Məhkəmə qərarları › İş №2(044)-2605/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2605/2021

26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2605/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Ərizəçi-Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 18 fevral 1984cü il tarixdə anadan olmuş X3 06 may 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6ü onun doğma oğludur.Mərhum oğlu X5 18 fevral 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Mərhum oglu Asəf Əliyev 2020-ci 11 tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2 nömrəli orta məktəbdə 11 illik tam orta təhsil alaraq bitirdikdən sonra, 2001-ci il tarixdən 2005-ci il tarixədək Gəncə Dövlət Universitetində iqtisadiyyat fakültəsində alı təhsil almışdır. Asəf 2011-ci il tarixdə Xəyalə Məmmədova ilə ailə həyatı qurmş onların həmin nikahdan 3 övladı olmuşdur. Asəf Əliyev 2019-cu il tarixdək onlarla birlikdə yaşamış, 2019-cu il tarixdən isə öz ailəsi ilə birlikdə Yeni Gəncə qəsəbəsində kirayədə yaşamaşdır. Asəf 2016cı il tarixdən intihar etdiyi vaxtadək təcili tibbi yardım avtomobilinin sürücüsü işləmişdir, Oğlu Asəf coxlu pul borcunun olması və həmin borclarını qaytarmaga maddi imkanının olmaması səbəbindən əvəllərdə intihara cəhd etmişdir. Belə ki, 2020-ci ilin oktyabr ayına olan müddətlərin birində evdə olarkən Asəf onun yaşadığı evə gəlmiş və Asəf məni gördükdə emosiyasını saxlaya bilməmiş ağlamağa başlamışdır. Asəfin biləklərinin kəsildiyini görüb nə baş verdiyini soruşduqda Asəf ilk öncə özünü binanın damından yerə atmaq istədiyini, lakin sonradan özünü yüksəklikdən yerə atmaqdan imtina etdiyini, buna ğörədə biləklərini kəsməklə intihara cəhd etdiyini, lakin biləklərini kəssə də son anda özünü öldürməkdən imtina etdiyini bildirmişdir. Asəf həmin müddətlərdə onun yanında qalmış, lakin biləklərini kəsərək intihara cəhd etməsi ilə bağlı xəstəxanaya məlumat vermədiyindən barəsində hər hansı araşdırma aparılmamışdır. Asəfin coxlu pul borcları olduğu ücün 27 sentyabr 2020-cı il tarixdən etibarən başlanılan əks hücum əməliyyatları zamanı könüllü olaraq döyüşlərə qatılmaq istəmiş, lakın təcili tibbi yardımda işlədiyi ücün onu səfərbərliklə əlaqədar olaraq döyüşlərə cəlb etməmişlər. Asəfin ümumilikdə pul borclarımın yaranma səbəblərindən biridə onun nağd pul əldə etmək məqsədi ilə öz adına və ya başqa şəxslərin adlarina dükanlardan ilkin ödəniş etmədən kredit şərtləri ilə aldığı mobil telefon və ya digər qiymətli əşyaları öz tanışlarına nagd olaraq ucuz qiymətə satması, növbətı aylarda da həmin kredit borclarını ödəyə bilməməsi olmuşdur. Asəf 06 may 2021-ci il tarixdə evdəki elektron tərəzi ilə özünü çəkdikdən sonra evdən intihar edərək ayağının altına qoyduğu bir ədəd stulu götürüb getmişdir. Məhrum oğlu 07 may 2021-ci il tarixdə Dül-dül adlanan qəbiristanlığında dəfn edilmişdir.O, ölüm sənədini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Samux rayon bələdiyyəsinin verdiyi 27.05.2021-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, X5 18 fevral 1984-cü il tarixdə anadan olmuş, 07 may 2021ci ildə Samux rayonunun Dül-dül qəbirsanlığında dəfn olunmuşdur; Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X1 Stansiyasının verdiyi 16.05.2021-ci il tarixli, 914 saylı arayışından görünür ki, X5 06.05.2021-ci il tarixdə özünü asmışdır; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi məqsədi ilə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə eədərək qardaşı 18 fevral 1984-cü il tarixdə anadan olmuş X5 06 may 2021-ci il tarixdə ölməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, həqiqətən də 18 fevral 1984-cü il tarixdə anadan olmuş X5 06 may 2021-ci il tarixdə intihar etmiş, bu fakt Gəncə şəhər Prokurorluğundan araşdırılaraq öz təsdiqini tapmışdır. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə bu qənmaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə Əliyev Asəf Rasim oğluna ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır və bununla bağlı da o müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X2 27 dekabr 2008-ci ildə ölüm faktı mübahisə doğurmadığndan və məhkəmə iclasında sübut edildiyindən onun həmin ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Əliyev Asəf Rasim oğlunun 06 may 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar