Məhkəmə qərarları › İş №2(044)-570/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-570/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-570/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, 03.08.1960-cı ildə anadan olmuş X3 07 iyul 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun əri, X5 03.08.1960-cı il tarixdə anadan olmuş və o, 07.07.2021-ci il tarixdə Krımda vəfat etmiş, Məhərrəmin nəşi 09.07.2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirilmiş və Azərbaycan Respublikasında dəfn edilmişdir. X2 nəşinin sərhəddən keçirilməsi Krımda verilmiş tibbi arayışlar və ölüm haqqında şəhadətnamə əsasında mümkün olmuşdur. X1 diri insan kimi tanınır, baxmayaraq ki, o, Azərbaycan Respublikasına ölü kimi gətirilmiş və burada dəfn edilmişdir. X1 onun yaşadığı mənzildə pasport qeydiyyatında qalmaqdadır. X2 ölüm şəhadətnaməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi”ni xahiş etsə də, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsin tərəfindən bundan imtina edilmiş və bildirilmişdir ki, Ukrayna Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş məktuba əsasən Krım Muxtar Respublikasında tərtib edilmiş sənədlərin qanunsuz və etibarsız olduğu barədə məlumat verilmişdir. Ona görə də ölüm şəhadətnaməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi” qeyri mümkün olduğu bildirilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsindən 18.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda, nümayəndələrinin iştirakı olmadan işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 14.04.1990-cı il tarixdə Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Sadıxova (Məmmədova) Vəsilə Seyfulla qızının nikahları 14 oktyabr 1990-cı il tarixdə 123 saylı akt qeydi ilə bağlanmışdır. 09.07.2021-ci il tarixdə 99100013 Krım Respublikası Ədliyyə Nazirliyi Vətəndaşların vəziyyəti akt qeydləri Departamentinin Feodosiya şəhəri vətəndaşların akt qeydləri Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 03 avqust 1960-cı il tarixdə doğulmuş X7 07 iyul 2021-ci il tarixdə vəfat etmişdir. 11.10.2015-ci il tarixdə Azərbaycan Respublikası tərəfindən X4 verilmiş C01087814 saylı pasport 11.10.2015-ci il tarixdən 10.10.2025-ci il tarixədək etibarlıdır. 22.12.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X7 07 iyul 2021-ci il tarixdə Rusiya Federasiyası Krım Muxtar Respublikası Feodosiya şəhərində vəfat etmiş, onun barəsində 09.07.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə tərtib olunmuş və ölüm haqqında şçəhadətnamənin tərtib olunduğu yer Krım Muxtar Respublikası göstərilmişdir. Ukrayna Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş məktuba əsasən Krım Muxtar Respublikasında tərtib olunmuş sənədlərin qanunsuz və etibarsız olduğu barədə məlumat verilmişdir. Bu baxımdan da mərhum X3 barəsində 09.07.2021-ci il tarixdə Krım Muxtar Respublikasında tərtib olunmuş ölüm haqqında şəhadətnamənin məlumatlarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi” tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin əri 03.08.1960-cı il tarixdə anadan olmuş X7 07 iyul 2021-ci il tarixdə vəfat etmiş və ona Krım Respublikası Ədliyyə Nazirliyi Vətəndaşların vəziyyəti akt qeydləri Departamentinin Feodosiya şəhəri vətəndaşların akt qeydləri Şöbəsi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə ********************9 nömrə ilə ölümü qeydə alınmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar