Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3041/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə giriş-çıxışın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Turan (köhnə D.Bünyatzadə) küçəsi, ev 106 mülki və mülkə məxsus olan 0,053 ha həyatyanı torpaq sahəsini və həmin torpaq sahəsinin içində tikilmiş 92.3 kv m olan yaşayış evinin 1/8 paylı mülkiyyətində olan evə giriş-çıxışın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, atası mərhum X5 adına olan Gəncə şəhəri, Nizami rayonu, Turan (köhnə D.Bünyatzadə) küçəsi, ev 106 mülki və mülkə məxsus olan 0.053 ha həyatyanı torpaq sahəsini və həmin torpaq sahəsinin içində tikilmiş 92.3 kv m olan yaşayış evini bacısı Cavabdeh x xxxx 2003-cü ildə vəsiyyətnamə əsasında bağışlanmış, həmin vəsiyyətnamə Gəncə şəhəri, 1 saylı dövlət notariat notoriat kontorunda rəsmiləşdirilmişdir. X3 xx.xx.2017-ci ildə rəhmətə getdikdən sonra, atasının oğlu kimi vərəsə olaraq həmin ünvanda yerləşən mülkdən ona 1/8 hissəsi pay olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 3 saylı Gəncə idarəsindən torpağa mülkiyyət hüququna dair xx.xx.2018-ci ildə ******* saylı çıxarışın 1/8 hissəsi notarial qaydada təstiq edilmişdir. Həmin 1/8 hissəli torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXnin 3 saylı Gəncə idarəsindən torpağa mülkiyyət hüququna dair xx.xx.2018-ci ildə ******* saylı çıxarış almışdır, eyni zamanda torpağın texniki pasportu vardır. Hazırda mübahisəli ünvanda ona verilmiş 1/8 hissəli paylı mülkiyyətdən cavabdeh bacısı bu günkü gündə rahat istifadə etməyə imkan vermir. Mərhum atası sağlığında onu və həyat yoldaşını həmin evdən qeydiyyatdan çıxarılması barədə Gəncə şəhəri Nizami Rayon məhkəməsində qaldırdığı iddia təmin edilmişdir. O və onun həyat yoldaşı həmin qətnamədən narazı olduğu üçün Gəncə Apellyasiya məhkəməsinə şikayət verdikdən sonra, qətnamə ləğv edilmişdir. Mərhum atası apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kassasiya şikayəti versə də, Ali məhkəmədə kassasiya şikayəti təmin edilməyəcərək apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. O, 1994-cü ildə X7 ilə ailə həyatı quraraq qeydiyyatda olduğu ata evinə gəlin gətirmiş, həmin ünvanda üç övladı anadan olmuşdur. O, bir neçə il əvvəl Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə həbs olunmuş, cəzasını çəkib qurtardıqdan sonra ailəsinin yanına qayıtmışdır. O, həbsdən qayıtdan sonra mübahisəli mülkin üstündə qardaş və bacıları ilə aralarında mübahisələr yaranmışdır. Qardaş bacılarının fikirləri bir mənalı olaraq onu ailəsi ilə birlikdə ata mülkindən çıxarıb qovmaqdır. Qardaşı və bacısı kimi o, da atasının vərəsəsidir, həmin evdə anadan olmuş və təsərrüfatı onlarla birgə idarə etmişdir. Qardaş bacısı onunla yola getmədikləri üçün aralarında böyük narazılıqlar yaranmışdır. Bu səbəbdən də evlə bağlı mübahisə məhkəmədə həll olunmalı oldu. İllərdir Gəncə şəhərində gedən məhkəmə proseslərində cavabdeh və qardaşı sözü bir yerə qoyub onu tamamilə evdən çıxarıb evə özləri yiyəlik etməklə satıb aralarında bölmək istəyiblər. Onun atası vəfat etməmişdən əvvəl onun razılığı ilə o, 2013-cü ildə yoldaşının adına kredit götürərək həmin torpaq sahəsində özünə məxsus 2 otaqlı evi yarımçıq tikmişdir. Ona məxsus çıxarışda onun payı müəyyən olunsada o, sərhədlərini tam tanımadığını dəfələrlə bacısı ilə aralarında mübahisələr yaranmışdır. Ona məxsus mülkiyyəti olan torpaq sahəsinin künc tərəfindən həyətinə giriş-çıxış üçün yarımçıq tikdirdiyi hissəyə ayrıca qapı qoymağa yer vardır. Hətta həmin ünvanda olan evin elektrik sayğacı birdənədir, o da bacısının adına olduğu üçün ona işıq vermir. O, hesab edir ki, mübahisəli torpaq sahəsində sərhədlər müəyyən edilərsə və sərhədlər daxilində evə ayrıca giriş qapısı qoyularsa, giriş-çıxış müəyyən oluna bilər. Onun və ailəsinin həyat tərzi olduqca acınacaqlıdır. Mübahisəli olan ünvanda o, 2013-cü ildə həyat yoldaşının adına bankdan kredit götürərək yaşadıqları üçün iki otaqlı evlərin tikililərini aparsa da, bu günkü gündə bacısının günahı ucbatından yarımçıq qalmışdır. O neçə illərdir ki, qış, yay və payız fəsillərində həmin mübahisəli ünvanda politilen çadırdan alaçılıq qurub yaşayır. Mübahisəli ünvanda olan evin və torpağın barəsində bir neçə məhkəmə prosesləri gedibdir. Hazırda o, 1/8 paylı mülkiyyətindən rahat istifadə edə bilmir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə bir həyətdə yaşamaq mümkün deyil. Həmin yerdə əlavə darvaza üçün yer yoxdur. Onlar iddiaçı ilə öz aralarında razılığa gələ bilmirlər. Onların birgə mülkiyyətində olan əmlakda payları ayrılmamış, naturada bölünməsi mümkün olmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X10, X17, X4, Cavabdeh, X8, X6 və X1 şəhəri, Nizami rayonu, D.Bünyatzadə küçəsi, ev 106-da qeydiyyatdadılar. - xx.xx.2013-cü il tarixli notarial qaydada təstiq olunmuş vəsiyyatnamənin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, D.Bünyatzadə küçəsi, ev 106-da yaşayan X2 şəhəri, Nizami rayonu, D.Bünyatzadə küçəsi, ev 106 nömrəli ünvanda yerləşən evini oğlu X12 və qızı Cavabdeh vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Həmin şəhadətnamədə fərdi yaşayış evinin 1/8 hissəsi onun, digər 7/8 hissəsi isə başqa vətəndaşın mülkiyyətinə verilmişdir. Bu səbəbdən onun hüquqları paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin bölgüsünə gəldikdə isə paylı mülkiyyətdə olan əmlakın bölgüsü hər bir mülkiyyətçinin razılığı əsasında, əmlakın konstruktiv cəhətdən bölgüsü mümkün olduğu hallarda aparılır və bölgü planı mülkiyyətçilər tərəfindən imzalandıqdan sonra notarius tərəfindən təstiq olunur. Fərdi yaşayış evinin paylara uyğun şəkildə bölünməsi ilə bağlı mülkiyyətçilər arasında mübahisəli hal olduğu üçün bölgünün aparılması aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanının 7/8 payı xx.xx.2018-ci il tarixdə Cavabdeh, 1/8 payı xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması və bölünməsi tələbi barədə iddiası təmin edilməmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2303/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Çünki iddiaçı paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən əmlakda onun payına düşən 1/8 hissəyə ayrıca giriş-çıxışın müəyyən edilməsini tələb etsə də, ona məxsus 1/8 payın həmin əmlakın hansı hissəinə aid olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin qanuni qüvvəsini almış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ekspert rəyi ilə tərəflərin paylarına uyğun şəkildə həmin əmlakın iki hissəyə bölünməsi mümkün olmadığından İddiaçı iddiası təmin edilməmişdir. Göründüyü kimi iddiaçının payı ayrılmadan paylı mülkiyyətdə olan əmlakın onun payına düşən hissəsinə giriş-çıxışın müəyyən edilməsi mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə giriş-çıxışın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə giriş-çıxışın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3041/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3041/2020
25.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver