Məhkəmə qərarları › İş №2(044)-302/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-302/2021

29.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-302/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, hasarın və tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, hasarın və tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 26.12.2019-cu il tarixli seriya A 439656 saylı **********9328 reyestr nömrəli çıxarış üzrə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.0331 ha zəbt olunmuş torpaq sahəsinə olan maneənin aradan qaldırılması, cavabdeh Həsənov Rəşad Sahəddin oğlu tərəfindən zəbt olunmuş torpağın boşaldılması, çəkilmiş hasarın və tikililərin cavabdehin hesabına sökülməsi və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif Qəmərli küçəsi, 38 ünvanda yerləşən 0.0331 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur və Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək hasara almışdır. O, dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh onun haqlı tələbinə məhəl qoymamışdır. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 26.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0331ha torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. 29.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0331ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26.12.2019-cu il tarixli **********28 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərkəzi Ekspertizası Mərkəzinin 21.10.2021-ci il tarixli 10/4135 saylı rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin hər iki yol tərəfdən 15.0 m uzunluğunda mişar daşı ilə sərhəd hasarının inşa olunduğunu və torpaq sahəsinin hüdudları daxilində mişar daşı, bud və çay daşlarının (töküldüyü) yerləşdiyini nəzərə alaraq torpaq sahəsinin hüdudları daxilində tikinti işlərinin aparıldığı müəyyən edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 21.10.2021-ci il tarixli 10/4135 saylı rəyi ilə və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsi İddiaçı məxsusdur və onun adına 26.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçıya məxsus 0,0331ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunaraq torpaq sahəsinin hər iki yol tərəfdən 15.0 m uzunluğunda mişar daşı ilə sərhəd hasarının inşa olunmuş və torpaq sahəsinin hüdudları daxilində mişar daşı, bud və çay daşlarının (töküldüyü) yerləşdiyini nəzərə alaraq torpaq sahəsinin hüdudları daxilində tikinti işləri aparılmışdır. İddiaçı qanuni əsaslarla özünə məxsus torpaq sahəsindən cavabdehin çıxmasını tələb etdikdə, cavabdeh torpaq sahəsindən çıxmamış, faktiki olaraq oranı zəbt etməklə iddiaçının hüquqlarını pozaraq torpaq sahəsini tərk etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsində cavabdeh tərəfindən qoyulan maneə aradan qaldırılmalı, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsinin hər iki yol tərəfdən 15.0 m uzunluğunda mişar daşı ilə inşa olunmuş sərhəd hasar və həmin torpaq sahəsi daxilində inşa olunmuş tikililər sökülməli və həmin tikililərin sökülməsi Cavabdeh hesabına həyata keçirilməli, həmin torpaq sahəsi zəbtdən azad edilməli, ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsində Cavabdeh tərəfindən qoyulan maneə aradan qaldırılsın. İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsinin hər iki yol tərəfdən 15.0 m uzunluğunda mişar daşı ilə inşa olunmuş sərhəd hasarı və həmin torpaq sahəsi daxilində inşa olunmuş tikililər sökülsün və həmin tikililərin sökülməsi Cavabdeh hesabına həyata keçirilsin. ünvan 1 ünvanda yerləşən 0,0331 ha torpaq sahəsi zəbtdən azad edilsin, boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar