Məhkəmə qərarları › İş №2(044)-3463/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3463/2021

23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3463/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 08.12.2016-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş və 08.12.2016-cı il tarixdə vəfat etmiş və bunla bağlı onun ağrıması barədə tərəflərindən X11 Ctansiyasına müraciət edilmiş və ölüm faktı 08.12.2016-cı il tarixdə saat 19:20 radələrində baş vermişdir. Bu fakt onun ərizəsinə əlavə etdiyi sənədlərdə öz təsdiqini tapır. Bununla bağlı aidiyyəti orqana atasının ölümü ilə bağlı müraciət edərək atasının ölüm faktının qeyd edilməsi barədə müraciət etsə də Qeydiyyat orqanı təəfindən imtina edilmiş və bu baxımdan atasının ölümü barədə faktın müəyyən olunması üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Onun atasının ölüm faktının müəyyən olunması ünvan 1 ünvanda olan mənzilin ödəlləşdirilməsi ilə bağlıdır. Hazırda həmin evin kirayəçisi atası olmaqla onlar da onun ailə üzvü olaraq mənzilin özəlləşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün lazımdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 15.09.2021-ci il tarixdə “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” X12 Kəlbəcər rayon X1 yardım şöbəsinin müdiri K.Hüseynov tərəfindən 1998-ci il təvəllüdlü Ərizəçi verilmiş 1865 saylı arayışdan görünür ki, bina 3, mənzil 48-də yaşamış X2 adına çağırış olmuş, çağırışa getdikləri zaman üzərində heç bir zorakılıq əlaməti olmayan meyit aşkar edilmiş və ölüm faktı 08.12.2016-cı il saat 19:20 radələrində qeydə alınmışdır. 14.09.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2009/15 saylı məktubdan görünür ki, 28.01.1959-cu il tarixdə anadan olmuş X2 olum haqqında akt qeydi aşkar olunmamış və bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 511(334)4 saylı arxiv arayışından görünür ki, X2 adına ünvan 1 ünvanda 4 (dörd) nəfər ailə üzvünə 1014 saylı Order verilmişdir. 12.06.2012-ci il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 birgə nikahlarından xx xxxx 1988-ci il tarixdə X6 anadan olmuşdur. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.12.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 28.01.1959cu il tarixdə Gəncə şəhərində anadan olmuş X2 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.12.2021-ci il tarixli məktubdan görünür ki, 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X2 ölüm barədə məlumat-avtomatlaşdırılmış elektron informasiya sistemində aşkar olunmamışdır. Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X2 ölüm barədə məlumatavtomatlaşdırılmış elektron informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin atası 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X5 08.12.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X5 08.12.2016-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.01.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X2 08.12.2016-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar