Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-202/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 14792,59 manat əsas kredit borcunun, 3989,53 manat əsas məbləğə hesablanmış faiz borcunun, 781,50 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 19563,62 manat məbləğində kredit borcunun və 60 manat əmlakın siğortalanmasına görə bank tərəfindən çəkilmiş siğorta haqqı, 4.80 manat siğorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 9.60 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 4.80 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən (borclu və zamindən) tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 211.1 kv.m, yaşayış sahəsi 139.0 kv.m., yardımcı sahəsi 72.1 kv.m.-dən ibarət 6 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 50.830 manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğiinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borclu və zamindən tutulmasını təmin edilməsi, hərracda mənzil onun tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi. ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 müştərəq (birgə) qaydada 10749,16 manat əsas kredit borcunun, 3598,84 manat əsas məbləğə hesablanmış faiz borcunun, 2730,23 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 17078,23 manat məbləğində kredit borcunun və 60 manat əmlakın siğortalanmasına görə bank tərəfindən çəkilmiş siğorta haqqı, 4.80 manat siğorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 9.60 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərləri, 4.80 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən (borclu və zamindən) tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 211.1 kv.m. yaşayış sahəsi 139.0 kv.m., yardımcı sahəsi 72.1 kv.m-dən ibarət 6 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-nin 16.02.2021-ci il tarixli 01/21-71 saylı ekspertiza rəyinə əsasən, 112000 manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zamindən tutulmasının təmin edilməsi, hərracda mənzil “X4 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi. ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edəsiniz. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 10 may 2017-ci ildə “X4 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 169948/02 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankları tərəfindən borcalan Cavabdeh1 əvvəlki borclarının restrukturizasiya edilməsi məqsədi ilə 30.000 manat məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 20% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdür. Borcalanın 169948/02 nömrəli kredit müqviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 22 may 2017-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh2 arasında Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 211.1 kv.m, yaşayış sahəsi 139.0 kv.m., yardımcı sahəsi 72.1 kv.m.-dən ibarət 6 otaqlı mənzil “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 25.05.2017-ci il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. “X4 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X4 Azərbaycan” QSC-ə olan borclarını ödəməmişlər. Borcalanın “X4 Azərbaycan” QSC-nə 10 may 2017-ci il tarixli 169948/02 №li kredit müqaviləsi üzrə olan ümumi kredit borcu: Kreditlər üzrə əsas məbləğ borcu – 14792.59 manat; əsas məbləğə heablanmış faiz borcu – 3989.53 manat; hər gecikdirilmiş günə görə cərimə borcu 781.50 manat; cəmi borc: 19563.62 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddiaçı tərəfin iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək əsas məbləğlə razı olduğunu, lakin faiz məbləği ilə razı olmadığını, eyni zamanda ipoteka predmeti olan evin ilkin satış qiymətinin 50830 manata qiymətləndirilməsinə etiraz etdiyini bildirmişdir. Mülki iş materiallarında olan: - “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 aylıq 20% dərəcəsi ilə 48 ay müddətinə 30000 manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilənin şərtlərinə və müddətlərinə uyğun həmin krediti qaytarmağı öhdəsinə götümüşdür. - 10 may 2017-ci il tarixli, 169948/02 saylı zaminlik müqavilələsindən görünür ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin təminatı kimi “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 22 may 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin təminatı kimi “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 məxsus ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 211.1 kv.m, yaşayış sahəsi 139.0 kv.m yardımçı sahəsi 72.1 kv.m, yaşayış otaqların sayı 6 olan mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ümumi sahəsi, 211.1 kv.m, yaşayış sahəsi “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı Cavabdeh2 mülkiyyətindədir. - 22.05.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqavilələri üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. - 22.05.2017-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanına tutmanın yönəldilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. - “X4 Azərbaycan” QSC-nin 06.03.2020-ci il tarixli ərizəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışın surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 765612 saylı arayışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1-də Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 qeydiyyatdadırlar. - 12.05.2017-ci il, 22.05.2017-ci il tarixli Cavabdeh4, Cavabdeh1 Fikrət oğlunun, Cavabdeh5, X1 ərizələrindən görünür ki, onlar Cavabdeh2 məxsus ünvan 2 ünvanında “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razıdılar, həmin evə tutma yönəldikdə və ev satıldıqda evi qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. - 12.06.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 “X4 Azərbaycan” QSC-yə 14792.59 manat əsas borc, 3989.53 manat faiz borcu, 781.50 manat cərimə borcu ümumilikdə 19563.62 manat borcu vardır. - 05.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “X4 Azərbaycan” QSC-yə əsas borc üzrə 10749.16 manat, faiz borcu üzrə 3598.84 manat, cərimə borcu üzrə 2730.23 manat cəmi 17078.23 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı “X4 Azərbaycan” QSC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişdilər. Buna görə də iddiaçının onlardan müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ vardır. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2(044)-202/2021 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 07.06.2021-ci il tarixli,09/3559 saylı rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatları və X4 Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Zülfü oğlu arasında bağlanmış 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Zülfü oğlunun banka olan borcu maliyyə arayışı müddətinə yəni 23.11.2020-ci il tarixinə əsas borc üzrə 17431.80 manat, faiz borcu üzrə 475,92 manat, ekspert rəyinin veriləcəyi günə yəni 07.06.2021-ci il tarixinə əsas borc üzrə 14696.52 manat, faiz borcu üzrə 302.10 manat müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcunun məbləği iddia tələbində göstərilmiş əsas borcun məbləğindən çox, faiz borcun məbləği isə iddia tələbində göstərilmiş faiz borcun məbləğindən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən həmin müqavilə üzrə əsas borc iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı “X4 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cərimə azaldılaraq 100 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında sonrakı sonrakı ipoteka müqaviləsi 28.12.2018-ci il tarixdən əvvəl imzalandığı üçün məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixə qədər qüvvədə olmuş normaları tətbiq edilməlidir. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, ünvan 2 ümumi sahəsi, 211.1 kv.m, yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(044)- 1892/2020 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 16 fevral 2021-ci 01/21-071 saylı rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 6 otaqlı mənzilin bazar dəyəri 140000 manat, likvid dəyəri 112000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 2 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan evin ilkin satış qiyməti 112000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakı boşaldaraq çıxmalıdılar. Bununla belə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmalarına dair iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada iddiaçının xeyrinə 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə 10749,16 manat məbləğində kredit borcu, 302,10 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, cəmi 11151,26 manat məbləğində borc tutulmalı, tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 112000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə ümumi qaydada tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılaraq boşaldılıb alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi, 60 manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 4.80 manat sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 9.60 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərləri, 4.80 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manatı müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 30 manatı isə “X4 Azərbaycan” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə “X4 Azərbaycan” QSCdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; "xxxx" ASC-nin Azadlıq filialı; M/h:AZ80NABZ********************; Kodu: 507547; S.W.İ.F.T. BRESAZ22; H/h:AZ49BRES********************; VÖEN:**********) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə 10749.16 manat məbləğində əsas borcu, 302,10 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, cəmi 11151 (on bir min yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik məbləğində borc tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ümumi qaydada tutulsun. İpoteka predmeti olan: ünvan 2 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan yaşayış sahəsinin ilkin satış qiyməti 112000 manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılaraq, həmin əmlak boşaldılıb alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi, 60 manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 4.80 manat sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 9.60 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərləri, 4.80 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 30 (otuz) manatı isə “X4 Azərbaycan” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə – qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 (əlli) manatı isə “X4 Azərbaycan” QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; "xxxx" ASC-nin Azadlıq filialı; M/h:AZ80NABZ********************; Kodu: 507547; S.W.İ.F.T. BRESAZ22; H/h:AZ49BRES********************; VÖEN:**********) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-202/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-202/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver