Məhkəmə qərarları › İş №2(044)-2410/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2410/2021

31.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2410/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «cavabdehin qanunsuz maneəsinin aradan qaldırılması, qanunsuz inşa etdirdiyi hasar tikilisinin onun vəsaiti hesabına sökülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «cavabdehin qanunsuz maneəsinin aradan qaldırılması, qanunsuz inşa etdirdiyi hasar tikilisinin onun vəsaiti hesabına sökülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclası 31 avqust 2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, iddiaçılar göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Cavabdeh məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı2 iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 göstərilən tarixdə məhkəməyə gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi AR MPM-in 259.0.7 və 259.0.11-ci maddələrinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «cavabdehin qanunsuz maneəsinin aradan qaldırılması, qanunsuz inşa etdirdiyi hasar tikilisinin onun vəsaiti hesabına sökülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar