Məhkəmə qərarları › İş №2(044)-1791/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1791/2021

04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1791/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 28.01.2018-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 məhkəmə iclasında bildirdi ki, onun həyat yoldaşı X9 28.01.2018-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası Mahaçqala şəhərində vəfat etmiş, orada da dəfn olunmuş və həmin vaxt oradan ölüm haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. O, həyat yoldaşının ölümü haqqında şəhadətnamə almaq üçün Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə mürciət etmiş, lakin o, lazımi sənədləri təqdim edə bilmədiyindən ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. etmiş və qeydiyyat şöbəsində ona bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə ünvanlanmış məktubda, ərizəçi X1 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum qardaşı Aqil Axundovun həyat yoldaşıdır. Ərizəçi ilə onun mərhum qardaşı 1985-ci ildə ailə qurmuşlar. Onlar uzun müddət Mahaçqala şəhərində yaşamışlar. Lakin sonradan Ərizəçi deportasiya olunmuşdur. Mərhum qardaşı Aqil Axundov isə orada qalmışdır. Onun qardaşı Aqil Axundov 28.01.2018-ci il tarixdə Mahaçqala şəhərində vəfat etmiş və Mahaçqala şəhər beynəlminəl qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, ərizəçinin həyat yoldaşı Aqil Axundovun bacısı Lətifənin həyat yoldaşıdır. X9 28.01.2018-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası Mahaçqala şəhərində vəfat etmişdir. Mərhumun cənazəsinin Azərbaycana gətirilməsi mümkün olmadığından Mahaçqala şəhər beynəlminəl qəbirstanlığında dəfn olunmuşdur. 27.03.2019-cu il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş sənəddən görünür ki, X9 ilə Axundova (Ələkbərova) Gülnara Müseyib qızının nikahları 07 sentyabr 1985-ci il tarixdə 1012 saylı akt qeydi ilə bağlanmışdır. 16.02.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-300 saylı məktubdan görünür ki, X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. İş materiallarında olan 17.02.1999-cu il tarixdə Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən 9 saylı forma arayışdan görünür ki, 09 fevral 1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X7 551863 saylı arayış verilmişdir. 26.02.2019-cu il tarixli 18 saylı arayışdan görünür ki, X9 28.01.2018-ci il tarixdə Mahaçqala şəhər beynəlminəl qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin əri 09 fevral 1956-cı il tarixdə anadan olmuş X9 28.01.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 09 fevral 1956-cı il tarixdə anadan olmuş X9 28.01.2018-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 fevral 1956-cı il tarixdə anadan olmuş X5 28.01.2018-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar