Məhkəmə qərarları › İş №2(044)-3333/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3333/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3333/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qardaşı X3 1955-cı ildə vəfat etməsi və onun X3 vərəsəsi tanınması barədə hüquqi əhəmiyyətli faktlarının müəyyən olunması, 1955-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanın 1/3 hissədə payına onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1941-ci il tarixdə Gəncə şəhərində doğulmuş və hazırda paylı mülkiyyət olan Gəncə şəhəri, Vatutin küçəsi, ev 15A ünvanda yaşayır. ünvan 2rdaşı X3 payı 1/3 hissədə və bacısı Qəhrəmanova (Tağıyeva) Brilyant Cəbrayıl qızının adına 1/3 hissədə payları olmasına dair texniki pasport verilmişdir. Paylı mülkiyyətçilərdən qardaşı X7 1955-ci ildən Rusiyaya getmiş, ailəli olmamış və orada vəfat etmişdir. Hazırda Gəncə şəhəri, Vatutin küçəsi, ev 15A ünvanda qardaşı Boris İsmayılovdan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmiş, hazırda onun istifadəsində və sahibliyindədir, onun tərəfindən idarə olunur. O, Gəncə şəhəri, Vatutin küçəsi, ev 15A ünvanında olan 1/3 hissə payının və mərhum qardaşı X3 1/3 hissə payının mülkiyyətinə keçirilməsi barədə aidiyyatı üzrə müraciət etmiş, lakin mərhum qardaşı Borisin ölümünü təsdiq edən şəhadətnamə olmadığından, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Onun hazırda miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak üzərində hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Ərizəçinin nümayəndəsi X4 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmaını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əhmədov tərəfindən məhkəməyə daxil olmuş məktubda, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, uzun illər Ərizəçi ilə Gəncə Qənnadı fabrikində bir yerdə işləmiş və yaxın münasibətdə olmuşdur. Ərizəçi qardaşı Boris Rusiyaya getmiş və ondan heç bir xəbər olmamiş və sonradan Boris Rusiya Federasiyasında vəfat etmişdir. Ərizəçi qardaşı Boris İsmayılov ailəli olmamış və uşaqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur və uzun illər Ərizəçi ilə Gəncə Qənnadı fabrikində bir yerdə işləmişdir. Ərizəçi qardaşı Boris Rusiyaya getmiş və orada vəfat etmişdir. Ərizəçi qardaşı Boris İsmayılov ailəli olmamış və uşaqları olmamışdır. 02.04.1987-ci il tarixdə Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş yaşayış sahəsinə dair texniki pasportdan və sxem plandan görünür ki, Gəncə şəhəri, Vatutin küçəsi, ev 15A ünvan 1/3 hissədə Babayeva (İsmayılova) Faqət Miri qızının, 1/3 hissədə X3, 1/3 hissədə Qəhrəmanova (Tağıyeva) Brilyant Cəbrayıl qızının adlarına qeyd olunmuşdur. 10.09.2021-ci il tarixdə Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş məktubdan görünür ki, X11 filialında mühafizə olunan 1939-cu il üzrə doğum, 1940-1944cü illər üzrə mövcud doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X3 doğum qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi Babayeva (İsmayılova) Faqət Miri qızının qardaşı X7 1955-cı ildə vəfat etmişdir. ünvan 3 ünvanın 1/3 hissəsi X2 miras qalmış miras mülk ərizəçi Babayeva (İsmayılova) Faqət Miri qızı tərəfindən faktiki qəbul edilərək idarə olunmuş, hazırda ərizəçinin istifadəsində, sahibliyində və idarəçiliyindədir. Ərizəçinin miras əmlak üzərində sahiblik və istifadə hüququ mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, ərizəçi qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 1955-cı ildə vəfat etməsi, 1955-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanda yerləşən mülkün 1/3 hissəsinin ərizəçi Babayeva (İsmayılova) Faqət Miri qızı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmalı və 1955-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanın 1/3 hissəsinə Ərizəçi vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi qardaşı X3 1955-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. 1955-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanda yerləşən mülkün 1/3 hissəsinin ərizəçi Babayeva (İsmayılova) Faqət Miri qızı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. 1955-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanın 1/3 hissəsinə Ərizəçi vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar