Məhkəmə qərarları › İş №2(044)-3421/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3421/2021

11.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3421/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X4, Cavabdeh–Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və əşya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və əşya” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehləri onun istifadəsində olan 0.419 ha torpaq sahəsindən çıxarılması və adı çəkilən əşyaların və ya onların dəyərlərinin cavabdehlərdən müştərək qaydada alınıb ona təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış evinə ona (tik “A”-da 64.2 kvm üç yaşayış otaqları, 104.2 kvm köməkçi sahə, 9.5 kv.m açıq eyvan, 78.4 kvm y/zirzəmi, 67.4 kv.m çardaq, faktiki istifadəsində olan torpaq sahəsi 619.0 kvm) 11.07.2005-ci il tarixli 21788 saylı qeydiyyət vəsiqəsi verilmişdi. Bundan sonra o, DƏDRX müraciət edərək evin bir hissəsinə çıxarış alıb, evin həmin hissəsini satmaq isəmişdir. Onun ərizəsi əsasında Bayan küçəsi ev 172A saylı yaşayış ünvanına 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 16.11.2006ci il tarixli ********** saylı çıxarış verilmiş və o, evin və torpaq sahəsinin həmin hissəsini 2007-ci ildə Babayev Eldar Rəşid oğluna satmışdır. Sonuncu isə həmin evi ipoteka etdirmiş sonradan ev bankın mülkiyətinə keçmiş və bank evi hazırki cavabdehlərə satmışdır. Yalnız evi satarkən o, həmin evə bitişik olan və alqı-satqı müqaviləsinin predmeti olmayan 0,419 ha olan torpaq sahəsi və onun üzərində tikilmiş bir otaq və iki əl damı onun istifadəsində qalmışdır. Həmin torpaq sahəsi 1985-ci ildən onun istifadəsində olub və 2005-ci ildə həmin torpaq sahəsinə dair ona qeydiyyat vəsiqəsi verilmişdir. Baxmayaraq ki, adı çəkilən torpaq sahəsi və onun üzərində olan bir otaq və iki əl damı heç vaxt nə cavabdehlərin nə dəki, onlardan əvvəlki mülkiyətiçilərin mülkiyətində olmamış, cavabdehlər evə köçərkən həmin torpaq sahəsini və tikililəri zəbt etmişlər. İddiaçı onlardan həmin torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar bundan imtina edir və deyirlər ki, guya onların həmin torpaq sahəsinə dair də sənədləri var. Həmin torpaq sahəsində olan tikililərdə əşyaları vardır. Həmin əşyalar aşağıdakılardır: 32mm-lik armatur 22 ədəd biri 3 metrə qiyməti -330 manat, 12mm-lik armatur 248 metrə qiyməti -500 manat, dirəkdə 1 ədəd peyk anteni -100 manat, Taxta dirəklər (6x15) 22 ədəd -330 manat, taxta 3,8 kub(5lik) -900 manat, Kapron bocka 220 litrlik 4 ədəd cəmi- 200 manat, alüminium kanistr 38 litrlik 1 ədəd- 60 manat, Su nasosu “AQİDEL”-100 manat, Su nasosu “MALYUTKA”-60 manat, 1 ədəd taxta kravat -250 manat, 1 ədəd döşək, yastıq-50 manat, 1 ədəd yorğan - 30 manat, 1 ədəd divan -350 manat, Peç (ceyran) -50 manat, Stul 4 ədəd -120 manat, 1 ədəd stol -100 manat, Samovar(rus istehsalı)-120 manat, Su çəni 8.5 tonluq-1250 manat, su cəni (paslanmayan dəmirdən) 2,5 tonluq-800 manat, mişar daşı (bakı) 900 ədəd-700 manat, kərpiç 850 ədəd-160 manat, Dəmir truba 100-lük 124 metrə-1200 manat, dəmir truba 50-lik 60 metrə-300 manat dəyərində. Həmçinin cavabdehlər onun uzaq məsafədən həmin torpaq sahəsinə çəkdirdiyi su xəttini də mənimsəyib, ondan istfadə edirlər. Həmin əşyaların da cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 20.05.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ASC Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış evini Cavabdeh2 satmışdır; 28.07.2021-ci il tarixli ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin məktububdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 18.02.1992-cı il tarixli 684 saylı sərəncamına əsasən X12 tərəfindən ünvan 1 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili "A”-da 21.3 kvm bir yaşayış otağı və 400.0 kvm torps sahəsinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir. Artıq qalan 203.0 kvm torpaq sahəsi yerli Sovetin torpaq fondunda saxlanılmışdır. X8 21.02.1992-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 24.06.2005-ci il tarixli 10-346 saylı məktubunda hal-hazırda ünvanı Bayan küçəsi, 172 olan bu fərdi yaşayiş evində layihə sənədləri olmadan inşa edilmiş 64.2 kvm yaşayış sahəsi, 29.4 kvm qeyri-yaşayiş sahəsi, 84.3 kvm mansard, 80.6 kvm zirzəmi, 67.4 kvm çardaq tikililərinin X6 adına qeydiyyata alınmasına etiraz etmədiyi və əlavə zəbt olunmuş 891.0 kvm torpaq sahəsi X13ytarıldığı bildirilmişdir. X8 bu əmlaka 29.06.2005-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 30.06.2005-ci il tarixli 4Ə-2-216 saylı alqı-satqı müqaviləsinə əsasən X12 mülkün tikili “A”-da 17.1 kvm bir yaşayış otağından ibarət olan hissəsini X1, tikili “B”-də 64.2 kvm üç yaşayış otaqları, 104.2 kvm köməkçi sahə, 9.5 kvm açıq eyvan, 78.4 kvm yizirzəmi, 67.4 kvm çardaq tikililərindən ibarət olan hissəsini İddiaçı satmışdır. X7 Bayan küçəsi, 172 saylı fərdi yaşayış evinə (tikili “A”-da 17.1 kvm bir yaşayış otağı, faktiki istifadəsində olan torpaq sahəsi 657.0 kvm) 11.07.2005ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə (tikili “A"-da 64.2 kvm üç yaşayış otaqları, 104.2 kvm köməkçi sahə, 9.5 kvm açıq eyvan, 78.4 kvm y/zirzəmi, 67.4 kvm çardaq, faktiki istifadəsində olan torpaq sahəsi 619.0 kvm) 11.07.2005-ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı bu qeydiyyat vəsiqəsinin əvəzində Bayan küçəsi, 172A saylı Ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 16.11.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 4 saylı notariat kontorunun 26.11.2007-ci il tarixli 4Ə-5-634 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bayan küçəsi, ev 172A İddiaçı tərəfindən Babayev Eldar Rəşid oğluna satılmışdır. 4 saylı notariat kontoru 26.11.2007-ci il tarixli 848 saylı məktubunda bu əmlakın 26.11.2007-ci il tarixli 4Ə-5-634 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin Gəncə filialının xeyrinə yüklü edildiyini bildirmişdir. Babayev Eldar Rəşid oğluna bu mülkə 04.12.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Hərrac Təşkilatının hərracın yekunları barədə 11.09.2014-cü il tarixli 77/02 nömrəli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən Bu Əmlak "xxxx" İKB ASC-nin mülkiyyətinə keçmişdir və bankın adına Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə 03.10.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat ofisinin 20.05.2020-ci il tarixli 4Ə 215 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 satılmışdır. Alıcıya Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə 31.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 01.12.2020-ci il tarixli 4Ə- 2098 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak Cavabdeh3 bağışlanmış və ona 15.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 15.12.2020-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 31.05.2020-ci il tarixli, **********2 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış Cavabdeh2 mülkiyyətindədir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 16.11.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir; Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 24.06.2005-ci il tarixli məktubunun surətindən görünür ki, əlavə zəbt olunmuş 891.0 kv.m torpaq sahəsi X13ytarılmışdır; “166” yük taksisi xidmətinin 26.05.2017-ci il tarixli yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhvil-təslim aktının surətindən görünür ki, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd döşək, 2 ədəd stol, 1 ədəd kravat, 1 ədəd tumbuçka, 2 ədəd peç, 10 ədəd stul, 1 ədəd nərd, 1 ədəd peç, 1 ədəd soyuducu, 8 ədəd karobka təyinatı üzrə təhvil verilmişdir; İş materiallarında olan 26.05.2017-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmurunun və Nikoil Bank ASC-nin nümayəndəsinin imzaladığı aktdan görünür ki, aktda qeyd olunan əşyalar Nikoil Bank ASC-nin nümayəndəsi X10 təhvi verilmişdir; Gəncə şəhər Nizami rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli, 2(044)-382/2015 nömrəli qətnaməsindən görünür ki, Babayev Eldar Rəşid oğluna məxsus olan əşyaların Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 Anömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir; Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Qərarından görünür ki, Babayev Eldar Rəşid oğluna məxsus olan əşyalar Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılaraq Nikoil Bank ASC-yə təhvil verilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi X11 məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, onun ipoteka predmeti olan evə dair hər hansı tələbi yoxdur. O 0,419 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını istəyir. Belə ki, cavabdehin həmin evə dair hər hansı hüquqları yoxdur. O, uzun illərdir həmin torpaq sahəsindən istifadə etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X9 məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına əsaslanmaqla qiymətləndirərək və mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllədə mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3–cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Məhkəmə 0,419 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 18.02.1992-cı il tarixli 684 saylı sərəncamına əsasən X12 tərəfindən ünvan 1 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili "A”-da 21.3 kvm bir yaşayış otağı və 400.0 kvm torpaq sahəsinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir. Artıq qalan 203.0 kvm torpaq sahəsi yerli Sovetin torpaq fondunda saxlanılmışdır. X8 21.02.1992-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 24.06.2005-ci il tarixli 10-346 saylı məktubunda hal-hazırda ünvanı Bayan küçəsi, 172 olan bu fərdi yaşayiş evində layihə sənədləri olmadan inşa edilmiş 64.2 kvm yaşayış sahəsi, 29.4 kvm qeyri-yaşayiş sahəsi, 84.3 kvm mansard, 80.6 kvm zirzəmi, 67.4 kvm çardaq tikililərinin X6 adına qeydiyyata alınmasına etiraz edilmədiyi və əlavə zəbt olunmuş 891.0 kvm torpaq sahəsinin X13ytarıldığı bildirilmişdir. X8 bu əmlaka 29.06.2005-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 30.06.2005-ci il tarixli 4Ə-2-216 saylı alqı-satqı müqaviləsinə əsasən X12 mülkün tikili “A”-da 17.1 kvm bir yaşayış otağından ibarət olan hissəsini X1, tikili “B”-də 64.2 kvm üç yaşayış otaqları, 104.2 kvm köməkçi sahə, 9.5 kvm açıq eyvan, 78.4 kvm zirzəmi, 67.4 kv.m çardaq tikililərindən ibarət olan hissəsini İddiaçı satmışdır. X7 Bayan küçəsi, 172 saylı fərdi yaşayış evinə (tikili “A”-da 17.1 kvm bir yaşayış otağı, faktiki istifadəsində olan torpaq sahəsi 657.0 kvm) 11.07.2005ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə (tikili “A"-da 64.2 kvm üç yaşayış otaqları, 104.2 kvm köməkçi sahə, 9.5 kvm açıq eyvan, 78.4 kvm y/zirzəmi, 67.4 kvm çardaq, faktiki istifadəsində olan torpaq sahəsi 619.0 kvm) 11.07.2005-ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı bu qeydiyyat vəsiqəsinin əvəzində Bayan küçəsi, 172A saylı ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 16.11.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 4 saylı notariat kontorunun 26.11.2007-ci il tarixli 4Ə-5-634 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bayan küçəsi, ev 172A İddiaçı tərəfindən Babayev Eldar Rəşid oğluna satılmışdır. 4 saylı notariat kontoru 26.11.2007-ci il tarixli 848 saylı məktubunda bu əmlakın 26.11.2007-ci il tarixli 4Ə-5-634 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKBnin Gəncə filialının xeyrinə yüklü edildiyini bildirmişdir. Babayev Eldar Rəşid oğluna bu mülkə 04.12.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Hərrac Təşkilatının hərracın yekunları barədə 11.09.2014-cü il tarixli 77/02 nömrəli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən Bu Əmlak "xxxx" İKB ASC-nin mülkiyyətinə keçmişdir və bankın adına Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə 03.10.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat ofisinin 20.05.2020-ci il tarixli 4Ə 215 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 satılmışdır. Alıcıya Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə 31.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 01.12.2020-ci il tarixli 4Ə- 2098 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak Cavabdeh3 bağışlanmış və ona 15.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, 11.07.2005-ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun oğlunun 619,0 kv. metr torpaq sahəsi olmuşdur. Məhkəmə bununla bağlı onu qeyd edir ki, İddiaçı bu qeydiyyat vəsiqəsinin əvəzində Bayan küçəsi, 172A saylı ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 16.11.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin Çıxarış isə iddiaçı tərəfindən mübahisələndirilməyərək hazırda qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə idiaçının Arzunun istifadəsində olan daşınmaz əmlakın ümumi sahəsinin 168,4 kv. metr, torpaq sahəsinin 0,02 ha olması, qalan torpaq sahəsinin isə Arzunun qeyrirəsmi istifadə etməsi, həmin torpaq sahəsinin qanuni istifadəçisinin onun özü olmasına dair dəlilləri bağlı onu qeyd edir ki, Arzu tərəfindən hər hansı torpaq sahəsi zəbt edildiyi halda belə, iddiaçının nümayəndəsi qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquqlarını təsdiq edən sənəd təqdim edə bilməmişdir. Evin ətrafında yerləşən və iddiaçının hər hansı hüquqları olmayabn torpaq sahəsindən Arzunun çıxarılması ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin torpaq sahəsini sadəcə uzun illərdir istifadə etməsi ilə bağlı dəlilləri əsasında tələb təmin edilə bilməz. Belə ki, iddiaçı özünün qanuni istifadəsində olmayan torpaq sahəsindın başqalarının çıxarılması kimi müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə əşyaların, həmin əşyalar mövcud olmadığı halda isə onların dəyərinin cavabdehlərdən alınması ilə bağlı onu qeyd edir ki, əvvəla iddiaçı həmin əmlakların ona məxsus olmasını sübut edə biməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Nikoil” İKB-nın Gəncə filialı ilə Babayev Eldar Rəşid oğlu arasında 26 noyabr 2007-ci il tarixli 872(1) saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X22 Rəşid oğluna 156 ay müddətinə 68 000 ABŞ dolları məbləğində kredit vermiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi 26 noyabr 2007-ci il tarixli 872(1) saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Babayev Eldar Rəşid oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 172A nömrəli fərdi yaşayış evi İddiaçı alınaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. X21 Rəşid oğlu kredit və kredit üzrə faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında icra etmədiyindən iddiaçı “Nikoil” İKB ipoteka predimetinə tutmanın yönəldilməsi üçün Gəncə şəhər 4 saylı Dövlət Notariat kontoruna müraciət etmişdir. 13 iyun 2012-ci il tarixdə Gəncə şəhər 4 saylı Dövlət Notariat Kontorunun Dövlət Notarusu tərəfindən aparılmış tutmanın haqqında icra qeydinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 172A nömrəli fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsi təmin edilmiş və Babayev Eldar Rəşid oğlunun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evi Gəncə şəhəri 4 saylı Notariat Kontorunun 13 iyun 2012-ci il tarixli reyestrlə 7E-12-8646 reyestr nömrəli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi”nə əsasən Gəncə şəhəri Bayan küçəsində 3 otaqlı, ümumi sahəsi 168,4 kv. metr yaşayış, 104,2 kv. metr köməkçi sahədən ibarət olan 172 A nömrəli fərdi yaşayış evinə dair Nikoyl İKB-nin xeyrinə icra qeydi təmin edilmişdir. Aparılmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi”nə əsasən Daşınmaz Əmlakın 3 saylı Ərazi İdarəsi RX seriyalı ******* nömrəli çıxarışı ilə Gəncə şəhəri Bayan küçəsində yerləşən 0.02 torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı, ümumi sahəsi 168.4 kv. metr, 64.2 kv.metr yaşayış, 104.2 kv.metr köməkçi sahədən ibarət olan 172A nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ “Nikoil Bank” İKB-yə verilmişdir. Babayev Eldar Rəşid oğlu həmin evdəki əşyaları boşaltmadığından iddiaçı “Nikoil” İKB məhkəməyə müraciət etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə cababdeh Babayev Eldar Rəşid oğluna məxsus olan əşyaların həmin evdən çıxarılaraq yaşayış evinin boşaldılması qət edilmişdir. Göründüyü kimi iş materialları ilə həmin əşyaların hazırki iş üzrə iddiaçıya məxsus olması müəyyən edilmir. Həmin evdə Babayev Eldar Rəşid oğlundan başqa hazırki iş üzrə iddiaçının da əşyalarının olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alsa ki, iddiaçının tələb etdiyi əşyalar onun özünə məxsusdur, o zaman bu halda da iddia tələbi əsaslı deyildir. Belə ki, işin hallarından, o cümlədən Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Qərarından görünür ki, Babayev Eldar Rəşid oğluna məxsus olan əşyalar Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılaraq Nikoil Bank ASC-yə təhvil verilmiş, bununla bağlı müvafiq akt imzalanaraq həmin əşyalar “166” yük daşıma xidmətinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd döşək, 2 ədəd stol, 1 ədəd kravat, 1 ədəd tumbuçka, 2 ədəd peç, 10 ədəd stul, 1 ədəd nərd, 1 ədəd peç, 1 ədəd soyuducu, 8 ədəd karobka yük daşınma xidmətinə təhvil verilmiş, iddiaçı həmin əşyaların özünə məxsus olmadığını mübahisələndirməmişdir. Qalan əşyalarla bağlı isə məhkəməyə sübut təqdim etməmişdir. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 856.1-ci maddəsinə görə nə qədər ki, yük hələ daşıyıcıdadır, yük göndərənin daşıyıcıya onun xərcləri və zərərləri üçün kompensasiya ödəyərək, yükü geri qəbul etmək və ya çatdırma yerini və yük alanı dəyişdirmək hüququ vardır. Göründüyü kimi yüş daşıyan təyinatı üzrə yükü çatdırmaqla yük göndərən qarşısında olan öhdəliklərə xitam verilmişdir. Yuük daşıma barədə təhvil-təslim aktından görünür ki, göndərilmiş yüklər təyinatı üzrə təhvil verilmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əşya və ya onun dəyərinin alınmasına dair hissədə də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və əşya” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar