Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3084/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin, Cavabdeh oğlunun İddiaçı qarşı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4, X3, X5 və X1 miras qalmış ünvan 1 ünvanda yerləşən mülkə dair onun vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsini, mirasdan payın müəyyən edilməsini və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edərək, Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 148 saylı evə mirasın onun tərəfindən qəbul edilməsinə, vərəsəlik hüququnun tanınmasına, miras əmlakın 2/3 hissəsinin onun xeyrinə müəyyən edilməsinə və miras payın üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə verərək bildirdi ki, iddiaçının fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair Cavabdeh oğluna qarşı qaldırdığı ilkin iddia ərizəsinin baxılmamış saxlanmasına, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair göstəriş verilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbinin isə baxılmamış saxlanmasına etiraz etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə verərək bildirdi ki, ilkin iddia üzrə iddiaçı X7 Cavabdeh Nürəddin oğluna qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia qaldırmış, Cavabdeh Nürəddin oğlu isə X6 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmiş, ilkin iddia tələbinin isə baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin xahişləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinin, cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinin, cavabdehin nümayəndəsi isə ilkin iddia ərizəsinin mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Vəkil ərizələri təmin edilsin. İddiaçı Cavabdeh oğluna qarşı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin, Cavabdeh oğlunun İddiaçı qarşı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3084/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3084/2021
15.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver