Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2027/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X9 onun bibisi qızıdır, onun anası X18, atası X7 ilə ailə qurmuş və onların birgə nikahlarından 1949-cu ildə Gəncə şəhərində bibisi qızı doğulmuşdur. X18 1955-ci ildə 34 yaşında vəfat etmiş, bundan sonra Lalənin atası Məmmədəli Laləni onun atası X10 himayəsinə vermişdir. Onun atası və anası faktiki olaraq Lalənin böyüyüb-boya başa çatması və tərbiyəsi ilə məşğul olublar. Onun bibisi qızı Lalə 2019-cu ildə vəfat etmiş, onun bibisi qızı Lalənin öz övladı olmamış, Lalənin verdiyi vəsiyyətnamə əsasında yeganə vərəsəsi odur. Hazırda 1902-ci ildə anadan olmuş X4 ölüm faktının müəyyən olunması onun vərəsəlik şəhadətnaməsi alması üçün əsasdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə ünvanlanmış məktubda, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X1 bibisi qızıdır. Lalənin anası X18, atası X5r. Lalənin anası Bəyim 1955-ci ildə vəfat etmişdir. Sonra Lalənin atası X17 atası İsmayıl Hüseynovun himayəsinə vermişdir. X7 1970-ci il tarixdə vəfat etmişdir. 12.03.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə Hüseynova Bəyim Əli qızının birgə nikahlarından 31.08.1949-cu il tarixdə X9 anadan olmuşdur. 18.02.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X18 26.08.1955-ci ildə vəfat etmişdir. 17.08.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X7 (50 yaş) ilə X12 nikahları 28 yanvar 1952-ci il tarixdə 75 saylı akt qeydi ilə bağlanmışdır. 21.02.2019-cu il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21.02.2019-cu il tarixdə vəfat etmişdir. 15.04.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda X7 barəsində Gəncə şəhər Nizami RPİ-də hər hansı bir axtarış işi olmamış və şəxsin itkin düşməsindən 15 ildən artıq müddət keçdiyi üçün axtarış işinin açılması mümkün olmadığı bildirilmişdir. 02.07.2021-ci il tyarixdə Gəncə “ASAN xidmət” mərkəzində ədliyyə nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Əhalisinin dövlət reyestri sistemində yoxlama aparılmış və vətəndaş X2 ölümü haqqında akt qeydi aşkar edilmədiyi bildirilmişdir. 06.07.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X8 üzrə yoxlama aparılmış və vətəndaş X3 ölümü barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin bibisinin əri X3 1955-ci ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, X3 1955-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1902-ci ildə anadan olmuş X3 1970-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2027/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2027/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver