Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3951/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 31.01.1935-ci il tarixli torpaq qeydi verilmişdir. O, 05.09.1935-ci ildə vəfat etmişdir. Kirovabad şəhər Xalq Məhkəməsinin 27.04.1936-cı il tarixli qərarına əsasən bu mülk Kərimovlar Hümbət, Zeynal, Nübubət Muxtar uşaqlarının və Cavahir Hacı qızının adlarına keçmişdir. Bu fərdi yaşayış evi 19.04.2021-ci il tarixdə dövlət reyestrində 163 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır və X3, X1, X4 və X5 hərəsinin "4 payı olmaqla mülkiyyətlərinə verilmişdir. Həmin fərdi yaşayış evinin mülkiyyətçilərindən X12 babamdır, o, 08.04.1951-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydi var, X7 babam Zeynalın bacısıdır, o, 19.08.1996-cı il tarixdə vəfat etmiş və ölüm akt qeydi var. X13 babası Zeynalın qardaşıdır, subay olmuş və o, 1938-ci ildə vəfat etmiş, X14 isə babası Zeynalın anasıdır, o, X8 həyat yoldaşı olmuş və 1937-ci ildə vəfat etmiş, lakin onların ölüm akt qeydləri yoxdur. Hazırda o ailəsi ilə birlikdə miras qalmış həmin fərdi yaşayış evində yaşayır və o həmin evi öz adına rəsmiləşdirmək istəyir, lakin mülkiyyətçilərdən X4 və X5 ölüm haqqında akt qeydləri olmadığı üçün o həmin miras qalmış evi öz adına rəsmiləşdirə bilmir. X4 və X5 ölüm haqqında akt qeydlərini almaq məqsədi ilə o Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına və Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onların ölüm haqqında akt qeydləri aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında göstərdi ki, X4 və X5 ölüm faktının müəyyən edilməsi ərizəçiyə onlardan qalmış mirasın qəbul edilməsi üçün lazımdır. Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş materilları ilə qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hallarından göründüyü kimi şəxslərin ölməsi faktının müəyyən edilməsi ərizəçiyə onlardan qalmış mirasın qəbul edilməsi ilə bağlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə X4 və X5 ölüm faktının müəyyən edilməsi onlardan qalmış mirasın qəbul edilməsi üçün lazım olsa da, o mirasın qəbulu ilə bağlı müvafiq notariat orqanına müraciət etməmişdir. Halbu ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Göründüyü kimi Qanunla notariat orqanının üzərinə miras qoyanın ölüm faktının yoxlanılması vəzifəsi qoyulmuşdur. Bundan başqa da iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, həmin Çıxarış 19 aprel 2021-ci ildə verilmiş, X4 və X5 hər birinin ¼ hissədə payları açıq saxlanılmışdır. Məhkəmə hesab edir ki, X4 və X5 X6 miras qalmış əmlak üzərində X4 və X5 paylarının açıq saxlanılması həmin payların X13 və X14 tərəfindən qəbul edilməsi demək deyildir. Göründüyü kimi ərizəçi X2 və X9 məxsus miras əmlakdakı payların qəbul edilməsi üçün onların ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş edir ki, onların adlarına da hər hansı miras kütləsinin olması müəyyən edilmir. Belə ki, miras əmlak X10 və X9 münasibətdə açıq saxlanılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q ə r a r ı) Məhkəmə notariat orqanının apardığı əməliyyatlara hüquqi qiymətin verilməsi niyyətindən uzaq olaraq onu qeyd edir ki, notariat orqanı vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməli olduğu halda vərəsəlik payının nisbətini göstərərk digər payları açıq saxlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməli, ərizəçiyə X6 miras qalmış və açıq saxlanılmış paylara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə notariat orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən isə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Adı Çəkilən Məcəllənin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilən Məcəllənin 262.5-ci maddəsinə görə isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam vedrilsin. Ərizəçiyə X6 miras qalmış və açıq saxlanılmış paylara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə notariat orqanına müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3951/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3951/2021
13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver