əmisinin şərikli mülküdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.03. 2020-ci il tarixli qətnaməsinə əsasən onun əmisi X7 ilə atası X2 doğma qardaş olmaları və əmisi Qara Əhmədovun 1920-ci ildə Gəncə şəhərində doğulması barədə hüquqi faktlar müəyyən edilmişdir. O, vərəsəlik qaydasında mülkü adına keçirtmək istəmiş, lakin əmisinin ölümü barədə sənəd olmadığından məqsədinə çata bilməmiş və bu sənədi isə başqa cür əldə edə bilmir. O, ölüm sənədinin alınması barədə Gəncə şəhəri Nizami rayon Qeydiyyat idarəsinə müraciət etsə də ona rədd cavabı verilmiş. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə ailəvi dostdurlar. O, eşitmişdir ki, Ərizəçi atası 1965-ci ildə vəfat edibdir. Ərizəçinin əmisi Qara Əhmədovun isə Böyük Vətən Müharibəsinə getməsini və 1942-ci ildə itkin düşməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə ailəvi dostdurlar. O, eşitmişdir ki, Ərizəçi atası 1965-ci ildə vəfat edibdir. Ərizəçinin atası vəfat edəndə o, uşaq olmuşdur. Ərizəçinin əmisi Qara Əhmədov Böyük Vətən Müharibəsinə getmiş və geri qayıtmamışdır. Ərizəçinin əmisi Qara Əhmədov 1942-ci ildə müharibədə itkin düşmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-555/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, X7 ilə X2 doğma qardaş olmaqla qohumluq və X1 1920-ci ildə Gəncə şəhərində doğulmasının qeyd edilməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. xx.xx.1970-ci il tarixdə Kirovabad şəhəri Hərbi Komissarlığı tərəfindən verilmiş 4/195 saylı arayışdan görünür ki, 1920-ci ildə anadan olmuş X7 Böyük Vətən Müharibəsi başlayanda cəbhəyə getmiş və 1942-ci ildə itkin düşmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 549 saylı məktubdan görünür ki, X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır və bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə məhkəmə iclasında təsdiq olundu ki, Ərizəçi mərhum əmisi X7 1942-ci ildə itkin düşmüş və hazırda sonuncunun harada olması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi X1 harada olması barədə artıq 68 ildən artıq müddətdir ki, məlumat yoxdur. Ona görə də mülki qanunvericiliyin tələbi baxımından məhkəmə qaydasında 1920ci ildə Gəncə şəhərində anadan olmuş 1942-ci ildə itkin düşmüş X7 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 1920-ci ildə anadan olmuş 1942-ci ildə itkin düşmüş X7 ölmüş elan edilsin. X1 adına verilən ölüm haqqında şəhadətnamədə, onun ölüm günü, bu qətnamənin qanuni qüvvəyə mündiyi gün hesab edilsin. Qətnamənin icrası Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə tapşırılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1593/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1593/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver