Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-172/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 126/128 ünvanında yerləşən fərdi yaşayış evi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gediş-gəliş yolunun bağlanmasına səbəb olan qapının sökülməsi, yolun əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlərin ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 126/128 ünvanında yerləşən fərdi yaşayış evi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gediş-gəliş yolunun bağlanmasına səbəb olan qapının sökülməsi və cavabdehlərin ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçınınnümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 126/128 ünvanında yerləşən ev iddiaçıya məxsusdur. Cavabdeh2 iddiaçının bacısı, Cavabdeh1 isə bacısının əridir. Cavabdehlər iddiaçının və özlərinin ümumi girişi olan dalana dəmir seyf qapı qoyaraq iddiaçının və ailə üzvlərinin evə girişini məhdudlaşdırmışlar. Çünki həmin qapı video kameralı olmaqla yalnız cavabdehlər tərəfindən istifadə edilir, iddiaçı isə faktiki olaraq həmin dalandan evinə daxil ola bilmir. İddiaçıya məxsus texniki pasportda da həmin hissə ümumi keçid kimi göstərilmişdir. Cavabdehlər heç bir hüquqları olmadığı halda həmin keçidi öz mülkiyyətləri kimi şəxsiləşdirmişlər və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşlar. İddiaçı dəfələrlə cavabdehlərdən həmin qapının götürülməsini və ümumi keçidə giriş-çıxışın bərpa olunmasını tələb etsə də, sonuncular həmin keçidin onlara məxsus olduğunu bildirərək iddiaçının müraciətini cavabsız qoymuşlar. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehlərin iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ərizədə qeyd etdiyi ümumi keçid cavabdehlərin mülkiyyətindədir, bu fakt rəsmi sənədlərlə də təsdiq olunur. İddiaçının ayrıca giriş-çıxış qapısı var, iddiaçının mübahisə etdiyi ümumi keçiddəki qapı cavabdehlərin istifadəsi üçündür və ümumi istifadə də deyildir. İş materiallarında olan: - MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0.0187 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 71,8 kv.m yaşayış, 15.2 kv.m köməkçi sahədən ibarət 126-128 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0.0315 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,3 kv.m yaşayış, 52.1 kv.m köməkçi sahədən ibarət 124 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportda iddiaçının mübahisə etdiyi ərazi ümumi keçid kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz hərəkətləri ilə, yəni ümumi istifadədə olan keçidə yalnız özlərinin istifadəsi üçün video kameralı seyf qapı qoyaraq qonşuları, İddiaçı mülkiyyətindən istifadəsinə, evinə giriş-çıxışına maneə olub hüquqdan sui-istifadə etmişlər. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən cavabdehlərdən mülkiyyətindən istifadəyə maneə olan hərəkətlərə son qoymağı tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinin birinci cümləsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Cavabdehlərin nümayəndəsi mübahisəli keçid yolunun cavabdehlərin mülkiyyətində olduğunu bildirsə də, məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli keçid yolu tərəflərin ümumi istifadəsindədir. Belə ki, X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2777/2019 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 28082 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki iş materiallarında olan məlumatlara fə baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 124 ünvanında yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi əks olunmaqla) dair xx.xx.2007-ci il tarixli və ünvan 4 ünvanınnda yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi əks olunmaqla) dair xx.xx.2011-ci il tarixli texniki pasportlar müqayisə olunmaqla, mübahisəli keçid yolunun hər iki texniki pasportda nəzərdə tutulduğu və həmin keçid yolunun iş üzrə tərəflərin ümumi istifadəsində olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 126/128 ünvanında yerləşən fərdi yaşayış evi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gediş-gəliş yolunun bağlanmasına səbəb olan qapı sökülməli və cavabdehlərin ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 126/128 ünvanında yerləşən fərdi yaşayış evi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gediş-gəliş yolunun bağlanmasına səbəb olan qapı sökülsün, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-172/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-172/2020
02.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver