Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3385/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci il Gəncə şəhəri Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz əşyalarının, 1 ədəd yataq otağı mebeli dəstinin- çarpayı, dolab, termo, 2 ədəd tumbanın, 1 ədəd stol-stul dəstinin, 1 ədəd “Maestro” markalı, buxarlı tefal ütünün, onlar olmadıqda isə dəyərlərinin 1978 manatın, 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh1 ilə xx xxxxxx 2016-cı ildə nikaha daxil olmuşlar və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh1 onunla boşanmaq istəmədiyi üçün o və anası ona məxsus cehiz əşyalarının evdən çıxarılmasına maneçilik törədirlər. Cehiz əşyalarını atası ona cehiz kimi alsa da, pulunu özü maaşı ilə ödəyir. Cavabdehlərdən ona məxsus olan 1 ədəd yataq otağı mebeli dəstinin- çarpayı, dolab, termo, 2 ədəd tumbanın, 1 ədəd stol-stul dəstinin, 1 ədəd “Maestro” markalı, buxarlı “Tefal” ütünün, onlar olmadıqda isə dəyərlərinin 1978 manatın, 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuşdur. O, iddia tələbi ilə razıdır və iddia ərizəsində göstərilən əşyalar hazırda onun evindədir və iddiaçının əşyalarını götürməsinə etiraz etmir. Məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1525/20 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə, Gəncə “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 224 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 774035240/774035241 saylı Təhvil-Təslim aktının surətindən görünür ki, “Mebellerim” mağazasından dəyəri 1014 manat məbləğində olan 1 ədəd yataq otağı mebeli dəsti - 1ədəd çarpayı, 1ədəd dolab, 1ədəd termo və 2 ədəd tumba İddiaçı tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 2299 saylı kredit müqaviləsinin surətindən görünür ki, “BAKCELL GSM SHOP” firma Dükanı tərəfindən İddiaçı 06 ay müddətinə 288 manat məbləğində kreditə verilmiş “Madeyra” Mebel dəstinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BL384829 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, dəyəri 385 manat olan avadanlıqların qiyməti İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BL316023 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, dəyəri 715 manat olan avadanlıqların qiyməti İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətini təşkil edən, dəyəri 1014 manat olan - 1 ədəd yataq otağı mebel dəsti- çarpayı, dolab, termo, 2 ədəd tumba, dəyəri 576 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 89 manat olan 1 ədəd “Maestro” markalı, buxarlı tefal ütü, dəyəri 299 manat olan 1 ədəd “N Rowenta” markalı tozsoran- əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən könüllü olaraq iddiaçıya qaytarılmadığından, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlaklarını geri tələb etməkdə haqlıdırlar. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya məxsus - dəyəri 1014 manat olan - 1 ədəd yataq otağı mebel dəsti-çarpayı, dolab, termo, 2 ədəd tumba, dəyəri 576 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 89 manat olan 1 ədəd “Maestro” markalı, buxarlı tefal ütü, dəyəri 299 manat olan 1 ədəd “N Rowenta” markalı tozsoran və ya dəyəri və 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 -dəyəri 1014 manat olan - 1 ədəd yataq otağı mebel dəsti - çarpayı, dolab, termo, 2 ədəd tumba, dəyəri 576 manat olan - 1 ədəd stolstul dəsti, dəyəri 89 manat olan 1 ədəd “Maestro” markalı, buxarlı “Tefal” ütü, dəyəri 299 manat olan - 1 ədəd “N Rowenta” markalı tozsoran, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3385/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3385/2020
30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver