Məhkəmə qərarları › İş №2(044)-1898/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1898/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1898/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi-Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi tələbinə» dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə müraciət edərək 06.01.1958-ci ildə anadan olmuş X19 1958-ci ilin oktyabr ayında vəfat etməsi, 12.12.1962ci ildə anadan olmuş X6 1963-cü ilin mart ayında vəfat etməsi, 04.01.1966-cı ildə anadan olmuş X2 1966-cı ilin avqust ayında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 1985-ci ildə, anası X23 isə 2020-ci ildə vəfat etmişdir. Birgə nikahlarından 8 anadan olmuşdur. Həmin uşaqlardan hal-hazırda 4-dü sağdır, diğər uşaqlar X19 06.01.1958-ci ildə anadan olmuşdur, 1958-ci ilin oktyabr ayında 1 yaşı olmamış vəfat etmişdir. X15 12.12.1962-ci ildə anadan olmuş, 1963-cü ilin mart ayında 3 aylıq vəfat etmiş, X8 isə 04.01.1966-cı ildə anadan olmuş, 166-cı ilin avqust ayında 7 aylıq olanda xəstəlikdən vəfat etmişlər. Hər üç uşaq vəfat etdikdən sonra nənə-babalarının ayaq ucunda dəfn olunmuşlar, lakin ölüm haqqında şəhadətnamə alınmamışdır. Valideyinlərindən sonra onlara miras qalmış mülkə vərəsəlik almaq istəsələr də, həmin uşaqların adı qeydiyyat şöbəsinin portalından çıxdığı üçün notariat kontorunda vərəsəliyi edə bilmirlər. Odur ki, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X8 04.01.1966-cı il tarixdə anadan olmuşdur. X1 ilə X18r; Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 05/Q-759 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində 1967-ci il üzrə yoxlama aparılmış vətəndaş X2 ölüm haqında akt qeydi aşkar edilməmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X19 06.01.1958-cı il tarixdə anadan olmuşdur. X1 ilə X18r; Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 05/Q-758 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində 1958-ci il üzrə yoxlama aparılmış vətəndaş X11 ölüm haqında akt qeydi aşkar edilməmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X15 12.12.1962-ci il tarixdə anadan olmuşdur. X1 ilə X18r; Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 05/Q-760 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində 1962-ci il üzrə yoxlama aparılmış vətəndaş X7 ölüm haqında akt qeydi aşkar edilməmişdir; Gəncə rayon ZAQS tərəfindən verilmiş 10.11.1985-ci il tarixli 301556 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 10.11.1985-ci il tarixdə vəfat etmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 12.11.2020-ci il tarixli AZ-İİ 116850 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 11.11.2020-ci il tarixdə vəfat etmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, Qasımov Bayram Daşdəmir oğlu 03.07.2020ci il tarixdə vəfat etmişdir; Tovuz rayon Aşağı quşçu kənd soveti tərəfindən verilmiş 15.02.1961-ci il tarixli, 184988 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X20 arasında 15.02.1961-ci il tarixdə nikah bağlanmışdır; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.07.2020-ci il tarixli AZ-İİ 100544 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 03.07.2020-ci il tarixdə vəfat etmişdir; Nikah Evi tərəfindən verilmiş 06.08.1982-ci il tarixli, 264017 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 ilə X9 arasında 06.08.1982-ci il tarixdə nikah bağlanmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H ÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu i tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X29 ifadəsində göstərdi ki, X16, X10 və X4 tanımasa da onların doğulduqdan bir neçə ay sonra ölmələri barədə onun valideynlərindən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, X19, X15 və X8 onun bacı və qardaşı olmuşlar. Onlar doğulduqdan bir neçə ay sonra ölmüşlər. Onlara doğum haqqında şəhadətnamə alınsa da, ölüm haqqında şəhadətnamə alınmamışdır. O, bacı və qardaşlarından heç birini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, X16, X10 və X4 tanımasa da onların doğulduqdan bir neçə ay sonra ölmələri barədə onun valideynlərindən eşitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. İş üzrə dindirilmiş şahidlər heç biri vəfat etmiş şəxsləri görmədiklərindən o qədər də işin halları barədə məlumatlı deyildirlər. Ona görə də məhkəmə şahid ifadələrini sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi tələbinə» dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar