Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2166/2025 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X11 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdeh Məhərrəmova Nuriyə Firuddin qızının nümayəndəsi (vəkil) X5 iştirakı ilə, Iddiaçı İddiaçı Firuddin oğlunun cavabdehlər Məhərrəmova Nuriyə Firuddin qızı və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras mülkün vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi (vəkil) X29 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ## ###### 1992-ci il tarixdə ürəyin işemik xəstəliyi səbəbindən vəfat etmişdir.
2. Ər-arvadın ümumi əmladakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında ## ###### 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X33 qalmış arvadı X21 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X33 vərəsələri- arvadı: X21, qızı Məhərrəmova Nuriyə Firuddin qızı, gəlini cavabdeh1 Sabir qızı, nəvələri X14, X22 və cavabdeh2 qızıdır.
4. Məhərrəmova Nuriyə Firuddin qızı tərəfindən Gəncə şəhər * saylı Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən və küçə üçlüyünün arayışından görünür ki, mərhum atası X33 vərəsələri kimi cavabdeh1 Sabir qızı, nəvələri X14, X22 və cavabdeh2 göstərmişdir.
5. AЗ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X23 ## #### 1962-ci il tarixdə anadan olmuşdur.
6. Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli arayışından görünür ki, X23 ## #### 2011-ci il tarixdə qəfləti koronar səbəbindən vəfat etmişdir.
7. IV-ЖГ seriyalı ****** nömrəli nikahın bağlanması haqqənda şəhadətnamənin surətindən görünür ki, X24 ilə X6 arasında ## #### 1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir.
8. V-ЖГ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ## #### 1998-ci il tarixdə etil spirtilə zəhərlənməsi səbəbindən vəfat etmişdir.
9. AЗ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Məhərrəmova Nuriyə Firuddin qızı ## #### 1961-ci il tarixdə anadan olmuşdur.
10. ## ######## 2012-ci il tarixli bəxşeyiş müqaviləsinin surətindən görünür ki, X26 məxsus olan ünvan 4 * nömrəli evin 16/24 hissəsini qızı Məhərrəmova Nuriyə Firuddin qızına bağışlamışdır.
11. Gəncə Şəhər Qeydiyyat Şöbəsinin ## ##### 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər qeydiyyat şöbəsi ##.##.1936-cı ildə anadan olmuş və ##.##.1992-ci ildə vəfat etmiş X33 və 1935-ci ildə anadan olmuş X21 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2025-ci ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində məlumat aşkar edilmişdir. - arvad X26 ##.##.1935 - ##.##.2019-cu ildə vəfat edib - qızı Məhərrəmova Nuriyə Firuddin ##.##.1961 - oğlu X23 ##.##.1962 (## #### 2011-ci il tarixdə vəfat edib) - oğlu İddiaçı Firuddin ##.##.1964 - oğlu X25 ##.##.1970 (## #### 1998-ci il tarixdə vəfat edib)
12. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ## ####### 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin ## ### 1981-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X33 qeyd edilmişdir. Torpaq sahəsi 1168.0 kv.m (0.1168 ha) olmuşdur. Gəncə şəhər * saylı notariat kontorunun ## ###### 2012ci il tarixli, 2V-1-**** reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə və ## ###### 2012-ci il tarixli, 2V-1- **** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məhərrəmova Nuriyə Firuddin qızının (4/24), X21 (16/24 hissə), cavabdeh1 Sabir qızının (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə) və cavabdeh2 qızının (1/24 hissə) adlarına payları göstərilməklə ## ###### 2012-ci il tarixli, 3004564-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat kontorunun ## ######## 2012-ci il tarixli, 4Ə-2-*** reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X21 ona məxsus olan 16/24 hissəni Məhərrəmova Nuriyə Firuddin qızına bağışlamış, Məhərrəmova Firuddin qızının (20/24 hissə), cavabdeh1 Sabir qızının (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə), cavabdeh2 (1/24 hissə) adlarına payları göstərilməklə ## ####### 2012-ci il tarixli, 2010**004564-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ## ### 2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən cavabdeh1 Sabir qızı (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə) və cavabdeh2 (1/24 hissə) onlara məxsus hissəni Məhərrəmova Nuriyə Firuddin qızına bağışlanmış, sonuncunun adına ## ### 2022-ci il, 2010**004564-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi ümumi sahəsi 165.6 kv.m, yaşayış sahəsi 92.1 kv.m olan üç yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 0.12 ha-dan ibarət olmuşdur. **. ## ### 2022-ci il tarixli AN-İ seriyalı, 1047077 alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X22, cavabdeh1 Sabir qızı, cavabdeh5 və cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərindəki paylarının Məhərrəmova Nuriyə Firudin qızı satmışlar.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Gəncə şəhəri, Todan küçəsi, 4cü döngə, ev 5 xüsusi mülkiyyət hüququ əsasında tam pay ilə Məhərrəmova Nuriyə Firuddin qızının adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
15. Gəncə Şəhər Qeydiyyat şöbəsinin ## ###### 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Firuddin oğlu ilə X16 arasında ## ####### 1992-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Əliyeva soyadı verilmişdir.
16. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Gəncə Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli arxiv arayışın verilməsi barədə məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən ** saylı mənzil Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ## ###### 1993-cü il tarixli qanununa əsasən mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsinə dair * saylı Gəncə şəhəri dövlət notariat kontorunun dövlət notariusunun ## #### 1994-cü il tarixli, 3-m1-** reyestr nömrəli müqaviləsi ilə X2 verilmişdir. ünvan 6 ünvanında yerləşən ** saylı mənzil * saylı Gəncə şəhəri dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 1994-cü il tarixli, m-3-** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 tərəfindən X16 və onun adına adına ## ###### 1995-ci il 56A ünvanında yerləşən ** saylı mənzilə dair 1994-cü il tarixli texniki pasport X16 adına işlənilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 notariusunun ## ### 2014-cü il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X16 tərəfindən X7 və sonuncunun adına ## ###### 2014-cü il tarixli, 201011000415-05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
17. Gəncə Şəhər Qeydiyyat Şöbəsinin ## ###### 2025-ci il tarixli arayışından görünür ki, X25 ##.##.1992-ci il tarixdə, anası X26 ##.##.2019-cu il tarixdə, qardaşı X23 ##.##.2011ci il tarixdə vəfat etmişdir.
18. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Firuddin oğlunun ##.##.2002- ci il tarixdən ##.##.2022-ci il tarixədək ölkəyə giriş və çıxışı olmuşdur. Onun 1988-ci il tarixdən 2001-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatlarının təqdim edilməsi mümkün olmamışdır.
19. Məhkəmə kollegiyasının Dövlət Vergi Xidmətinə verdiyi sorğu nəticəsində əldə edilmiş “məlumatın təqdim edilməsi barədə” ##.##.2026-cı il tarixli, *-**-*-*/*-****/**** saylı məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində ##.##.1964-cü il təvəllüdlü İddiaçı Firuddin oğlunun 1990-1995-ci illər ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
20. Iddiaçı İddiaçı Firuddin oğlunun cavabdehlər Məhərrəmova Nuriyə Firuddin qızı, cavabdeh1 Sabir qızı, X22, X14 və cavabdeh2 qarşışı iddia ərizəsi məhkəməyə müraciət edərək Gəncə şəhər * saylı Notariat kontorunun ## ###### 2012-ci il tarixli 2V-1-**** reyestr nömrəli qanuni üzrə vərəsəlik hüququ haqqında şəhatənaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhər * saylı Notariat kontorunun ## ######## 2012-ci il tarixli 4Ə-2-*** reyestr nömrəli bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, ## ### 2022-ci il tarixli * saylı notariat ofisində 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ## ### 2022-ci il tarixdə X37 adına verilmiş 2100**004564-**** reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras mülkün qanun üzrə vərəsələr arasında miras paya uyğun olaraq bölgünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ev 5, 1981-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu ilə atası X33 adına qeyd edilmişdir. Mülkün torpaq sahəsi 1168.0 kv m (10.1168 ha) olmuşdur. Gəncə şəhər * saylı notariat kontorunun ## ###### 2012ci il tarixli 2V-1-**** reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ər-arvadın verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə və ## ###### 2012-ci il tarixli 2V-1-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məhərrəmova Nuriyə Firuddin qızının (4/24 hissə), X21 (16/24 hissə), cavabdeh1 Sabir qızının (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə), cavabdeh2 (1/24 hissə) adlarına payları göstərilməklə ## ####### 2012-ci ildə 2010**004564- ***** reyestr nömrəli hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən Çıxarış verilmişdir. * saylı notariat ofisinin ## ### 2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən cavabdeh1 Sabir qızı (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə) və cavabdeh2 (1/24 hissə) onlara məxsus hissəsinin X37 bağışlamış, sonuncunun adına ## ### 2022-ci il tarixli, 2010**004564-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ## ###### 2012-ci il tarixli vərəsəlik işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum atasının qanun üzrə vərəsələri kimi anası X21, bacısı Məhərrəmova Nuriyə Firuddin qızı, cavabdeh1 Sabir qızı, X14, X22 göstərilmiş, o, qanun üzrə vərəsə kimi vərəsəlikdən kənarda qalmışdır. Vərəsəlik işində olan ** saylı küçə üçlüyünün arayışında qanun üzrə vərəsələri sırasında onun adı yoxdur. Işə baxan notarius ailə tərkibi haqqında arayışı qeydiyyat idarəsindən almadan onu qanun üzrə vərəsə kimi kənarda qoymuşdur. Notariat işində olan X37 ərizəsində onun vərəsə kimi adını qeyd etməmişlər. Bu bir daha onu sübut edir ki, vərəsəlik şəhadətnaməsi verilərkən onun qanun üzrə vərəsə kimi hüququ kobud şəkildə pozulmuşdur. O, qanun üzrə vərəsə kimi kənarda qaldıqdan sonra miras əmlak dair X21 məxsus 16/24 hissə payını ## ######## 2012-ci ildə 4Ə2-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh Məhərrəmova Nuriyə Firuddin qızına bağışlamış, Məhərrəmova Nuriyə Firuddin qızının (20/24/), cavabdeh1 Sabir qızının (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə) və cavabdeh2 (1/24 hissə) paylarına dair hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ## ### 2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli Daşınmaz Əmlakın bağışlama müqaviləsi əsasən cavabdeh1 Sabir qızı (1/24 hissə), X22 (1/24 hissə), X14 (1/24 hissə) və cavabdeh2 (1/24 hissə) onlara məxsus payların cavabdeh X37 bağışlamış, sonuncun adına ## ### 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən onun adı vərəsələrin siyahısına salınmamışdır. Bu cavabdeh tərəfindən qəsdən gizlədilmişdir. Ona görə də Gəncə şəhər * saylı notariat kontorunda ## ###### 2012-ci il tarixdə *V-*-**** saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və bunun əsasında miras paylarla bağlı Gəncə şəhər 4 və * saylı notariat kontorunda aparılmış əməliyyatlar etibarsız hesab edilməli və cavabdeh Məhərrəmova Nuriyə Firuddin qızının adına mülkə dair verilmiş çıxarış ləğv edilməli, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlak qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməlidir.
22. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim O.Dəmirli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qanunvericiliyin müəyyən etdiyi müddətdə formal üsulla yəni notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etməmişdir. Iddiaçı tərəfindən miras əmlaka sahiblik etməsi, onu idarə etməsi və ya həmin əmlakda hər hansı bir yaxşılaşdırma işləri aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. Bu baxımdan iddiaçının həmin vərəsəlik şəhadətnaməsini və ondan irəli gələrək digər müqavilələri mübahisələdirmək hüququ yoxdur. Həmçinin, məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı bildirmişdir ki, qeyd edilən vərəsəlik şəhadətnaməsindən və anasının öz payını Nuriyəyə bağışlamasından 2021-ci ildə xəbər olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının 2021-ci ildə vərəsəlik şəhadətnaməsindən məlumatlı olduğu halda 2025-ci ildə qeyd edilən şəhadətnaməni mübahisələndirməsini məhkəmə iddiaçının hüquqdan sui-istifadə halı kimi qiymətləndirmiş və bildirmişdir ki, xəbəri olduqdan 4 il sonra şəhadətnaməni mübahisələndirmək mülki dövriyyənin sabitliyini pozulmasına yönələn hərəkətlərdir.
24. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı) 527, 528, 532, 552-ci və 562-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, **, 88 və 217.2-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
25. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi (vəkil) X29 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam hərtərəfli qiymətləndirmədən iddiaçının iddiasını rədd etmişdir. Belə ki, Totanlı küçəsi 4cü döngə, ev 5, 1981-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu ilə iddiaçının atası X33 adına qeyd edilmişdir. ## ###### 2012-ci il tarixli, 2 V– 1 – **** reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ər-arvadın verilən hüququ haqqında şəhadətnaməyə və ## ###### 2012-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məhərrəmova Nuriyə Firuddin qızına 14 (24), X21(16/24), cavabdeh1 Sabir qızına (1/24), X22 (1/24), X14 (1/24), Məhərrəmova HəqiqətYaşar qızı (1/24), X15 cavabdeh2 (1/24) onlara məxsus pay X37 bağlanmış sonuncunun adına ## ### 2022-ci ildə çıxarış verilmişdir. Bildirir ki, vərəsəlik işində olan ** saylı küçə üçlüyünün arayışında qanun üzrə vərəsə kimi onun adı yoxdur. Göründüyü kimi vərəsəlik şəhadətnaməsi verilərkən onun adı vərəsələr siyahısına salınmamışdır. Bu isə o deməkdir ki, şəhadətnamə verilərkən qanun üzrə vərəsə kimi onun hüquqları pozulmuşdur. Işə baxan məhkəmə buna düzgün qiymət verməmişdir. Iddiaçı 1995ci ilə kimi yəni atası 1992-ci ildə rəhmətə getdikdən sonra miras mülkdə yaşayıb mirası faktiki qəbul etmişdir. Onun miras mülkdə yaşamağını məhkəmədə şahid qismində dindirilmiş əmisi qızı X17 əvvəlcə onun 1995-ci ilə kimi evdə yaşadığını sonra evdən köçdüyünü desədə sonradan izahatını dəyişmişdir. Bu hal diskdə vardır. O da onun miras mülkdə yaşadığını mirası qəbul etməyini təsdiq edir. Çox təəsüflər olsun ki, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəf onun 1995-ci ildə ev alıb köçdüyünü desə də, 1995-ci ilə kimi harada yaşamağını deməmişdir. Onlarda iddiaçının evdə yaşadığını bilib bunu demirlər. Əgər o, başqa yerdə yaşasa idi, cavabdeh tərəfindən məhkəmədə deyərdi. Bunu deyə bilmirlərsə, onun ata evində yaşamamağı təsdiq olunmur. Həmin dövrdə onun yoldaşı da xəstəxanada işləməklə miras mülkdə onunla yaşamışdır. Işə baxan məhkəmə bütün bu kimi sübutlara sübut kimi baxmamışdır. Işə baxan məhkəmə iddiaçının iddiasını rədd edərkən, Mülki Məcəllənin 527, 528, 532, 552-ci maddələrinin hüququnu kobud şəkildə pozmuşdur. O, mirası faktiki qəbul edib, atası 1992-ci ildə öləndən sonra 1995-ci ilə kimi miras mülkdə yaşayıb mirası faktiki idarə etmişdir. Buna baxmayaraq məhkəmə bu maddənin tələbini pozub onun iddiasını rədd etmişdir.
27. Cavabdeh Məhərrəmova Nuriyə Firuddin qızının nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
28. Etiraz onunla əsaslandırılmışdır ki, bütün məhkəmə iclaslarında cavabdeh tərəf olaraq iddiaçı İddiaçı Firuddin oğlunun hərbi xidmətdən qayıtdıqdan sonra yəni, 19**-ci ilin axırlarından Rusiya Federasiyasını işləmək üçün getdiyini, atasının vəfatından sonra da miras mülkdə yaşamayaraq miras mülkü faktiki idarə etmədiyini bildirmişlər. Bu faktı məhkəmə prosesində şahidlər də təsdiq etmişdir. Bundan əlavə ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı o, iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi olan Xəqani Əkbərova İddiaçı başqa evi olub-olmamasını və həmin mübahisəli mülkdə nə vaxta qədər yaşaması barədə suallar vermiş, iddiaçının nümayəndəsi Xəqani Əkbərov sualına cavab olaraq bildirmişdir ki, iddiaçı İddiaçı Firuddin oğlu Rusiya Federasiyasına gedibgəlmiş, gələrkən mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda yerləşən mülkdə yaşamış, onun başqa yaşayış evi olmadığını bildirmişdir. (## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının video görüntüsü mövcuddur) O, bundan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edərək ünvan 6 ünvanında yerləşən ** saylı mənzil * saylı Gəncə şəhəri dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 1994cü il tarixli, 3-m-3-** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən iddiaçı İddiaçı Firuddin oğlunun arvadı X16 və sonuncunun adına 09 yanvar 1995-ci il tarixli, **** saylı qeydiyyat vəsiqəsi verildiyini bildirmişdir. Növbəti məhkəmə hazırlıq iclası zamanı iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi Xəqani Əkbərov məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, 1992-1994-cü illər ərzində müdafiə etdiyi iddiaçı İddiaçı mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda yaşayıb-yaşamaması barədə heç bir söz deməmişdir. Iddiaçının iddia ərizəsində isə ümumiyyətlə İddiaçı həmin mübahisəli mülkü vərəsə kimi qəbul etməsi və həmin ünvanda yaşaması qeyd edilməmişdir. Yalnız məhkəmə baxış iclası zamanı şahidlər dindirilən zaman iddiaçı 1992-1994-cü illər ərzində müdafiə etdiyi iddiaçı İddiaçı mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda yaşayıb-yaşamaması barədə iddiaçının nümayəndəsi tərəfindən suallar verilmişdir. Iddiaçı İddiaçı isə Rusiya Federasiyasına yalnız 1996-cı ildən getdiyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Xəqani Əkbərovun özü də ifadə verərək bildirmişdir ki, İddiaçı Rusiya Federasiyasına getmiş, gələndə də miras mülkdə yaşamışdır. O, məhkəməyə sübutlar təqdim edəndən sonra isə məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçı İddiaçı atasının vəfatından sonra həmin evdə yaşamış, 1994-cü ildə isə iddiaçı ev aldıqdan sonra ata evindən çıxıb öz aldığı evə gedib orada yaşamışdır. Iddiaçı İddiaçı isə Rusiya Federasiyasına yalnız 1996-cı ildən getdiyini bildirsə də, nümayəndəsi Xəqani Əkbərov atasının sağlığından Rusiya Federasiyasını gedib-gəldiyini bildirmişdir. Bundan əlavə, iddiaçı İddiaçı məhkəmə baxış iclası zamanı bildirmişdir ki, o və onun iki böyük uşağı da həmin mübahisəli mülkdə pasport qeydiyyatındadır. O, bununla bağlı Azərbaycan Respublikasl Daxili Işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışını məhkəməyə təqdim edərək, Məhərrəmova Nuriyə Firuddin qızı, cavabdeh1 Sabir qızı, İddiaçı Firuddin oğlu və cavabdeh2 mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda pasport qeydiyyatında olduqlarını, İddiaçı Firuddin oğlunun isə heç bir uşağının həmin evdə pasport qeydiyyatında olmadıqları bildirmiş, məhkəmə bunu sübut kimi qəbul etməli olduğu halda etməmişdir. Halbuki, bu hallar məhkəmə baxışı zamanı aşkar edilmişdir. Məhkəmə baxış iclası zamanı iş üzrə cavabdeh olan X22 mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda miras paydan payının olduğunu bilmədiyi, yalnız alqı-satqı zamanı bundan xəbəri olduğunu və ona həmin evdən alqı-satqı zamanı hər hansı bir pul məbləğinin verilmədiyini, ##.##.1995-ci il təvəllüdlü olmasını, əmisi İddiaçı Firuddin oğlunun həmişə mübahisəli mülkdə gəlib yaşadığını bildirmişdir. Iddiaçı Məhərrəmova Nuriyə Firuddin qızı cavabdeh cavabdeh1 Sabir qızına, cavabdeh2, 3-cü şəxslər X22 və X14 qarşı ünvan 4 * saylı ünvanda yerləşən mülkün paylara uyğun bölünməsi tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Məhərrəmova Nuriyə Firuddin qızı digər cavabdehlər olan cavabdeh1 Sabir qızı, cavabdeh2, X22 və X14 ilə bağlı narazılıqları olmuşdur. Iş üzrə cavabdeh olan X22 da iddiaçı İddiaçı Firuddin oğlunun xeyrinə ifadə verməsi heç də təsadüfi deyildir. Buna görə də o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etsə də, məhkəmə bunu sübut kimi qəbul etməli olduğu halda etməmişdir. Halbuki, bu hallar məhkəmə baxışı zamanı aşkar edilmişdir. Bundan başqa, iddiaçı İddiaçı Firuddin oğlu və onun nümayəndəsi məhkəmə hazırlıq iclasında ümumiyyətlə 1992-1994-cü illər ərzində İddiaçı mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda yaşayıb-yaşamaması barədə heç bir söz deməmişdir. Yalnız məhkəmə baxış iclası zamanı şahidlər dindirilən zaman iddiaçı İddiaçı mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda 1992-1994-cü illər ərzində yaşayıb-yaşamaması barədə iddiaçının nümayəndəsi tərəfindən suallar verilmişdir. Həmin sualın verilməsinə səbəb isə məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi iddiaçı İddiaçı arvadı Məlahət Əliyevanın adına ev olması olmamışdır. Halbuki, iddiaçı tərəf həmin sübutun məhkəməyə təqdim edilməsinə qədər İddiaçı arvadı Məlahət Əliyevanın adına ev olmasını inkar etmişlər. Iddiaçı İddiaçı isə Rusiya Federasiyasına yalnız 1996-cı ildən getdiyini bildirmişdir. Göstərdiyi hallar məhkəmə baxışı zamanı aşkar edildiyindən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan sonra, o, işin obyektiv araşdırılması və ədalətli qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Gəncə Şəhər Icra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu verərək iddiaçı İddiaçı Firuddin oğlunun oğlunun atası X33 ölümündən sonra 1992-1994-cü illər ərzində mübahisəli mülk olan ünvan 4 * saylı ünvanda yaşayıb-yaşamaması barədə arayış verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Gəncə Şəhər Icra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ####### 2025-ci il tarixli **** saylı arayışına və ## ######## 2025-ci il tarixli Aktını əsasən həqiqətən də ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Firuddin oğlu, atası X33 ölümündən sonra yəni ##.##.1992-ci il tarixindən, ##.##.1994-cü il tarixədək daimi olaraq pasport qeydiyyatında olduğu ünvanda yaşamaması, qonşuların İddiaçı Rusiya Federasiyasında yaşamağını eşitdiyini bildirmişlər. Ona görə də, Azərbaycan Respublikası Gəncə Şəhər Icra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ####### 2025-ci il tarixli *** saylı məktubunu, ## ####### 2025-ci il tarixli **** saylı arayışını, ## ######## 2025-ci il tarixli Aktını və 3 ədəd şəxsiyyət vəsiqələrinin surətlərini məhkəməyə təqdim etsə də, məhkəmə bu sübutları sübut kimi qəbul etməli olduğu halda etməmişdir. Halbuki, bu hallar məhkəmə baxışı zamanı aşkar edilmişdir. Iddiaçı İddiaçı özü Rusiya Federasiyası vətəndaşı olmaqla orada uzun müddətdir ki, ticarətlə məşğul olur. ünvan 4 * saylı ünvanda yerləşən mülk köhnə ev olduğundan həmin ev Nuriyyə Məhərrəmova tərəfindən sökülərək 2022-ci ilin aprel ayından yenidən inşa edilmişdir. Əgər İddiaçı həmin mübahisəli mülkə gedib-gəlib yaşayırdısa, həmin mübahisəli mülkün yalnız 2021-ci ildə Nuriyyə Məhərrəmovanın adına keçdiyini bilməsi mümkün deyildir. Çünki həm İddiaçı, həm də digər cavabdeh Həqiqət Məhərrəmova bildirmişlər ki, İddiaçı daim həmin mübahisəli mülkə gedib-gəlmiş və həmişə onun ailəsi ilə əlaqə saxlamışdır. Necə ola bilər ki, həmin mübahisəli mülkün vərəsələr arasında payının tanınmasından və evin bütövlükdə Nuriyyə Məhərrəmovanın adına keçməsindən İddiaçı xəbəri olmasın?. Əgər İddiaçı 2021-ci ildən həmin mübahisəli mülkün Nuriyyə Məhərrəmovanın adına keçməsini bildirdisə, niyə iddia ərizəsi ilə 2025-ci ildə məhkəməyə müraciət etmişdir?. Bundan əlavə iddiaçı tərəfin özü də qəbul edir ki, mərhum qardaşları Yaşar Məhərrəmovla münasibətləri yaxşı olmamışdır. Onlar da məhkəmə iclasında bildirmişlər ki, iddiaçının və cavabdeh Nuriyyə Məhərrəmovanın atası X33 ##.##.1992-ci il tarixində vəfat etdikdən sonra iddiaçı İddiaçıla qardaşı Yaşar Məhərrəmov arasında mübahisə yarandığından İddiaçı çıxıb Rusiya Federasiyasına getmiş, həmin evdə Yaşar Məhərrəmov və onun ailəsi, Nuriyyə Məhərrəmova və anaları Həqiqət Məhərrəmova yaşamışdır. İddiaçıla Yaşara Məhərrəmovun aralarının soyuq münasibətin olmasının səbəbi isə, İddiaçı 1992-ci ilin oktyabr ayında X16 ilə evlənməsi olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Məhərrəmova Nuriyə Firuddin qızının nümayəndəsi (vəkili) X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı bacısına qarşı iddia qaldırmışdır. Iddiaçı Rusiyaya gedib-gəlmiş və orda yaşamışdır. Iddiaçı 19**-cı illərin axırında Rusiyaya getmişdir. 1992-ci ildə Firuddin Məhərrəmov vəfat etmişdir. Iddiaçının anası 2019cu ildə vəfat etmişdir. Iddiaçının anası sağ olan zaman mirasdakı payını Nuriyyə Məhərrəmovaya bağışlamışdır. Digər pay sahibləri paylarını alqı-satqı müqaviləsi ilə Nuriyyə Məhərrəmovaya satmışlar. Hazırda tam mülkiyyətçi Nuriyyə Məhərrəmovadır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Yaşar 2011-ci ildə vəfat etmişdir.
30. Iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi (vəkil) X29 məhkəmə iclasında iştirak etmiş, təmsil etdiyi iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatının olmasını bildirmişdir. Lakin onun İddiaçı təmsil etmək barədə etibarnaməsi olsa da, yaxın qohumluq münasibəti olmamış, vəkil kimi isə Gəncə Apellyasiya Məhkəməsində iştirak etmək üçün order təqdim etməmişdir. Kollegiya vəkilin iddiaçı İddiaçıla müqavilə bağlaması üçün məhkəmə iclasını təxirə salsa da, növbəti məhkəmə iclasında da vəkil Xəqani Əkbərov order təqdim edə bilməmiş, ona görə də izahatı dinlənilməmişdir. Nümayəndənin vəkil statusunu təsdiqləyən vəkalətnamə və ya digər rəsmi sənəd də iş materiallarına əlavə olunmadığından, nümayəndənin məhkəmədə təmsilçilik səlahiyyətləri lazımi qaydada rəsmiləşdirilməmiş hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan SSR-in 1964-cü il redaksiyalı Mülki Məcəllə:
32. Maddə 528-ci maddəsinə əsasən Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
33. Maddə 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
34. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
35. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasiya şikayətində iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, miras qoyan X33 ##.##.1992-ci ildə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normalarını tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbi baxımdan hazırki mübahisə üzrə araşdırılmalı olan məsələ iddiaçı tərəfindən atası vəfat etdikdən sonra ondan qalan əmlakı qəbul edib- etməməsidir.
49. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayətində atası öldükdən sonra mirası faktiki qəbul etməsini, atası 1992-ci ildə öləndən sonra 1995-ci ilə kimi miras mülkdə yaşayıb mirası faktiki idarə etməsini göstərmişdir. Lakin, iş materiallarının 2-ci cild, 109-cu vərəqində olan Gəncə şəhər Icra Hakimiyyəti başçısının * nömrəli SIƏD üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, **** saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Firuddin oğlu, atası X33 ölümündən sonra yəni ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək daimi olaraq pasport qeydiyyatında olduğu ünvanda yaşamamışdır. Iş materiallarının 2-ci cild, 108-ci vərəqində olan Gəncə şəhər Icra Hakimiyyəti başçısının * nömrəli SIƏD üzrə nümayəndəliyinin məktubu ilə müəyyən olunur ki, arayışın verilməsinə əsas kimi akt tərtib olunmuş, ünvan 1 ünvanına baxış keçirilmiş və qonşuluqda yaşayan sakinlərin iştirakı ilə akt tərtib edilmişdir. ##.##.2025ci il tarixli həmin aktda qonşuluqda yaşayan sakinlər İddiaçı Firuddin oğlunun Rusiya Federasiyasında yaşamasını eşitdiklərini qeyd etmişlər (iş materialları 2-ci cild, 110-cu vərəq).
50. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı Firuddin oğlu izahatında bildirmişdir ki, atasının sağlığında ona məxsus evdə yaşamış, atası 1992-ci ildə vəfat etmiş, onun dəfn xərclərini çəkmişdir. O, həmin dövrdə Gəncə şəhərində komisyon mağazasında satıcı kimi işləmişdir. O, qardaşı ilə yola gedə bilmədiyindən 1995-ci ildə yeni aldığı mənzilə köçüb orada yaşamağa başlamış, lakin maddi vəziyyəti ilə bağlı Rusiya Federasiyasına getmişdir. Bundan sonra da Gəncə şəhərinə gələrkən ata mülkünə gediş-gəlişi olmuş, hətta anasının da dəfn xərclərini özü çəkmişdir. Məhkəmə kollegiyasının Dövlət Vergi Xidmətinə verdiyi sorğu nəticəsində əldə edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-*/*-****/**** saylı məktubu ilə müəyyən olunur ki, vergi ödəyicilərinin dövlət reyestrində ##.##.1964-cü il təvəllüdlü İddiaçı Firuddin oğlunun 1990- 1995-ci illər ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.
51. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı Firuddin oğlu və cavabdehlər də onun bacısı uşaqlarıdır. Bacısının əri Firuddin 1992-ci ildə vəfat etmiş, ölümündən sonra gediş-gəlişləri azaldılmışdır. Atasının dəfnində Elşənin iştirak etdiyini görmüş, lakin Elşənin atası vəfat etdikdən sonra aralarında münasibət soyuq olduğundan, Elşənin həmin evdə yaşamağı barədə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Elşəni toy mərasimlərinin birində tanımış, bundan sonra aralarında dostluq münasibətləri yaranmışdır. Təqribən 1994-cü ildə Elşənin uşağını görmək üçün həmin evə qonaq gəlmişdir. O, Elşənlə tez-tez görüşməmişlər. 1995-ci ildə Elşən atası evindən öz evinə köçərkən əşyaların daşınmasında Elşənə kömək etmişdir. Şahid qismində dindirilmiş X** ifadəsində bildirmişdir ki, iddiaçı Elşən onun dayısı oğludur. Elşənlə Yaşarın münasibəti soyuq olmuşdur. Elşən atasının vəfatından sonra, 40 mərasimi olmamış Rusiya Federasiyasına çıxıb getmiş, atasının vəfatından sonra Gəncə şəhəri, Totanlı küçəsində atasının evində yaşamamış, Mahrasa bağında öz evində və Rusiya yaşamışdır. Şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Elşənin ata evi ilə qonşuluq münasibətində olmuşdur. Elşənin atası vəfat edəndə mərasimdə iştirak etmiş, Elşəni də orda görmüşlər. Elşən ailə qurandan sonra ata evində yaşamamışdır. Elşənin ata evində qardaşı Yaşar ölənədək yaşamışdır. Elşənin nə vaxt həmin evdən köçməsini xatırlamır. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehlərin ata evi ilə qonşuluqda yaşamışdır. Hər iki tərəfin də evinə gedib gəlmişdir. O, 1998-ci ildə gəlin köçdüyündən həmin ərəfələrdə iddiaçını atası evinə gəlibgetməsindən xəbəri yoxdur. Şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, iş üzrə iddiaçı və cavabdehlərin əmisi qızıdır. Elşən ailə qurana kimi atası evinə yaşamışdır. Elşənin toyundan 20 gün sonra sonuncunun atası, yəni onun əmisi ölmüş, yas mərasimindən sonra Elşən Rusiya Federasiyasına getmişdir.
52. Göründüyü kimi, iddiaçının özünün vəsatəti əsasında məhkəməyə dəvət olunmuş şahidlər iddiaçının atası vəfat etdikdən sonra ondan qalan mənzildə yaşayıb-yaşamamasını dəqiq xatırlamadıqlarını bildirmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər öz ifadələrində iddiaçının atası vəfat etdikdən sonra Rusiya Federasiyasına getdiyini bildirmişlər.
53. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Firuddin oğlunun ##.##.2002- ci il tarixdən ##.##.2022-ci il tarixədək ölkəyə giriş və çıxışı olmuşdur. Onun 1988-ci il tarixdən 2001-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatlarının təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olan hüquqi hərəkətlər edilmiş, lakin iddiaçının dəlillərini təsdiq edəcək heç bir mötəbər sübut əldə edilməmişdir.
54. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
55. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı qanunvericiliyin müəyyən etdiyi müddətdə formal üsulla yəni notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etməmişdir. Bu baxımdan iddiaçı sübut etməlidir ki, atasından qalan mirası əmlakı faktiki qəbul etmişdir. Mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən miras qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi, məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Lakin, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmiş, kollegiyanın araşdırması zamanı tədqiq edilən sübutlar onun mirası faktiki qəbul etməməsini göstərmişdir. Mirası faktiki qəbul etmiş şəxs həmin əmlakı idarə etməklə, əmlakda müəyyən yaxşılaşdırma işləri aparmaqla, həmin evin komunal xərclərində iştirak etməklə və.s üsullarla miras əmlakı qəbul etdiyini nümayiş etdirməlidir. Lakin, iddiaçı tərəfindən miras əmlaka sahiblik etməsi, onu idarə etməsi və ya həmin əmlakda hər hansı bir yaxşılaşdırma işləri aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
56. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
57. Məhkəmə kollegiyası əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı vərəsələr siyahısına adının salınmadığını, buna görə də, şəhadətnamə verilərkən qanun üzrə vərəsə kimi hüququnun pozulmasını göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı Firuddin oğlu atası X33 1992-ci il tarixdə vəfat etməsindən məlumatlı olmuş, lakin mirasın qəbulu ilə bağlı heç bir hüquqi hərəkət etməmişdir. Bundan başqa, onun mübahisələndirilən vərəsəlik şəhadətnaməsindən və anasının öz payını cavabdeh Nuriyə Məhərrəmovaya bağışlamasından da xəbəri olmuşdur. Çünki İddiaçı, bildirmişdir ki, daim həmin mübahisəli mülkə gedib-gəlmiş və həmişə ailəsi ilə əlaqə saxlamışdır. Əgər İddiaçı həmin mübahisəli mülkə gedib-gəlib yaşayırdısa, həmin mübahisəli mülkün yalnız 2021-ci ildə Nuriyyə Məhərrəmovanın adına keçdiyini bilməməsi mümkün deyildir. Mübahisəli mülkün vərəsələr arasında payının tanınmasından, elecədə evin bütövlükdə Nuriyyə Məhərrəmovanın adına keçməsindən İddiaçı xəbərinin olmaması inandırıcı deyildir. Kollegiya iddiaçının qeyd edilən mənzildə qeydiyyatda olmasına münasibətdə qeyd edir ki, şəxsin həmin mənzildə qeydiyyatda olması onun miras əmlakı faktiki qəbul etməsi kimi qəbul oluna bilməz.
58. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Firuddin oğlunun nümayəndəsi (vəkil) X29 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.