Məhkəmə qərarları › İş №2(044)-2577/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2577/2020

03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2577/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı«şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində doğulmuş və doğulduğu gündən bu vaxtadək ünvan 1 ünvanda yaşayır. Həmin əmlakın ¼ hissəsi X5, ¼ hissəsi X3 və 2/4 hissəsi isə X9 adına qeydə alınmışdır. X11 anası, X8 anasının anası, X18 isə anası Sənubər Əliyevanın əmisi olmuşdur. X2 xx.xx.2018-ci il tarixdə, nənəsi X8 xx.xx.1960-cı il tarixdə vəfat etmişdir. Vərəsəlik qaydasında ünvan 1 ünvanda yerləşən evin 1/2 hissəsi onun mülkiyyətinə keçmiş, qalan 1/2 hissəsinin onun mülkiyyətinə keçməməsinin səbəbi anasının əmisi X9 ölümü barədə hər hansı məlumatın olmamasıdır. Anasının və yaşlı qohumlarının dediklərinə görə Əli Məmmədov subay olmuş və 1956-cı ildə Gəncə türməsində cəza çəkirmiş. Ancaq onun həbsxanadan çıxması və aqibəti barədə hər hansı məlumatlarının olmamasını bildirmişlər. X9 1/2 hissə payının vərəsəlik qaydasında mülkiyyətinə keçməsini istəyir və vərəsəlik işinin açılması üçün əsas isə şəxsin ölməsi faktının qeydə alınmasıdır. Bunu təsdiq edən sənəd isə şəxsin ölümü haqqında şəhadətnamədir. Ona görədə X9 ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Maraqlı şəxs rəisi Şəlalə Cəfərova məhkəməyə ərizə verərək, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin zahatını, şahid ifadələrini dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, uzun illərdir ki, Ərizəçi ilə qonşuluqda yaşayır. Onlar qonşu olsalar da, həmişə bir ailə kimi yaşamışlar. O, Zakirin Əliyevin anası Sənubər xalaya həmişə ana demişdir. Onun uşaqlarını Sənubər xala saxlamışdır. O, 1967-ci ildən həmin küçədə yaşayır. Sənubər xala söhbətlərində Əli adlı əmisi olduğunu, onun da Rusiyaya gedib qayıtmadığını demişdir. Sənubər xala yaşadıqları ünvan 1 ünvanda yerləşən evin 1/2 hissəsinə əmisi Əlinin varis olduğunu deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, uzun müddətdir Ərizəçilə qonşuluqda yaşayır, onların evləri üzbəüz yerləşir. Onlar Ərizəçilə bir ailə kimi yaxın münasibətdədirlər. Zakirin anası Sənubər xala hələ sağlığında onun anasına deyirdi ki, quran oxutduranda əmisi Əli Məmmədova da quran oxutdurun. Sənubər xalanın əmisi Əli subay olduğundan belə deyirdi. Sənubər xalanın cavan əmisi X27 gedəndən sonra onun 1956-cı ildə ölüm xəbəri gəlmişdir. Sənubər xala atasının qəbrini həmişə ziyarət edirdi. Həmişə pis olurdu ki, əmisi Əlinin qəbri olsaydı onu da gedib ziyarət edərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun ən yaxın qonşusudur. Zakirin anası Sənubər Əliyeva onun həyat yoldaşı Həqiqət Əsədova ilə çox yaxın olmuşlar. Onların söhbətlərindən bilir ki, Sənubərin cavan əmisi X27 gedib qayıtmamışdı və orada vəfat etmişdir. İş materiallarında olan xx.xx.1048-ci il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1948ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1960-cı il tarixdə Kirovabad şəhəri Oktyabr qəsəbə sovetliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 birgə nikahlarından xx xxxx 1956-cı il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı hər birinə 1/2 hissə ilə X9 və Ərizəçi adlarına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 42 saylı məktubda göstərilmişdir ki, verilmiş məlumatlar əsasında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin vətəndaş X9 ölümü haqqında akt qeydi aşkar edilməmiş, ölüm bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir, həmin qərara əsasən ölüm bərpa həqiqətən bu cür qeydlərin olduğunu təsdiq edən sənədlər əsasında aparıldığından qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X21 tərəfindən verilmiş 965/4 saylı məktubda Dövlət X21nda mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 qeydiyyatı şöbəsi arxiv fondunun 1936-1942-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X7 və X9 doğum qeydləri aşkar olunmamışdır. Bu səbəbdən sorğu müsbət cavablandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, Ərizəçi mərhum anası xx.xx.2018-ci il tarixdə vəfat etmiş Sənubər Əliyevanın əmisi X9 1956-cı ildən harada olması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, X9 harada olması barədə artıq 60 ildən artıq müddətdir ki, məlumat yoxdur. Ona görə də mülki qanunvericiliyin tələbi baxımından məhkəmə qaydasında X18 1956-cı ildə ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 1956-cı ildə ölməsi faktı müəyyən edilsin. X9 adına verilən ölüm haqqında şəhadətnamədə onun ölüm günü bu qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Qətnamənin icrası Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə tapşırılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar