Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-369/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh göstərdiyi əmlakları və ya onların dəyəri olan cəmi 5000 (beş min) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına gedəndə maklerə tapşırmışdır ki, evinə kirayəçi tapıb qoysun, makler evi Cavabdeh və onunla müvəqqəti birgə yaşayan X1 vermişdir. Cavabdehlər ona məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev (əvvəlki ünvanı 138) 274də ev əşyalarının saxlandığı qapısı bağlı olan otağın pəncərəsini qırmaqla daxil olmuş, xeyli miqdarda, yəni 30709 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişlər. Nizami Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(044)-4/2021 saylı hokumü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdə, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qaytarılmamış hissəsinə dair məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması qeyd edilmişdir. Cavabdeh X5 ilə birlikdə oğurluq etdikləri üçün, ona hər biri 15355 manat ziyan vurmuş hesab olunurlar. X5 hökmdən apelyasiya şikayəti vermiş və X5 ona vurduğu ziyanın bir qismini ödədiyindən o, Astan Bağırlıya qarşı barışıq ərizəsi vermişdir. Apellyasiya məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) ilə endirilmişdir. Cavabdeh məhkəmədə işləyib onun pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazırda məhkəmə tərəfindən nə qədər pul ödənilməsi təmin edilərsə onu ödəyəcəkdir. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, iddianın qiymətinə uyğun artırılmış dövlət rüsumu ödəyə bilmədiyinə görə məcbur olaraq az miqdarda əmlakın, yəni, 1 ədəd paltartikən maşın 400 manat dəyərində, 1 ədəd mis qazan 500 manat dəyərində, bir ədəd Tornado adlı electron gitara 800 manat məbləğində, bir ədəd toy üçün nağara 300 manat məbləğində, 5 ədəd hər birinin dəyəri 600 manat dəyərində 5x4 ölçüdə İran xalçalardan ibarət əmlak tələbinə dair iddia qaldırmışdır. Bununla da məhkəmə hökmündə döstərilən oğurlanmış 5000 (beş min) manat dəyəri olan əmlakını cavabdehdən tələb edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, İddiaçı ona qarşı əmlak tələbinə dair iddiası üzrə o, iddianı qismən qəbul etdiyini və həmin məbləği ödəməyə imkanı çatdığını bildirmiş və hazırda onun üzərində qolbağ nəzarəti olduğundan Samux rayonun ərazisindən çıxa bilməməsi səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(044)- 4/2021saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünə məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev (əvvəlki ünvanı 138) 274 ünvanını Cavabdeh və onunla müvəqqəti birgə yaşayan X1 vermiş, Cavabdeh və onunla birgə yaşayan X7 oğlu iddiaçıya məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev (əvvəlki ünvanı 138) 274-ünvanda olan ev əşyalarının saxlandığı otağın pəncərəsini qırmaqla, həmin otağa daxil olmaqla 30709 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişlər. Bununla əlaqədar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(044)-4/2021saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. X5 ona vurduğu ziyanın bir qismini ödəmiş, Cavabdeh isə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 5000 (beş min) manat alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 119.1 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 5000 (beş min) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-369/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-369/2022
15.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver