Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2125/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, iddiaçı Ərizəçi cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş vaxtı əmək funksiyasını yerinə yetirərkən baş vermiş ölüm faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Mərhum həyat yoldaşı Eldar Əliyevlə baş vermiş, ölümlə nəticələnmiş bədbəxt hadisənin iş vaxtı əmək funksiyasını yerinə yetirərkən baş verməsini təsdiq edərək bu barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu da, AR MPM-nin 152.1.5-ci maddəsinə görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara və AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş vaxtı əmək funksiyasını yerinə yetirərkən baş vermiş ölüm faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2125/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2125/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver