Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1898/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş oğlu X3 xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun oğlu X10 xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş və xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində öldürülmüş və elə həmin gün də Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Onun oğlu X5 öldürən X4 Azərbaycan Respublikası CM-nin 120.1 maddəsi ilə hökm çıxarılmış və ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Oğlunun ölümü haqqında sənəd alınmamışdır və o, barədə Maraqlı şəxsnə müraciət etmiş və lakin ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəslərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşı arvadıdır. O, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 bibisidir. Onun qardaşı oğlu X5 dostunu müdafiə etdiyinə görə öldürümüşdür. Onun qardaşı oğlu X10 xx xxxx 2003-cü il tarixdə öldürülmüşdür. Mərhum qarşadı oğlu X1 şəhər Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi onunla iş yoldaşı olmuşdur. Onlar ailəvi yaxındır. Ərizəçi oğlu Taleh Yusifov xx xxxx 2003-cü il tarixdə öldürülmüşdür. O, mərhum X3 yas mərasimində iştirak etmişdir. X13 Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilibdir. xx.xx.1984-cü il tarixdə Kirovabad şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 ilə Ərizəçi birgə nikahlarından xx xxxxxxx 1984-cü il tarixdə X10 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Naftalan şəhər İHB-nın Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qəbirstanlığı tərəfindən verilmiş 282 saylı arayışdan görünür ki, X10 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 30 saylı məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydinin aşkar olmadığı və ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-1014/03 saylı hökmün surətindən görünür ki, X10 xx xxxx 2003-cü il tarixdə X11 tərəfindən qəsdən öldürüldüyünə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə hökm çıxarılmış və ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin oğlu, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X10 xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1898/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1898/2020
10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver