Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-79/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X10 və X8 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin, çıxarışın etibarsız hesab edilməsi” barədə ilk, Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı və 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə qarşı “X13 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri, Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə və ərizəyə əlavə ilə müraciət edərək, Cavabdeh2 verilmiş etibarnamə əsasında Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 52 nömrəli fərdi həyət evinin onun adından Cavabdeh1 adına keçirilməsinə dair 6 saylı DNK-da təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX ******* seriyalı, ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Bakı ş., M.Fətəli küçəsi, ev 2-də yaşayan qohumu, 1953-cü il təvəllüdlü X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X6 məxsus olan, Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 52 nömrəli fərdi həyət evinin X13 yolu ilə adına rəsmiləşdirilməsindən ötrü xx.xx.2013-ci il tarixdə ərizə ilə 6 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Daha sonra miras əmlakla bağlı digər qohumları da iddiasının olması ilə bağlı olaraq, öz aralarında bunun rəsmiləşməsi yolları barədə müzakirə aparmışlar. Məsələnin uzanmaması və mürəkkəbləşməməsi üçün qohumlar arasında belə razılaşmışlar ki, əmlak onun və Cavabdeh1 adına rəsmiləşdirilsin. Cavabdeh1 eyni zamanda bildirmişdir ki, həmin evin həyətyanı sahəsində başqa şəxslər qanunsuz tikililər tikiblər, bu işləri həll etmək üçün ona etibarnamə verilsin. xx xxxxxx 2014-cü il tarixdə 6 saylı notariat kontoruna getmişdilər. Lakin həmin vaxt Cavabdeh1 öz qonşusu Cavabdeh2 ilə gəlmiş, Ellaranın adına etibarnamə verməsini xahiş etmişdir. O da bunda bir problem görməyərək və dayısı qızına güvənərək onun istədiyi şəkildə, məzmununa əhəmiyyət verməyərək Ellaraya etibarnamə vermişdir. Daha sonra 6 saylı dövlət notariat kontorunun notariusu ona bildirdi ki, onu və Cavabdeh1 varis kimi tanıyaraq xx.xx.2014-cü il tarixdə bərabər hissələr olmaqla X13 hüququ haqqında şəhadətnamə vermişlər. Həmin şəhadətnamə notariusda Cavabdeh1 və Ellara adlı qadın tərəfindən qəbul edilmiş və müvafiq sənədlərə imza edilməklə götürülmüşdür. Bundan sonra o elə həmin gün dərhal Cavabdeh2 adına verilmiş etibarnaməni ləğv etdirmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 52 nömrəli fərdi həyət evi 6 saylı DNK-nun xx.xx.2014-cü il tarixli 2V-195 reyestr nömrəli X13 hüququ haqqında şəhadətnaməsinə və 3M/1944 reyestr nömrəli miras yolu ilə əldə edilmiş payın bağışlanma müqaviləsinə əsasən yeni poçt ünvanı alınmaqla xx.xx.1941-ci il təvəllüdlü Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 və Cavabdeh2 onun adına olan xx.xx.2014-cü il tarixli X13 hüququ haqqında şəhadətnaməni notariusdan almaqla, daha sonra ondan xəbərsiz olaraq və Cavabdeh2 verdiyi yuxarıda sözügedən etibarnamədən sui-istifadə edərək miras əmlakla bağlı onun razılığı olmayan əməliyyatlar aparmış, onun miras əmlakdakı payının Cavabdeh1 xeyrinə özgəninkiləşdirilməsinə nail olmuşlar. Cavabdeh2 adına verilmiş etibarnamədəki səlahiyyətlər miras əmlakdakı payının tam şəkildə Cavabdeh1 adına keçməsi üçün deyil, onun adına çıxarış alınması üçün, daha sonra isə onun və Cavabdeh1 adına paylı mülkiyyət olaraq rəsmiləşdiriləcək mülklə bağlı 3-cü şəxslərə qarşı qaldırılacaq iddialar üzrə müvafiq məhkəmə işlərinin aparılması üçün verilmişdir. Yasamal Rayon Məhkəməsinin icraatında olan başqa bir mülki iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “X13 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixində İddiaçı verilmiş və 2 V-195 nömrə ilə reyestrdə qeydə alınmış “X13 hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə müvafiq mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır: X2 Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi 52 nömrəli ev miras qalmışdır. Lakin bibisi qızı İddiaçı Nəcməddin qızı da həmin mirasın qəbul edilməsi üçün notariusa müraciət etmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunun ona və İddiaçı ünvanladığı xx xxx 2014-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəh., S.Rüstəm küç., ev 52 ünvanlı fərdi yaşayış evinə dair X13 hüququ haqqında şəhadətnamə verilməsi, onunla X9 arasında qohumluq münasibətləri təqdim olunan sənədlərlə təsdiqini tapmadığı üçün mümkün deyil. Bundan sonra o, X9 ilə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2014cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, xx.xx.1952-ci ildə anadan olmuş və xx.xx.2012-ci ildə vəfat etmiş X4 ərizəçi Cavabdeh1 atasının xalası nəvəsi olması faktı müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o yenidən Bakı şəhəri 6 saylı Notariat Kontoruna müraciət edərək, X13 hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu xx xxxxxx 2014-cü il tarixli “X13 hüququ haqqında reyestrdə qeydə alınmış şəhadətnaməyə əsasən” Cavabdeh1 və Bakı şəh. Ş.Qurbanov küç. ev 21-də yaşayan İddiaçı hər birinə bərabər hissələrdə “X13 hüququ haqqında şəhadətnamə’’ verilmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunda xx xxxxxx 2014-cü il tarixli reyestrlə qeydə alınmış “Miras yolu ilə əldə edilmiş payın bağışlanma müqaviləsi” ilə İddiaçı xx.xx.2014-cü il tarixli X13 X3 əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona miras qalan hissəsini Cavabdeh1 bağışlamışdır. İddiaçı xx xxxxxx 2014-cü il tarixli 74814 nömrəli reyestrlə qeydə alınmış etibarnamə verdiyi nümayəndəsi Cavabdeh2 vasitəsilə öz payını həmin notariat kontorunda ona bağışlamış və o da bunu qəbul etmişdir. İddiaçı X9 arasında qohumluq münasibətlərini təsdiq edən hər hansı bir sübutu və ya ‘‘qohumluq faktını təsdiq edən” məhkəmə qətnaməsini Bakı şəhəri 6 saylı Notariat Kontoruna təqdim etmədən ona “X13 hüququ haqqında şəhadətnamə ” verilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli miras yolu ilə əldə edilmiş payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX ******* seriyalı, ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”-ın ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “X13 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, 2 miras ev var idi. Biri 3 otaqlı, digəri isə həmin 28 otaqlı mənzil idi. Digər baxılan işlər üzrə onun vərəsəlik hüququ tanınmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı Məcmətdin qızı tərəfindən X7 etibarnamə verilmişdir. Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli X13 hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Cavabdeh1 və İddiaçıdır. Onların hər birinə bərabər hissələrlə irs ayrılmalıdır. Şəhadətnamə verilən miras: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 52 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.1952-ci ildə anadan olmuş və xx.xx.2012-ci ildə vəfat etmiş X4 ərizəçi Cavabdeh1 atasının xalası nəvəsi olması faktı müəyyən edilmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş Miras yolu ilə əldə edilmiş payın Bağışlanma müqaviləsindən görünür ki, İddiaçı adından (etibarnamə əsasında) Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli X13 X3 əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 52 ünvanında yerləşən fərdi yaşayış evindən ona miras qalan hissəsini Cavabdeh1 bağışladı. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 52 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Maraqlı şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, 52B saylı fərdi yaşayış evinə dair Cavabdeh1 və İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli X13 haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və bunun əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsini, həmçinin özünün həmin evə vərəsəlik hüququnun tanınmasını və bunun əsasında mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuşdur. Həmin iş üzrə Maraqlı şəxs2 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. İşin kassasiya icraatında olmasının nəzərə alan məhkəmə kollegiyası xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraatı dayandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, ev Kərim Əliyevə məxsus deyil. Belə ki, ev məhkəmə qətnaməsinə əsasən Kərim Əliyevin mülkiyyəti kimi qeydə alınmış, sonradan həmin qətnamə ləğv edilmişdir. Belə ki, evin Kərim Əliyevin mülkiyyəti kimi qeydə alınmasına əsas Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.1994-cü il tarixində qəbul olunmuş qətnamə olmuşdur. Sonradan Bakı Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə bu qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün 1-ci instansiya məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi işə yenidən baxmış, xx.xx.1994-cü il tarixli qətnamə ilə yenidən iddianı təmin etmiş, evin Kərim Əliyevin mülkiyyəti kimi qeydə alınmasını qət etmişdir. Bu qətnamə də Bakı Şəhər Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün 1-ci instansiya məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi işə yenidən baxmış, xx.xx.1997-ci il tarixli qətnamə ilə ev yenidən Kərim Əliyevin mülkiyyəti kimi tanınmışdır. Lakin həmin qətnamədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi apellyasiya şikayəti əsasında qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, tərəflər Kərim Əliyevin adına olan (mülkiyyətinə verilmiş) miras əmlakla bağlı mübahisə edirlər. Lakin həmin əmlakın onun adına verilməsinə dair məhkəmə qətnaməsi ləğv edilmişdir. Ona görə tərəflər hazırkı işdə mirasa daxil olmayan (mövcud olmayan) əmlakla bağlı mübahisə edirlər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tələbini təmin etməkdə səhvə yol vermişdir. Belə ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur ki, həmin mənzil miras qoyan Kərim Əliyevə məxsus deyil. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kərim Əliyevin ev üzərində mülkiyyət hüququ yoxdur, mövcud olmayan hüquq mirasa daxil ola bilməz. Ona görə də İddiaçı və Cavabdeh1 həmin evlə bağlı tələb irəli sürməyə səlahiyyətli deyillər. Ona görə qətnamə ləğv edilməli və hər iki iddia tələbi tərəflərin mübahisəli əmlakı tələb etməyə subyektiv hüquqlarının olmaması əsası ilə rədd edilməlidir. İzah edilməlidir ki, tərəflər qohumları Kərim Əliyevdən qalan başqa miras əmlak aşkar edərlərsə həmin əmlakla bağlı tələblər irəli sürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İlk və qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-79/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-79/2020
13.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver