Məhkəmə qərarları › İş №2(044)-1702/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1702/2021

24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1702/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı4 Teymur qızının, İddiaçı və iddiaçılar Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, X5 nümayəndəsi İddiaçı1, İddiaçılar İddiaçı1, İddiaçı4 Teymur qızının vəkili, X5 vəkili X2, Cavabdehlər Cavabdeh və onun vəkili Vəkil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4 Teymur qızının, X3, Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 Teymur qızı, X6, Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızı, İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə şəhəri Notariat Kontorunda bağlanmış 17.02.2012-ci il tarixli 4Ə-1-77 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında 3 saylı ərazi idarəsi tərəfindən 27.03.2012-ci il tarixdə cavabdehin adına mülkə dair verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda olan mərhum atasının adına olan mülkün mərhum anasının, atasının ümumi əmlakı hesab edilməsi, atası ilə anası rəhmətə getdikdən sonra mirası qanun üzrə vərəsə kimi qəbul etdiyi üçün mülkün anasına məxsus miras hissəsinin üzərində, yəni mülkün 1/2 hissəsinin üzərində onun yerdə qalan atasına məxsus mirası 1/2 hissəsi üzərində qanun üzrə vərəsələr kimi onun və cavabdehin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və iddiaçılar Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, X5 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən mülk mərhum ataları X7 ilə mərhum anasının ümumi birgə mülkiyyəti olmuşdur. Bu mülkü atası ilə anası birgə yaşayan zaman tikmiş, anası rəhmətə getdikdən sonra anasına məxsusolan ümumi mülkiyyətdəki mülkün 1/2 hissəsinə vərəsəlik açılmış, o, qanun üzrə vərəsə kimi mülkün anasına məxsus 1/2 hissəsini qəbul etmiş, bu mirası idarə etmiş, anası öləndən sonra atası cavabdehlə ailə qurmuş, o, və digər iddiaçılar mülkdə bu günə kimi yaşamışlar, mülkün bütün kommunal xərclərini o, ödəmişdir. Cavabdehin onlara qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsində mənzildən çıxarılma ilə bağlı iddia ərizəsinin surəti onlara gələn zaman bilmişlər ki, iş üzrə cabandeh mülkü 2012-ci il tarixdə atasının mülkü ona bağışlaması ilə mülkü adına keçirtmişdir. O, 1 saylı notariat kontorundan notariat işinə baxn zaman məlum olmuş ki, bağışlama müqaviləsi bağlanan zaman 59 saylı küçə üçlüyünün arayışına istinad edilmişdir. Bu arayışda mülkdə atasından başqa heç kimi qeydiyyatda olmadığı göstərilmişdir. Halbu ki, onlar iddiaçıların hamısı mübahisəli ünvanda qeydiyyatdadırlar. Göründüyü kimi bağışlama müqaviləsi zamanı onların razılığı alınmamışdır. Ona görə də məlum bağışlama müqaviləsi onların razılığı olmadan bağlandığı üçün ləğv edilməli və mülk əvvəlki vəziyyətinə qaytarılmalıdır. Mülk atası ilə mərhum anasının birgə yaşadığı dövrdə tikilmiş və onun mərhum atası və anasının ümumi mülkiyyətindədir. Onun atası 2006-cı il tarixdə vəfat etmiş, anası rəhmətə gedəndən sonra miras mülkün anasına məxsus 1/2 hissəsini qəbul edib idarə etmiş, atası rəhmətə getdikdən sonra mülükn atasına məxsus 1/2 hissəsini o, İddiaçı1 ilə cavabdeh qəbul etmişdir. Ona görə də miras mülkün 1/2 hissəsi anasına məxsus miras hissə kimi ona mirasın 1/2 hissəsi isə yenə 1/2 hissə isə onunla cavabdehin arasında bölgüsü aparılmalıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı4 Teymur qızı məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyildir. Onun mərhum əri X1 şəhəri, E.T.Qurbanov küçəsi ev 13 ünvanda yerləşən evi 1 saylı qanunvericiliyin tələbinə əsasən Gəncə şəhəri Notariat Kontorunda bağlanmış 17.02.2012-ci il tarixli 4Ə-1-77 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Ev bağışlanan vaxt İddiaçı1 həmin evdə qeydiyyatda olmamışdır. İddiaçı1 2005-ci ildən 2015-ci ilədək ünvan 4 ünvanda qeydiyyatda olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında, iddia ərizəsinin təmin olunub olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı və iddiaçılar Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, X5 nümayəndəsi İddiaçı1, İddiaçı4 Teymur qızının, cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, hazırda ünvan 5 ünvanda yaşayır. İddiaçı1 ilə həm qonşudur, həm də orta məktəbi bir sinifdə oxumuşlar. Bir yerdə böyümüşlər. O, İddiaçı1 valideynlərini yaxşı tanıyır. İddiaçının atası Teymur və anası Manya ünvan 2 ünvanda köhnə tikilidə yaşamışlar. İddiaçı1 isə həmin ünvanda yerləşən torpaq sahəsində özünün əlavə inşa etdirdiyi tikilidə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, o, İddiaçı1 və onun ailəsini uşaqlıqdan tanıyır. O, iddiaçı Allahverdi ilə qonşu yaşayır və onlar yaxın münasibətdədirlər. İddiaçının atası Teymurun üç qız övladı olmuşdur. İddiaçı1 ünvan 2 ünvanda özü əlavə inşa etdirdiyi tikilidə ailəsi ilə birlikdə yaşayır. Hazırda İddiaçı1 inşa etdirdiyi 3 yaşayış otaqlarında yaşayır. Teymur Həsənov vəfat edəndə iddiaçılar orada yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, İddiaçı1 ilə yaxın qonşudur. Onun ailəsi iıə İddiaçı1 ailəsi yaxındır. ünvan 2 ünvanda olan köhnə tikililər Allahverdinin anası Manya tərəfindən inşa olunmuşdur. Manya öləndən sonra Zərəngiz atası Teymur ilə həmin ünvanda olan köhnə tikilidə yaşamışlar. 21.05.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmaqla, 27.03.2021-ci il tarixli, **********7-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 17.02.2012-ci il tarixli 4Ə-1-77 saylı bağışlama müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, E.T.Qurbanov küçəsi, 13 saylı ünvanda yerləşən 0.0352 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 93.1 kv.m yaçayış sahəsi 55.3 kv.m köməkçi sahə 37.8 kv.m-iki otaq, “B” qaraj-hamam ümumi sahə 41.7 kv.m-dən ibarət yaşayıış evini Cavabdeh bağışlaması barədə aralarında bağışlama müqaviləsi bağlanmışdır. 21.06.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, E.T.Qurbanov küçəsi, 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeyd edilmişdir. 19.10.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Həsənova (Babayeva) Zərəngiz Səttar qızının nikahları 19 oktyabr 2011-ci il tarixdə 707 saylı akt qeydi ilə bağlanmışdır. 19.02.2012-ci il tarixli arayışdan görünür ki, X7 həqiqətən ünvan 7 ünvanda pasport qeydiyyatında başqa adam yoxdur. 11.12.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 29.03.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X7 ilə Həsənova (Sadıxova) Manya Hüseyn qızının nikahları 19 mart 1963-cü il tarixdə 341 saylı akt qeydi ilə bağlanmışdır. 29.03.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X7 ilə X10 birgə nikahlarından xx xxxx 1968-ci il tarixdə İddiaçı1 anadan olmuşdur. 29.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. 16.06.2021-ci il tarixdəGəncə şəhər Baş Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı1 09.11.2005-ci il tarixdən 09.11.2015-ci il tarixə kimi ünvan 4 ünvanda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən 17.02.2012-ci il tarixli 4Ə- 1-93 saylı bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış17.02.2012ci il tarixli 4Ə-1-93 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Məhkəmə eyni zamanda iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri bağışlamanın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçıların istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. X7 ilə Cavabdeh arasında bağlanmış 17.02.2012-ci il tarixli bağışlama müqaviləsi qanuni əsaslarla bağlandığından onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldə edilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdehin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əşyaların ona məxsus olmasını və həmin əşyalara cavabdeh tərəfindən zədə vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4 Teymur qızının, X3, Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 Teymur qızının, X3, Həsənova (Rəhimova) Şahnaz Allahverdi qızının, İddiaçı2 cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar