Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2337/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 2 ünvanında yerləşən daşınmaz əmlakın alınaraq ona verilməsi, bu mümkün olmadıqda isə əmlakın maddi dəyəri olan 39.100 manat (23.000 xl 1.7) pulun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 qızı X3 ilə 22 iyun 2001-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Daha sonra münasibətləri kəskinləşdiyindən nikahlarına xitam verilmişdir. Nikah münasibətləri qüvvədə olduğu müddətdə isə həyat yoldaşının atası Qaçay Tağıyev ondan Gəncə şəhərində ev alması üçün pul vəsaiti istəməyə başladı. O, ailə münasibətlərinin korlanmasını istəmədiyi üçün bununla razılaşmışdır. Həmin ərəfədə o, Rusiya Federasiyasında idi. Belə ki, həmin dövrdə o, Qaçay Tağıyevə 4 dəfə 5.000 ABŞ dolları, 1 dəfə isə 3.000 ABŞ dolları olmaqla 23.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin pul ödənişləri isə “Zolotoya korona” və “VVestern Union” vasitəsi ilə həyata keçirilmişdi. Qaçay Tağıyev isə Gəncə şəhərində bank vasitəsi ilə həmin pulları götürürdü. Həmin pullar hesabına X7 şəhəri, Nizami rayonu, X9 küçəsi 2 ünvanında daşınmaz əmlak olan ev almışdır. Ev alındıqdan sonra Qaçay Tağıyev vəfat etmiş və onun qanuni vərəsəsi kimi həyat yoldaşı Cavabdeh tanınmışdır. Bu səbəbdən cavabdeh kimi Qaçay Tağıyevin qanuni vərəsəsi qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan ünvandakı mənzil birbaşa olaraq onun maddi vəsaiti hesabına əldə edilmişdir. Məhz bu səbəbdən də sözügedən əmlak, bu mümkün olmadıqda isə həmin əmlak üçün verdiyi 39.100 manat (23.000 x 1.7-39.100) cavabdehdən tutularaq ona geri ödənilməlidir. Odur ki, hazırki əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnların iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçının bildirdiklərindən müəyyən edilir ki, iddiaçı mərhum qaynatasına ayrı-ayrı vaxtlarda pul göndərməklə onların arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə hesab edir ki, ona görə də tərəflər arasında yaranmış hüquq münasibətinə öhdəliklə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına dair dəlillər irəli sürsə də, o bunu sübut edə bilməmişdir. Əksinə iddiaçının məhkəməyə göndərdiyi vəsatətin məzmunundan görünür ki, cavabdehə pul vəsaiti onun özü tərəfindən deyil,Kərimov Rasim tərəfindən göndərilmişdir. Məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq və iddiaçı nümayəndəsi vasitəsilə təmsil edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməyərək sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən də iddia etiraf edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İddiaçı ərizənin məzmununda cavabdehə pul verməsini qeyd etsə də, ərizəsinin xahiş etdi hissəsində cavabdehə məxsus əmlakın alınaraq ona verilməsini, o mümkün olmadıqda isə onun dəyərinin alınmasını xahiş etmişdir. Əvvəla bununla bağlı da iddiaçı sübutlarını, o cümlədən evin hazırda kimin adına olması, evin kimin adına rəsmiləşdirilməsi ilə bağlı da sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X4 qanuni nümayəndəsi Cavabdeh qarşı “əmlak və yaxud onun dəyəri” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2337/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2337/2021
21.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver