Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-662/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 11.11.1995-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun 11.07.1993-cü il tarixdə X5 adlı uşağı anadan olmuş və qızı Gülnar 11.11.1995-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun həyat yoldaşı X7 özü aparıb Gəncə şəhərində Lüləli deyilən qəbirstanlıqda onu dəfn etmişdir və onun həyat yoldaşı isə 06.02.2013-cü il tarixdə vəfat etmişdir. O, qızının qəbrini tanımır və qızı çox kiçik yaşında vəfat etdiyi üçün ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o, maddi çətinlik çəkir və qızı Gülnar Quluyevanın ölüm qeydi aparılmadığı üçün, qızı Gülnara görə o, kommunal xidmətlərə gorə əlavə pul ödəyir. Kommunal xidmətlərdən azad olmaq üçün qızının ölümü haqqında şəhadətnamə tələb olunur. O, aidiyyatı üzrə Gəncə şəhəri Nizami rayoin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun müraciətinə imtina cavabı verilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsindən 13.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda, nümayəndələrinin iştirakı olmadan işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyeva Əntiqə Dəmir qızı ifadəsində bildirdi ki, Ərizəçi onun anasıdır. Onun 11.07.1993-cü il tarixdə X5 adlı bir bacısı da anadan olmuş və onun bacısı Gülnar 11.11.1995-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun bacısı Gülnarı atası Lüləli deyilən qəbirstanlıqda dəfn etmişdir. Onun bacısı çox kiçik yaşda vəfat etdiyindən ona ölüm haqqında şəhadətnaməsi alınmamışdır. 24.04.1978-ci il tarixdə Xanlar rayon X9 Soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Quluyeva (Nəsibova) Qətibə Əsəd qızının nikahları 24 aprel 1978-ci il tarixdə 6 saylı akt qeydi ilə bağlanmışdır. 14.02.2013-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06.02.2013-cü il tarixdə vəfat etmişdir. 13.01.2022-ci il tarixə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə X2 birgə nikahlarından X5 11.07.1993-cü il tarixdə anadan olmuşdur. 31.10.2003-cü il tarixdə Gəncə şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 birgə nikahlarından X6 anadan olmuşdur. 13.01.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən X4 ünvanlanmış məktubda, X1 barəsində ölüm haqqında akt qeydi tərtib olunmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. 12.04.2022-ci il tarixdə Gəncə “ASQAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şövəsi tərəfindən verilmiş məktubda, X3 ölümü barədə mərkəzin qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir. 13.04.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş məktubda, 11.07.1993-cü il tarixdə anadan olmuş X1 ölümü barədə akt qeydi aşkar edilməmişdir. 18.04.2022- ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş məktubda, X1 ölümü barədə akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi ilə təsdiq olundu ki, ərizəçinin qızı 11.07.1993-cü il tarixdə anadan olmuş X5 11.11.1995-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 11.07.1993-cü il tarixdə anadan olmuş X1 11.11.1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.07.1993-cü il tarixdə anadan olmuş X1 11.11.1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-662/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-662/2022
28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver