Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6636/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Bakı şəhəri 18 saylı Notariat Kontoru, Bakı şəhəri 06 saylı Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Kontoru və Cavabdeh6 MMC-nə qarşı “etibarnamə, müqavilə və çıxarışların etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanmış əmlak hesabına məcburi payın tamamlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki koll egiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6399/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 03 fevral 2017-ci il tarixli Bakı şəhəri 18 saylı notariat kontorunun notariusu A.D.Bəşirov tərəfindən təsdiq olunmuş etibarnamənin surətindən görünür ki, X5 Səbinə Çingiz qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Cavabdeh7 (X11 adından) "xxxx" MMC-yə ünvanladığı 04.02.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 7nvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv.metr sahəsi olan 95 №-li mənzilin tikintisinə bağlanmış 12.08.2006-cı il tarixli 154 saylı müqavilənin və 12.08.2006-cı il tarixli AXU 844 №-li kassa mədaxil orderinə yazılmış olan ödəniş qəbzinin ləğv edilməsini və yuxarıda göstərilən mənzilin və kassa mədaxil orderinə yazılmış qəbzin Cavabdeh1 adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 04 fevral 2017-ci il tarixli, 1463 saylı «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqaviləsindən gör ünür ki, həmin müqaviləyə əsasən MMC ünvan 1 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv.m sahəsi olan 95 saylı mənzili sifarişçi Cavabdeh1 təhvil verməyi, sifarişçi isə bunun müqabilində 39.847 manat məbləğində pulu MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə938 reyestrlə qeydə alınmış 18 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh7 (X11 əvəzindən) ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinə və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 31 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin su rətindən görünür ki, X18 28.04.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir. Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə1932 reyestrlə qeydə alınmış 18 may 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 mülkiyyətdə olan Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamışdır. 17 iyun 2017-ci il tarixli Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu Ə.L.İmanov tərəfindən təsdiq olunmuş etibarnamənin surətindən görünür ki, X3 Səbinə Çingiz qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə2165 r eyestrlə qeydə alınmış 22 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh7 (X6 əvəzindən) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 08.07.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh1 oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 31 saylı reyestr kitabının 5 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Quba regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 01 avqust 2018-ci il tarixli ölüm haq qında şəhadətnamənin surətindən görünür ki, X10 10.07.2018-ci ildə Quba rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.08.2018-ci il tarixli məktubundan görünür ki, mərhum X11 adına olan ünvan 6əhəllədə fərdi yaşayış evini (yarımçıq tikili) 18 aprel 2017-ci il tarixli, 4Ə-938 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1, mərhum X6 adına olan ünvan 3 ünvanında fərdi yaşayış evini 22 iyun 2017-ci il tarixli, 4Ə-2165 reyestr nömrəli və ünvan 6əhəllədə 0,04 ha həyətyanı torpaq sahəsini isə 18 may 2017-ci il tarixli, 4Ə-1932 reyestr nömrəli bağışlama müqavilələrinə əsasən Cavabdeh1 bağışlamışdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 18 saylı Notariat X4 adından X13 verilmiş 03 fevral 2017-ci il tarixli 7E-2230 reyestr nömrəli etibarnaməni və onun əsasında 18.04.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda 4Ə938 reyestr ilə qeydə alınmış ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinə və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin, həmçinin onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 25.04.2017-ci il tarixli çıxarışın, Bakı şəhəri 6 saylı Notariat X1 adından X12 adına verilmiş 17 iyun 2017-ci il tarixli, 7E-27931 reyestr nömrəli etibarnaməni və onun əsasında 22. 06.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda 4Ə-2165 reyestr ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin, həmçinin onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 08.07.2017-ci il tarixli RX-110002 nömrəli çıxarışın, 18 may 2017-ci il tarixdə Quba rayonu Notariat Kontorunda 4Ə-1932 reyestr ilə qeydə alınmış Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin və həmçinin onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi rəfindən Cavabdeh1 adına verilmiş 07.06.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın, 14.02.2017-ci il tarixdə “İdeal-İ İnşaat" MMC-də iddiaçının anası X2 və istifadəsində olan ünvan 4 ünvanında yerləşən 2 otaqlı 94 kv.m. ümumi sahəsi olan mənzilinə dair addan-ada keçirmə sənədləşdirilməsinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının anası X14 məxsus ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinə və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə, atası X7 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinə, Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsinə bərabər paylar üzrə hərəsi 1/2 hissə olmaqla İddiaçı və Cavabdeh1 vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsi xahiş ed ilmişdir. İddia tələbi onunla əsaslandırılmışdr ki, anası X18 28.04.2017-ci il tarixdə, atası X10 isə 10.07.2018-ci il tarixlərdə rəhmətə getmişlər. ünvan 5 ünvanında yerləşən 2 otaqlı 94 kv.m. ümumi sahəsi olan mənzilin payçısı və ünvan 6əhəllədə yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 200,5 kv.m. təşkil edən fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçının anası olmuşdur. ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 97,9 kv.m. təşkil edən fərdi yaşayış evinin və ünvan 6əhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi iddiaçının atası olmuşdur. İddiaçı ana və atasına sağ olan vaxtı bir övlad kimi həmişə qulluq edərək onların qayğısını çəkmişdir. Ölümünə yaxın vaxtlarda isə onlar xəstə olanda da, iddiaçı onlara bir övlad kimi qayğısını çəkərək üzərinə dü şən övlad borcunu yerinə yetirməyə çalışmışdır. Bir sözlə, ata və ananın da iddiaçıya münasibətləri qarşılıqlı olmuşdur. Hər ikisi ölümündən qabaq dəfələrlə hətta yaxın qohumların yanında gələcəkdə onlardan qalan miras əmlaklara qardaşı ilə birlikdə vərəsə olaraq bərabər paylarda bölüşdürəcəyini demişlər. Onların heç vaxt əmlakları iddiaçının qardaşına bağışlamaq və vəsiyyət etmək niyyətləri olmamışdır. İddiaçının atasının və anasının ölümündən sonra onların əmlaklarını hər ikisi faktiki qəbul edərək idarə etmişlər. Lakin, iddiaçının qardaşı Rəşada bu yaxınlarda əmlakları adına keçirilməsi ilə bağlı etdiyi müraciətinə verdiyi cavabdan görmüşdür ki o, nəisə ondan gizlətməyə çalışır. Ona görə də iddiaçı vəkillə müqavilə bağlamağı və bu işi araşdırmağa üstünlük verməyə başladı. Vəkil sorğular ına verilən cavablardan iddiaçıya məlum olmuşdur ki, qardaşı Rəşada tamah güc gəlmiş və o, ana və atasını aldadaraq onların adından öz həyat yoldaşı Cavabdeh7 adına müvafiq etibarnamələr tərtib etdirərək etibarnamələr əsasında öz adına anasının və atasının adından bağışlama müqavilələri rəsmiləşdirməklə əmlakları öz adına sənədləşdirmişdir. Belə ki, Rəşad və onun həyat yoldaşı Cavabdeh7 ilə birlikdə anası X15 aldadaraq Bakı şəhəri 18 saylı Notariat Kontorunda onun adından öz həyat yoldaşı Cavabdeh7 adına 03 fevral 2017-ci il tarixdə 7E-2230 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamə verdirməklə onun əsasında anasının nümayəndəsi qismində əvvəlcə 18.04.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evini və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsini bağışlama müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. Sonradan isə Rəşad və onun həyat yoldaşı Cavabdeh7 ilə birlikdə atası X8 aldadaraq Bakı şəhəri 6 saylı notariat kontorunda onun adından öz həyat yoldaşı Cavabdeh7 adına 17 iyun 2017-ci il tarixdə “E-27931 reyestrlə qeydə alınmış etibarnamə rəsmiləşdirməklə onun əsasında atasının nümayəndəsi qismində çıxış etməklə 22.06.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda 4Ə-2165 reyestr ilə qeydə alınmış bağışlama müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Daha sonra isə 18 may 2017-ci il tarixdə cavabdeh yenidən iddiaçının atası X8 aldadaraq Quba rayonu notariat kontoruna aparmış orada ona başqa notari at əməliyyatı aparmaq adı altında Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi olan mülkiyyət hüququ ilə atasına məxsus olan torpaq sahəsini öz adına bağışlama müqaviləsi ilə rəsmiləşdirmişdir. İddiaçının atası ölümünə yaxın ağır xəstə olmuş, ölüm gününədək ona iddiaçı qulluq etmiş, söhbət əsnasında da atası ona məxsus əmlakların qardaşı ilə ona vəsiyyət etdiyini və aralarında bərabər bölgü aparmaqla sahib duracaqlarını bildirmişdir. Bundan başqa isə yenə də Cavabdeh1 ünvan 4 ünvanında yerləşən 2 otaqlı 94 kv.m. ümumi sahəsi olan anası X2 və istifadəsində olan mənzilini 04.02.2017-ci il tarixdə iddiaçıya məlum olmayan əsassız, qanunsuz əsaslarla və "xxxx" MMC-nin əməkdaşlarını aldatmaqla öz adına rəsmiləşdirmişdir. Bu günədək də iddiaçının anasından və atasınd an qalan yaşayış evlərində ona məxsus əmlakları yerləşir. İddiaçının qardaşı Rəşad hiylə işlədərək öz həyat yoldaşının köməyi ilə valideynlərinin xəstə olmasından istifadə etməklə gizli olaraq onların əmlaklarını onları aldatmaqla öz adına rəsmiləşdirmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, işə əlavə olaraq Cavabdeh7 cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Nurcan və Rəşad onun qaynının övladlarıdır. Mərhum qaynı Telman hər iki övladını eyni qaydada istəmiş və qayğısına qalmışdır. Ona görə mərhum qaynına məxsus olmuş əmlaklar onun övladları arasında bərabər bölünməlidir. Mərhum T.Səmədzadənin öz əmlaklarını oğlu Rəşada bağışlaması barədə məlumatı yo xdur. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, Nurcan və Rəşad onun qardaşının nəvələridir. X25 hər iki övladını eyni qaydada istəmiş və qayğısına qalmışdır. T.Səmədzadə ikinci dəfə ailə qurduqdan sonra ölənədək onunla danışmayıb. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş Səlimova Hicran Sabir qızı ifadəsində bildirmişdir ki, o, Rəşadın qızının dayəsidir. Bundan əlavə, Rəşadın anası Nailə xanıma da qulluq edirmişdir. Nurcan xanım arada bir anasını ziyarət edirdi. Lakin Nailə xanıma əsasən oğlu Rəşad baxıb, daimi onun yanında olurdu. Nurcan xanım isə aylarla anasının yanına gəlmirdi. Elə olurdu ki, anası özü onu görmək istəmirdi, çünki münasibətləri yaxşı deyildi. Nailə xanım dəfələrlə onun yanında və etibarnamə verilməsi üçün evə notarius gələndə notariusun yanında da bildirmişdir ki, ona məxsus olan bütün əmlaklarını oğlu Rəşada bağışlamaq istəyir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Rəşadın qonşusudur. Ailəvi dostdurlar. 2016-cı ilədək Rəşadın bacısının olduğunu bilməmişdir. Rəşad həmişə valideynlərinin qayğısına qalmışdır. Mərhum Nailə xanımın özündən isə eşitmişdir ki, qızı Nurcanı etdiyi hərəkətinə görə bağışlaya bilmir və görmək istəmir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(006)-6176/2018 saylı qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, mənzilin addan-ada keçirilməsinə dair sənədləşdirmənin, hüquql arın dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və əmlakların ½ hissəsinə bərabər paylar üzrə vərəsəlik hüququnun tanınması” barədə iddiası rədd edilib. Məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən əmlaklar onların mülkiyyətçiləri tərəfindən hələ sağlıqlarında öz iradələri ilə övladları Cavabdeh1 bağışlanmışdır. Belə olan halda, iddiaçının həmin əmlaklara dair bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən olunması ilə bağlı irəli sürdüyü tələblərinin əsasları mövcud deyildir. Mübahisələndirilən etibarnamələrin və bağışlama müqavilələrinin iddiaçının qeyd etdiyi kimi mərhum valideynlərinin aldadılmaqla, onların əsl niyyətlərinin təhrif edilməklə həyata keçirilməsi məhkəmə araşdı rmaları zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, tərəflərin valideynləri şüurlu olaraq bütün əmlaklarını məhz övladları (hazırki iş üzrə cavabdeh olan) Cavabdeh1 bağışlamışlar. Məhkəmə hesab etmişdir ki, iddiaçının bağışlama müqavilələrinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hallar (valideynlərinin aldadılması və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfin şahidlərinin ifadələrini nəzərdən keçirib hesab etmişdir ki, həmin şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, onların ifadələri konkret deyildir və onların özlərinin mülahizələrinə əsaslanmışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 350, 358, 359.1, 359.3, 362.1, 362.2, 666.1, 152.1, 152.5, Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6176/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 09 aprel 2019-cu il tarixli, 2(103)-4070/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Birin ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflərin mərhum valideynləri sağlıqlarında öz əmlakları barəsində sərəncam vermişlər və onlar tərəfindən verilmiş etibarnamədə göstərilən səlahiyyətdən kənara çıxılmış olsa idi, bu barədə onlar sağlıqlarında tələb irəli sürə bilərdilər. Nəzərə alınsa ki, bir əmlak barəsində tərəflərin ataları özü şəxsən sərəncam vermişdir, belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, digər əqddə onun iradəsinə uyğun olaraq rəsmləşdirilmişdir, bunun əksini sübut edə n heç bir dəlil yoxdur. Bununla yanaşı işin düzgün həlli üçün əhəmiyyətli olan kifayət qədər yazılı sübutlar mövcuddur, iddiaçının təqdim etmiş olduğu şahidlərin ifadələri (hətta iddiaçının apellyasiya şikayətində göstərdiyi məzmunda ifadələr vermiş olsalar belə) iddianın təmin olunmasının əsasları kimi qəbul oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara, yəni həqiqətən etibarnamə verilən şəxsin etibar edənin verdiyi səlahiyyətdən kənara çıxması, əqdlərin bağlanması zamanı etibar edənlərin aldadılmasına sübutlara malik olmalıdır. Lakin işin araşdırılmış halları baxımından belə sübutlar müə yyən olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-4070/2019 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov - sədrlik edən və məruzəçi, A.İsgəndərov və İ.Dəmirov) 2(102)-5605/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kass asiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-4070/2019 saylı qətnaməsi ləğv edilməklə, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən bağışlama müqavilələrinin qanuniliyinə hüquqi qiymət verərkən, onların Mülki Məcəllədə həm in müqavilələrin bağlanması üçün müəyyənləşdirilmiş bütün şərtlərə cavab verib-verməməsini, tərəflərin valideynləri tərəfindən Cavabdeh7 adına verilən etibarnamələrdə göstərilən səlahiyyətlərin, eləcə də sonuncunun həmin etibarnamələrə əsasən əri Cavabdeh1 ilə bağladığı bağışlama müqavilələrinin bilavasitə onların iradələrini ifadə edib-etməməsini tam, hərtəfəli və obyektiv obyektiv araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təmsilçi Cavabdeh7 təmsil edilənlər Nailə Səmədzadə və Telman Səmədzadənin adından şəxsən özü barəsində əqdlər bağlamasa da, iddiaçını gələcəkdə valideynlərindən miras qalmış əmlaklardan ona çatan paydan məhrum etmək üçün bağışlama müqavilələri ə sasında bütövlükdə həmin əmlakları əri Cavabdeh1 adına sənədləşdirməsi, keçirməsi işin mübahisə olunmayan hallarıdır və bu hallar mülki iş materialları ilə də istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almadan, Nailə Səmədzadənin 03 fevral 2017-ci il tarixdə, Telman Səmədzadənin isə 17 iyun 2017-ci il tarixdə bilavasitə notariat orqanına gedib bütün səlahiyyətlərini Cavabdeh7 həvalə etdikləri və hətta Telman Səmədzadə 18 may 2017-ci il tarixdə notariat orqanına gedib bağışlama müqaviləsi üzrə Quba şəhəri 12-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsini oğlu Cavabdeh1 bağışladığı halda, onların həmin vaxt nəyə görə digər əmlakları da sonuncuya bağışlamamalarının səbəblərini, eləcə də bağışlama müqavilələrinin onların iradələrini ifadə edib etməməsini, həmin əqdl ər barədə onların məlumatlı olub-olmamalarını aydınlaşdırmadan, yalnız Cavabdeh7 adına verilən etibarnamələrdəki səlahiyyətlərə əsaslanaraq bağışlama müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması qənaətinə gəlmişdir. Halbuki, mülki qanunvericilikdə əqdin etibarlılığı dedikdə- onun qanunun tələblərinə uyğun olaraq tərtib edilməsi və bağlanması başa düşülür ki, yalnız bu halda o, müəyyən hüquqi nəticə doğura bilər. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində Cavabdeh7 adına etibarnamələr verilərkən, eləcə də mübahisəli əmlaklara dair sonuncu ilə əri Cavabdeh1 arasında bağışlama müqavilələri bağlanarkən, valideynlərinin cavabdehlər tərəfindən aldadıldıqlarını göstərdiyi halda, apellyasiya instansiyası məhkəməsi işin bu halları üzrə ümumiyyətlə heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Cavabdeh1 ilə yanaşı, iddiaçı da Nailə Səmədzadə və Telman Səmədzadənin birinci növbəli vərəsəsidir və o, da Cavabdeh1 ilə yanaşı valideynlərinə məxsus olan evdə yaşayır və bu gündə də onun bütün əmlakı mübahisəli evdədir. Mülki iş materialları və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə müəyyən olunur ki, iddiaçı, valideynləri öldüyü vaxtdan onlara məxsus əmlaklara sahiblik etməyə və onları idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Cavabdehlər özləri də izahatlarında bu faktı inkar etməmişlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, hədiyyənin vərəsənin payına daxil edilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1277-ci maddəsi 24 iyun 2005-ci il tarixli Qanunla Mülki Məcəllədən xaric edilsə də, həmin Məcəllənin 1200-cü maddəsində oxşar münasibətləri tənzimləyən norma vardır. Həmin normanın mənasına görə, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Cavabdeh1 valideynlərinin ağır xəstə olmalarından sui-istifadə edərək, gələcəkdə onlardan miras qalacaq əmlaklardan bacısı Nurcan Səmədzadəyə pay verməmək üçün, əvvəl valideynlərinin adından arvadı Cavabdeh7 adına 03 fevral 2017-ci il və 17 iyun 2017-ci il tarixli etibarnamələr almış və bundan sonra həmin etibarnamələrə əsasən təxminən 1 ay 15 gündən sonra arvadı Cavabdeh7 ilə öz aralarında bağışlama müqavilələri bağlayaraq, bütün əmlakı öz adına keçirmiş və bununla da iddiaçının həmin əmlaklara qanunla gözlənilən vərəsəlik hüququnu pozmuşdur. Mübahisəli əmlaklara dair bağışlama müqavilələrinin bağlanmasından 10 gündən sonra Nailə Səmədzadənin, 1 il 1 aydan sonra isə Telman Səmədzadənin ölməsi də qeyd olunan faktları təsdiq edir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar araşdırılmalı və bağışlama müqavilələrinin sadalanan maddələrdə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanıb-bağlanmaması bir daha yoxlanılmalı və bundan sonra iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələblərinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qərarında Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1, 359.3, 339.1339.4, 337.1-337.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, A.Hüseynov, və V.Sadıqov) 2(103)-14127/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmi ş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh7 adına etibarnamələr verilərkən, eləcə də mübahisəli əmlaklara dair sonuncu ilə əri Cavabdeh1 arasında bağışlama müqavilələri bağlanarkən, valideynlərinin cavabdehlər tərəfindən aldadıldıqlarını göstərsə də, bu halı təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatları zamanı təqdim etməmişdir. Əksinə iş materiallarının 94-cü səhifəsində CD diskdə olan görüntülərdən müəyyən olunur ki, Nailə Səmədzadə tərəfindən Cavabdeh7 03 fevral 2017-ci il tarixdə etibarnamə verilərkən ona etibarnamənin hüquqi nəticələri izah edilir və o, razı olduğunu bildirərək imza edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəllənin 1200-cü maddəsi məcburi payın miras qoyanın sağlığında bağışlanmış əşya hesabına deyil, onun ölümündən sonra qalmış miras əmlaklarda məcburi paya hüququ olan şəxsin payının artırılması qaydasını müəyyən edir. Baxılan iş üzrə miras əmlak olmadığından və mülkiyyətçinin verdiyi etibarnamə əsasında onun sağlığında əmlakların bağışlanmasına dair əqdlər in etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Mülki Məcəllənin 1200-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi də mümkün deyildir. Əks yanaşma öz sağlığında mülkiyyətində olan əmlaka sərəncam vermiş şəxsin iradə ifadəsinə zidd olmaqla yanaşı, ümumiyyətlə bağışlama institutunu əhəmiyyətsiz etmiş olardı. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı оlaraq qeyd etmişdir ki, sözügedən əmlaklar onların mülkiyyətçiləri tərəfindən hələ sağlıqlarında öz iradələri ilə övladları Cavabdeh1 bağışlanmışdır. Belə olan halda, iddiaçının həmin əmlaklara dair bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən olunması ilə bağlı irəli sürdüyü tələblərinin əsasları mövcud dеyildir. Mübahisələndirilən etibar namələrin və bağışlama müqavilələrinin iddiaçının qeyd etdiyi kimi, mərhum valideynlərinin aldadılmaqla, onların əsl niyyətlərinin təhrif edilməklə həyata keçirilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, tərəflərin valideynləri şüurlu olaraq bütün əmlaklarını məhz övladları (hazırki iş üzrə cavabdeh olan) Cavabdeh1 bağışlamışlar. Məhkəmə kоllеgiyası apеllyasiya şikayətinin dəlillərinə münasibətdə qеyd еtmişdir ki, tərəflərin mərhum validеynləri sağlıqlarında öz əmlakları barəsində sərəncam vеrmişlər və оnlar tərəfindən vеrilmiş еtibarnamədə göstərilən səlahiyyətlərdən kənara çıхma оlsa idi, bu barədə оnlar sağkən tələb irəli sürə bilərdilər. Nəzərə alınsa ki, bir əmlak barəsində tərəflərin ataları özü şəхsən sərəncam vеrmişdir, digər əqdlərin də оnun iradəsinə uyğun оlaraq rəsmiləşdirildiyi ehtimal edilməlidir, iş materiallarında bunun əksini sübut еdən hеç bir dəlil yохdur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)14127/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, mübahisə işdəki faktlar nöqteyi-nəzərindən və qanuni baxımdan mahiyyəti üzrə düzgün həll edilməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1200-cü ma ddəsində miras qoyanın əşyanı üçüncü şəxsə bağışladıqda məcburi paya hüquqi olan şəxsin, əgər bağışlanmış əşyanın mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etməsi hüququna malik olmasını, əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır müddəasını da yanlış təfsir etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Quliyev - sədrlik edən və məruzəçi, İ.Xələfov və Z.Əliyev) 2(102)-8/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilmiş, iş həmin hi ssədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1200-ci maddəsinin yalnız miras qoyanın ölümündən sonra miras qalmış miras əmlaka məcburi payın verilməsi qaydasını müəyyən etməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 08 yanvar 2021ci il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən - əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində yoxlanılması təşkil etmişdir. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Səmədоva Nurcan Tеlman qızına qarşı Səmədоva Nurcan Tеlman qızının vərəsəlik və məcbu ri pay almaq hüquqlarından məhrum edilməsi barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, M.Məmmədov və V.İbayev) 2(103)-6399/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Səmədоva Nurcan Tеlman qızı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6176/2018 saylı, 06 dеkabr 2018-ci il tarixli qətnaməsi payların müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməklə qeyd edilən hissədə yeni qətnamə edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinin və həmi n ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin, ünvan 7nvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr payın, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinin, Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsinin ¼ hissəsinə iddiaçı Səmədоva Nurcan Tеlman qızının məcburi pay hüququnun tanınması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151.1, 1151.2, 1157, 1159, 1160, 1243, 1246, 1193, 1194, 1200-ci maddələrinə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının qeyd olunan maddi hüquq norma larının tələbləri baxımından - ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evi və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsi, Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinə eləcə də ünvan 7nvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr sahəsi olan 95 №-li mənzilə məcburi pay hüququ mövcud olmuşdur. ünvan 7nvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv.metr sahəsi olan 95 №-li mənzilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən yaşayış sahəsi rəsmi reyestrdə qeydə alınmadığından həmin əmlak barəsində notarial qaydada bağışlama müqaviləsinin həyata keçirilməsi mümk ün olmasa da, qeyd edilən əmlak X11 adından onun nümayəndəsinin ərizəsi əsasında digər əmlakların bağışlandığı ərəfədə Cavabdeh1 adına dəyişdirilərək faktiki olaraq həmin əmlak barəsində də bağışlanma həyata keçirilmişdir. Belə olan halda həmin mənzilə dair hüquqların dövlət qeydiyyatından keçməsi təsdiq edilmədiyindən qeyd olunan mənzilin payına dair məcburi pay hüququ tanınmalıdır. Cavabdehlər qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ünvan 9 ünvanında İİ blokun X mərtəbəsində inşa edilən 2 otaqlı 94,2 kv.metrdən ibarət olan mənzilə payın ¼ hissəsinə İddiaçı məcburi pay hüququnun tanınması hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən qətnamədə ünvan 9 ünvanında İİ blokun X mərtəbəsində inşa edilən 2 otaqlı 94.2 kv.m sahəsi olan 95 №-li mənzilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən yaşayış sahəsi rəsmi reyestrdə qeydə alınmadığından həmin əmlak barəsində notariat qaydada bağışlama müqaviləsinin həyata keçirilməsi mümkün olmasa da, qeyd edilən əmlak X11 adından onun nümayəndəsinin ərizəsi əsasında digər əmlakların bağışlanıldığı ərəfədə Cavabdeh1 adına dəyişdirilərək faktiki olaraq həmin əmlak barəsində də bağışlanma həyata keçirilmişdir. Belə olan halda həmin mənzilə dair hüquqların dövlət qeydiyyatından keçməsi təsdiq edilmədiyindən qeyd olunan mənzilin payına dair məcburi pay hüququ t anınmalıdır. Bu cür əsaslandırma kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərdən ibarət deyil. Məhkəmə faktlara deyil, daha çox ehtimallara və bağışlama müqaviləsi olmadığı halda cavabdehin bəzi hərəkətlərinin bağışlamaya bənzərliyini əsas götürmüşdür. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü və 1151.1-ci maddələrinə istinad etmişdir. Qanunverici istənilən müqavilənin predmeti ola bilən əşyanı deyil, yalnız bağışlanılan (hədiyə edilən) əşyanı mirasa daxil etməklə məcburi paya hüququ olan şəxsin məcburi payının məhz onun artımı hesabına tamamlanmasınəı nəzərdə tutmuşdur. Əşyanın bağışlanması isə yalnız bağışlama müqaviləsi əsasında həyata keçirilir. Cavabdehlərin hər hansı biri ilə miras qoyan arasında isə eyni predmet barəsi ndə bağışlama müqaviləsi bağlanılmamışdır. Belə bir müqavilə fakt olaraq ümumiyyətlə mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-ci maddəsini səhv təfsir etmişdir. Bundan başqa, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin ( miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, miras qoyanla "xxxx" MMC arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 12 avqust 2006-cı il tarixli 154 saylı ikitərəfli müqavilə bağlanılmışdır. Həmin müqavilə tikintidə podrat müqavilələri üçün xarakterik olan spesifik şərtlər daxilində bağlanılmışdır. Müqavilənin predmeti ünvan 9 ünvanında İİ blok un X mərtəbəsində inşa edilən 2 otaqlı 94,2 kv.metrdən ibarət mənzil olmuşdur Müqavilə münasibətlərinin davam etdiyi həmin ərəfədə miras qoyanın adından cavabdeh X19 04 fevral 2017-ci il tarixli ərizə ilə podratçı "xxxx" MMCə müraciət edərək sözügedən müqavilənin və kassa mədaxil orderinə yazılmış ödəniş qəbzinin ləğv edilməsini, həmin mənzilin və kassa mədaxil orderinə yazılmış qəbzin Cavabdeh1 adına dəyişdirilməsini xahiş etmişdir. Lakin, miras qoyanın bu istəyi müqavilə şərtlərinə uyğun olmadığı üçün həyata keçməmişdir. Çünki bağlanılan müqavilədə sifarişçiyə aid (X11) hüquq və vəzifələrin üçüncü şəxslərə verilməsi nəzərdə tutulmamışdır. Müqavilə münasibətləri isə davam etməkdə idi. Digər tərəfdən, mənzilin başqa ada keçirilməsi üçün müqavilədə ayrıca müddəa müəyyən olunmuşdur. Həmin mü ddəaya görə mənzilin başqa ada keçirilməsi order aldıqdan sonra alqı-satqı yolu ilə həyata keçirilir. Miras qoyan isə nəinki müqavilədə order anlamında işlədilən mülkiyyət hüququnu təsdiq edən çıxarış almamış, həmçinin onun həmin mənzil üzərindəki əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmamışdır. Bu üzdən müqavilənin başqa ada dəyişdirilməsi mümkün olmamışdır. Bu hal faktiki olaraq baş verməmişdir. Belə olan təqdirdə, miras qoyan müqavilənin 5.1.3-cü maddəsində təsbit edilən hüququndan istifadə edərək fərdi mənzil tikintisindən imtina etmişdir. Bununla da həmin müqaviləyə xitam verilmişdir. O, bundan sonra tikintiyə ödədiyi məbləği podratçıdan tələb etmişdir. Müqavilənin Əlavə şərtlər adlanan 8-ci bölməsinin 8.1.3-cü maddəsində müəyyən edilən qaydaya g örə müqavilənin xitam edildiyi hallarda tikintiyə ödənilmiş məbləğ podratçı tərəfindən sifarişçiyə mənzilin təkrar satışından sora qaytarılır. Tərəflər arasında yaranan mübahisə sonda danışıqlar yolu ilə sifarişçinin xeyrinə çözülmüşdür. Miras qoyanın Ödədiyi məbləğ tam həcmdə ona qaytarılmışdır. Beləliklə, əvvəlki müqavilənin xitam edilməsi ilə onun doğurduğu bütün hüquqi nəticələr aradan qalxmışdır. İş materiallarına əlavə edilən 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 870661 saylı, 01 may 2017-ci il tarixli ” Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 (miras qoyan) 28 aprel 2017-ci il tarixdə ölmüşdür.Ölümün səbəbi kimi süd vəzisinin bədxassəli yenitörəməsi göstərilir. Göründüyü kimi miras qoyan ölümündən bir neçə ay qabaq həmin ə mlakdan imtina etmiş və bu imtina onun iştirakı ilə bağlanılan müqavilənin xitam olunması ilə nəticələnmişdir. Başqa sözlə, miras qoyan öldüyü məqamadək həmin mənzil üzərində əmlak hüquqlarına (miras aktivi) və vəzifələrinə (miras passivi) malik olmamışdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mübahisə edilən mənzil qeyd edilən bu səbəblərə görə mirasa daxil oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi isə, qanun üzrə mirasa daxil olmayan mənzili mirasa daxil edərək həmin əmlaka payın ¼ hissəsinə yanlış olaraq iddiaçının məcburi pay hüququnu tanımaqla qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Cavabdeh1 ilə "xxxx" MMC arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” bağlanılan 04 fevral 2017-ci il tarixli 1463 saylı ikitərəfli müqavilə is ə tam qanunidir və onun bu müqavilə yolu ilə əldə etdiyi əmlakın miras qoyanın əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin ( miras passivi) toplusu ilə birbaşa və ya dolayısıyla heç bir əlaqəsi yoxdur. Belə ki, o, miras qoyanın (anasının) sağlığında onunla birgə yaşamasına baxmayaraq, sonuncu ilə birgə təsərrüfat aparmamış, əksinə özünün müstəqil ailə büdcəsi və müstəqil təsərrüfatı olmuşdur. Bu büdcə vəsaitləri cavabdehlərin aylıq gəlirləri və digər şəxsi qazancları hesabına formalaşmışdır. Sözügedən mənzil cavabdehlərin özlərinin şəxsi pul vəsaiti hesabına əldə edilmiş və onlardan birinin, konkret olaraq isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sonuncu sifarişçi kimi öz adından AXU 14 №-li, 04 fevral 2017-ci il tarixli kassa mədaxil orderi əsasında 39.847 manat (otuz doqquz min sə kkiz yüz qırx yeddi) məbləğində pul vəsaitini fərdi mənzil tikintisi üçün "xxxx" MMC-nin hesabına ödəmişdir. Bu əsaslara görə həmin mənzil iddiaçının vərəsəlik hüququ ilə məhdudlaşa bilməz. Cavabdehlərdən hər biri miras qoyanın sağlığında da öz adından üçüncü şəxslərlə iki və ya çoxtərəfli müqavilələr bağlamaqda haqlı idi. Apellyasiya instansiyası məhkəməsi qanun üzrə mirasa daxil olmayan ünvan 9 ünvanında İİ blokun X mərtəbəsində inşa edilən 2 otaqlı 94,2 kv.metrdən ibarət olan mənzili mirasa daxil edərək həmin mənzilə payın ¼ hissəsinə iddiaçının məcburi pay hüququnu tanımaqla hüququn tətbiqində səhv buraxmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən mübahisənin həllinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrini tətbiq etməməklə tətb iq edilməli qanunu (qanunları) tətbiq etməmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-ci maddəsinə görə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması deməkdir. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6399/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin notariusu məkbutla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi mə bləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində cavabdehlər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ünvan 9 ünvanında İİ blokun X mərtəbəsində inşa edilən 2 otaqlı 94,2 kv.metrdən ibarət olan mənzilə payın ¼ hissəsinə İddiaçı məcburi pay hüququnun tanınması hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, mübahisəli mənzilin miras aktiinə daxil olmaması, miras qoyanın ölümündən bir neçə ay qabaq həmin əmlakdan imtina etməsi və müqavilənin xitam olunması, cavabdehin həmin mənzili öz vəasiti hesabına əldə etməsi ilə bağlı dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6399/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.