Məhkəmə qərarları › İş №2(044)-1899/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1899/2020

07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1899/2020 07.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi-Ərizəçi Tapdıq qızının iştirakı ilə Ərizəçi Tapdıq qızının Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Tapdıq qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək oğlu X4 xx xxxxxx 2019-cu il tarixdə il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi Tapdıq qızı ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 xx.xx.2001-ci il tarixdə R.F-nın Moskva şəhərində anadan olmuş, xx.xx.2019-cu ildə Gəncə şəhərində yaşadıqları evdə özünü asaraq intihar etmişdir. Gəncə şəhər prokurorluğunun xx.xx.2020ci il tarixli qərarı ilə iş üzrə vicraata xitam verilmişdir. O, ölüm kağızının alınması üçün Gəncə şəhər Nizami rayon Qeydiyyat idarəsinə müraciət etsə də, ona rədd cavabı verilmişdir. Ona görə də, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X4 özünü öldürməsi faktı üzrə AR CM-nin 125-ci maddəsi ilə istintaq edilmiş ********* saylı cinayət işində cinayət tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdi; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli 05/Q-567/15 saylı məktubundan görünür ki, X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir; Moskva şəhəri Tver VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli , 849057 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Moskva şəhərində anadan olmuşdur. X2 Teyyub oğlu ilə Ərizəçi Tapdıq qızıdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi Tapdıq qızı ərizəni müdafiə eədərək bildirdi ki, oğlu X7 xx.xx.2019-cu ildə Gəncə şəhərində yaşadıqları evdə özünü asaraq intihar etmişdir. O inthar etdikdən sonra ölümün səbəbləri barədə məhkəmə tibbi-ekspertizası aparılmadığından ölümə səbəb olmuş diaqnoz müəyyən edilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, onun müraciəti təmin edilməmişdir. Ona görə də oğlu X4 xx.xx.2019-cu ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2020-ci il tarixdə məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ifadə verən X8 qizi bildirdi ki, X3 nəvəsidir. 2019-cu ilin dekabrın 25 də gecə intihar edərək olmuşdür. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mərhum X7 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində intihar etmişdir. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırılması zamanı X7 xx.xx.2019-cu ildə Gəncə şəhərində yaşadıqları evdə özünü asaraq intihar edərək ölməsi faktı öz təsdiqini tapmışdır. Belə ki,məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X8 qizi X1 qız nəvəsi olduğunu bildirmişdir. 2019-cu ilin dekabrın 25 də gecə intihar edərək dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə bu qənmaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə X6 ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır və bununla bağlı da o müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X4 xx.xx.2019-cu ildə Gəncə şəhərində yaşadıqları evdə özünü asaraq intihar etməsi faktı mübahisə doğurmadığndan və məhkəmə iclasında sübut edildiyindən onun həmin ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apel-lyas-iya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar