Məhkəmə qərarları › İş №2(044)-1695/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1695/2021

07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1695/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi, Vəkil, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna, 3-cü şəxs "xxxx" ASC-nə qarşı «əmlakın geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna, 3-cü şəxs "xxxx" ASC-nə qarşı «əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün girov müqabilində götürülmüş mülkiyyət hüququ əsasında Gəncə şəhər, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan 0.079 ha torpaq sahəsində yerləşən 38 saylı 3 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində 80.4 kv.m ümumi, 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 saylı mənzil, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsində istifadədə olan 0.0333 ha torpaq sahəsində yerləşən 10 saylı birmərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 232.6 kv.m ümumi, 160.7 kv.m yaşayış sahəsindən ibarət 8 otaqlı 1 saylı mənzil, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsində istifadədə olan 0.0302 ha torpaq sahəsində yerləşən 8 saylı 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 168.6 kv.m ümumi, 156.8 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı mənzil, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 0.479 ha torpaq sahəsində yerləşən 38 saylı, 3 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində 3 otaqlı olan 6 saylı mənzil, Gəncə şəhəri, Cavadxan küçəsi, 38 saylı binada yerləşən, 1-2 saylı mənzillər, Cəhnə şəhəri, cavadxan küçəsi, bina 38, 3-10 saylı mənzillərin müqabilində götürülmüş kredit borcunun 117000 ABŞ dollarını ödəmədiyi üçün cavabdeh tərəfindən banka ödənilmiş kredit pulunun ona qaytarılması, qalan borcun onun tərəfindən ödənilməsi və girova qoyulmuş mülkiyyət hüququ olan mülklərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07.02.2014-cü ildə kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən 10.10.2014-cü il tarixdə kredit sazişi "xxxx" ASC ilə ipoteka müqaviləsi imzalanaraq Gəncə şəhər, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan 0.079 ha torpaq sahəsində yerləşən 38 saylı 3 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində 80.4 kv.m ümumi, 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 saylı mənzil, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsində istifadədə olan 0.0333 ha torpaq sahəsində yerləşən 10 saylı birmərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 232.6 kv.m ümumi, 160.7 kv.m yaşayış sahəsindən ibarət 8 otaqlı 1 saylı mənzil,Gəncə şəhəri, Nizami rayon, Qala küçəsində istifadədə olan 0.0302 ha torpaq sahəsində yerləşən 8 saylı 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 168.6 kv.m ümumi, 156.8 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı mənzil, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 0.479 ha torpaq sahəsində yerləşən 38 saylı, 3 mərtəbəli binanın 1-ci girişində 2-ci mərtəbəsində 3 otaqlı olan 6 saylı mənzil, Gəncə şəhəri, Cavadxan küçəsi, 38 saylı binada yerləşən, 1-2 saylı mənzil, Gəncə şəhəri, Cavadxan küçəsi, bina 38, 3-10 saylı əmlaklar kredit alınması üçün girov qoyulmuşdur. Cavabdeh girovun müqabilində götürülmüş kredit borcunun 3 il müddətinə tam ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə kimi kredit borcunun 117 000 ABŞ dollarını bu günə kimi ödəməmiş, qoyulmuş girovun X2 adına olan mülkü öz adına keçirmək istəyir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün onun tərəfindən qoyulmuş girovların müqabilində ödədiyi pulun ona qaytarılması və qalan kredit borcunu tərəfindən ödənilməsi və əmlakların ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli 2(043)- 268/2016 saylı qərardadı əsasında barışıq sazişi təsdiq edilmiş, barışıq sazişi əsasında əldə olunmuş razılığa əsasən 20.04.2016-cı il tarixdə “öhdəliyin ötürülməsi barədə razılaşma” müqaviləsi bağlanmış və bu müqavilə girov saxlayan "xxxx" ASC-nin Bakı baş ofisi və Gəncə filialının nümayəndələri, hazırkı iş üzrə İddiaçı, Nurəddin Əmrahov və onun tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənmişdir. Həmin öhdəliklərlə əlaqədar müqavilə 20.04.2016-cı il tarixdə bağlanmış, öhdəlik müqavilələri ilə əlaqədar iddia müddəti qanunvericiliklə 3 il müddət müəyyən edilmişdir və iddiaçı tərəfindən iddia qaldırarakən iddia müddəti ötürülmüşdür. Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. İş üzrə tərəflər arasında öhdəliyin icrası 06 ay müddət müəyyənləşdirilmişdir. Bu müddət isə 20 dekabr 2016-cı il tarixdə bitmişdir. Tərəflər arasında bağlanmış, 20.04.2016-cı il tarixli “öhdəliyin ötürülməsi barədə razılaşma” müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya tam icra edilməməsi əsası ilə bağlı iddia verilməsi müddətin ötürülməsi ilə verilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X16 oğlu məhkəmə iclasında, o, iddia tələbinin təmin olunub olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (barışıq sazişinin təsdiq edilməsi haqqında) 15.02.2016-cı il tarixli 2(043)-268/2016 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh və X3 qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işdə tərəflər arasında bağlanmış 15.02.2016-2015-ci il tarixli barışıq sazişi təklif edilən şərtlərlə təsdiq olunması qərara alınmış, iş üzrə icraata xitam verilmişdir. 10.06.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 61.5 kv.m, yardımçı sahəsi 42.5 kv.m olan 4 otaqlı mənzil İddiaçı əvəzinə X14 tərəfindən Cavabdeh 25000 manata satılmışdır. 15.04.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan İddiaçı adına qeyd edilmişdir. 10.06.2015-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 154.8 kv.m, yaşayış sahəsi 101.7 kv.m, yardımçı sahəsi 53.1 kv.m olan 6 otaqlı mənzil İddiaçı əvəzinə X14 tərəfindən Cavabdeh 20000 manata satılmışdır. 15.04.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı adına qeyd edilmişdir. 20.04.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 168.6 kv.m ümumi, 156.8 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı mənzil, İddiaçı əvəzinə X14 tərəfindən Cavabdeh 253320 manata satılmışdır. 10.04.2009-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvan İddiaçı adına qeyd edilmişdir. 20.04.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsi 10 saylı binanın 1 saylı mənzili İddiaçı tərəfindən Cavabdeh 454320 manata satılmışdır. 13.04.2009-cu il tarixli ******* saylı çıxarışın surətindən hörünür ki, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsi, 10 saylı binanın, 1 saylı mənzili İddiaçı adına qeyd edilmişdir. 20.04.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsi, 8 saylı binanın, 2 saylı mənzili İddiaçı tərəfindən Cavabdeh 20000 manata satılmışdır. 01.05.2009-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayon, Qala küçəsi, 8 saylı binanın, 2 saylı mənzili İddiaçı adına qeyd edilmişdir. 16.04.2015-ci il tarixli aktın surətindən görünür ki, X1 Pərnisə Müseyib qızına məxsus Gəncə şəhəri, Cavadxan küçəsi ev 38, mənzil 1-2 və Gəncə şəhəri, Cavadxan küçəsi ev 38, mənzil 3-10, cəmi 1.611000 manat, 1.500000 ABŞ dolları məbləğinə ondan almasına razılığa gəlmişlər. Həmin məbləğ X14 tərəfindən İddiaçı ödənilmişdir. Lakin həmin əmlaklar girovda olduğu üçün hazırda onları Pərviz Hacıyevin adına rəsmiləşdirmək mümkün deyildir. Buna görə tərəflər arasında həmin mənzillərə dair 06 ay müddətinə borc müqaviləsi bağlanmışdır. İddiaçı qızı ünvan 1, ünvan 2, Gəncə şəhəri, Qala küçəsi, 8 saylı binanın, 1 saylı mənzili, Gəncə şəhəri, Qala küçəsi, 10 saylı binanın, 1 saylı mənzili və Gəncə şəhəri, Cavadxan küçəsi, ev 38, mənzil 6 üzərində sərəncam verilməsinə dair X7 adına etibarnamə vermiş, həmin əmlaklar bankda girovdadır. Əgər İddiaçı 06 ay müddətinə banka olan krediti ödəyib, ünvan 1 və Gəncə şəhəri, Cavadxan küçəsi ev 38 mənzil 3-10 X7 adına rəsmiləşdirilə bilməsə, X14 göstərilən əmlakların banka olan borcu tam ödəyib, həmin əmlakları istədiyi şəxsin adına rəsmiləşdirə bilər. İddiaçı göstərilən müddət ərzində etibarnaməni ləğv edə bilməz. X14 isə 06 ay müddəti bitənədək ünvan 1 və Gəncə şəhəri, Cavadxan küçəsi ev 38 mənzil 3-10 istisna olunmaqla, qalan əmlakların üzərində heç bir əməliyyat apara bilməz. Əmrahova Pərnisə Müseyib qızı göstərilən müddətdə yuxarıda qeyd edilən öhdəlikləri tam yerinə yetirərsə, X14 onunla bağlanan borc müqaviləsini və aldığı əmlaklardan başqa adına yuxarıda qeyd edilən digər etibarnamələri ləğv etməyi üzərinə götürür. 20.04.2016-cı il tarixli öhdəliyin ötürülməsi barədə razılaşmanın surətindən görünür ki, kredit verən "xxxx" ASC, kredit alan İddiaçı, ipoteka qoyan X4 və 3-cü şəxs Cavabdeh arasında öhdəliyin ötürülməsi barədə razılaşma imzalanmışdır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə göstərir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Hazırki mübahisə üzrə iddiaçı girova qoyulmuş onun mülkiyyətində olmuş mübahisəli əmlakların onun mülkiyyətinə qaytarılmasına nail olmağa çalışır. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan əmlaklar kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmini məqsədi ilə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən yetərincə icra edilmədiyi üçün bankın pulun qaytarılması və tələbin girov predmetlərinə yönəldilməsi barədə hüququ yaranmışdır. Kreditorun razılığı ilə iddiaçının özünün iştirakı ilə “öhdəliyin ötürülməsi barədə razılaşma” müqaviləsi bağlanmışdır. Bundan sonra əmlaklar müvafiq olaraq özgəninkiləşdirilmişdir. Mülki Məcəllənin öhdəliklərin verilməsi əsasları və qaydasından bəhs edən 522-ci maddəsində göstərilmişdir ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Məhkəmə göstərir ki, iddiaçının özünün iştirakı və kreditorun razılığı ilə həyata keçirilməklə bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun olduğundan, bu zaman iddiaçının hər hansı mülkiyyət hüquqları pozulmadığından onun iddiasının hüquqi əsasları mövcud deyildir. Digər tərəfdən iddiaçı hazırki iddianı qaldırmaq üçün qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, kreditorun razlığı və iddiaçının iradəsini əks etdirən iştirakı ilə bağlanılmış “öhdəliyin ötürülməsi barədə razılaşma” 20.04.2016-cı il tarixdə təsdiq edilmişdir. Hansı ki, hazırda iddiaçının iddiasının əsası kimi istinad edilən hallar həmin müqavilənin müddəalarına uyğun həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həyata keçirilmiş tədbirlər, hansı ki, iddiaçının hüququnun pozulduğunu iddia etdiyi hərəkətlər müqavilə öhdəliklərindən qaynaqlandığı üçün mübahisədə 3 illik iddia müddətinin tətbiq edilməsi qanunidir. Eyni zamanda cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə rəsmi ərizə vermişdir. Habelə iş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sadalananları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna, 3-cü şəxs "xxxx" ASC-nə qarşı «əmlakın geri qaytarılmasına» dair iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar