Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-439/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X4, Cavabdeh istirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilinin alınaraq istifadəsinə verilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «avtomobilinin alınaraq istifadəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2007-ci il buraxılışlı Forland yük markalı furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı avtomobilin Cavabdeh alınaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2007-ci il buraxılışlı Forland yük markalı furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixli X1 şəhadətnaməsi əsasında onun xüsusi mülkiyyətindədir və o, həmin avtomobili Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küməsi, ev 216, mənzil 34-də yaşayan X3 2 (iki) ay müddətinə, xx.xx.2020-ci il tarixədək sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi, səlahiyyəti başqa şəxsə verilə bilmək şərti ilə etibar etmişdi. Cavabdeh X2 qaynıdır və cavabdehin qardaşı X6 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra X5 ilə aralarında narazılıq yaranmış, eşitdiyinə görə Kəmaləni uşaqları ilə birlikdə evdən qovmuş, ona məxsus avtomobili əlindən almışdır. Hazırda avtomobilini əsassız olaraq yaşadığı Gəncə şəhəri, A.İmanquliyeva (Muxtar Hacıyev) bina 13a, mənzil 41-də fərdi yaşayış evinin həyətində əsassız və qanunsuz olaraq saxlayır. O, bu yaxınlarda Turbo.az saytına baxanda görmüşdür ki, Cavabdeh ona məxsus 2007-ci buraxılışlı Forland yük markalı furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini istifadəsində olan 055 716 06 69 mobil nömrəsi olan telefonu da qeyd etməklə əsassız olaraq 6800 manat pula satması üçün reklam etmiş və cavabdeh bununla başqasının hesabına əsassız varlanmaq istəmişdir. Xüsusi karantin rejimi ilə əlaqədar Gəncə şəhərinə gedib-gələ bilmir. İddiaçının nümayəndəsi, vəkil X7 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun qardaşı X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, iddiaçı Nəcəf ilə telefon vasitəsi ilə danışmış və Nəcəfə Nivanı hədiyyə etmişdir. Həcəf ondan avtomobil tələb edə bilməz, çünki, Nəcəf ona özü deyib ki, iddiadan xəbəri yoxdur. Odur ki, iddia tələbi ilə razı deyildir. Məhkəməd iddia tərəbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli AC 415112 saylı X1 Vəsiqəsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı Forland yük markalı Furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına qeyd edilmişdir. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 nikahları xx xxxxxx 2012-ci il tarixdə 60 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən verilmiş və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus Forland yük markalı Furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair iki ay müddətinə X3 etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən verilmiş və Masallı regional “ASAN xidmət” notariat ofisi tərəfindən təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus Forland yük markalı Furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair bir il müddətinə X3 etibarnamə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Forland yük markalı Furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair X3 2 ay müddətində etibarnamə vermiş, lakin iddiaçıya məxsus avtomobil hazırda Cavabdeh istifadəsindədir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində 2007-ci il buraxılışlı, tip - Furqon, mühərrik U61268265A, ban LVB8JE687E001883, ağ rəngli, Forland yük markalı Furqon tipli **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2007-ci il buraxılışlı, tip- Furqon, mühərrik U61268265A, ban LVB8JE687E001883, ağ rəngli, Forland yük markalı Furqon tipli 47 -BD-413 dövlət qeydiyyat nişanlı avtomobili alınıb İddiaçı verilsin. İş üzrə ödənmilmiş 10 manat dəvlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-439/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-439/2021
09.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver