Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-69/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC-ti cavabdeh Rəsul-zadə Rauf Zakir oğluna qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəsul-zadə Rauf Zakir oğlu ilə "xxxx" İKB ASC arasında bağlanmış 16.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Rəsul-zadə Rauf Zakir oğlundan 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 47109.17 manat, faiz borcu 2932.97 manat, cərimə 288.3 manat, cəmi 50330.44 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Rəsul-zadə Rauf Zakir oğlu "xxxx" İKB ASC-nin filialından 300 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit götürmüş və kreditin təmini kimi cavabdeh Rəsul-zadə Rauf Zakir oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzili 16.10.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh kredit müqqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cəmi 50330.44 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu yerinə yetirməmişdir. "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh Rəsul-zadə Rauf Zakir oğlu ilə "xxxx" İKB ASC arasında bağlanmış 16.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Rəsul-zadə Rauf Zakir oğlundan 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 47109.17 manat, faiz borcu 20888.57 manat, cərimə 893.97 manat, cəmi 68891.71 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının "xxxx" ASC-nin (əvvəlki ilə "xxxx" İKB ASC) xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.10.2014-cü il tarixdə mübahisələndirilən ipoteka krediti və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı 2 otaqlı mənzil müvafiq mütəxəssislər tərəfindən 72000 manat dəyərində qiymətləndirilmiş, Cavabdeh ilkin olaraq 22000 manat iddiaçıya ödəniş etməklə bankdan 50000 manat ipoteka krediti götürmüş və 04.09.2018-ci il tarixə qədər onun tərəfindən banka aylıq ödəniş qismində 18000 manat məbləğində pul ödənilmişdir. Həmin vaxt Cavabdeh işlədiyi "xxxx" İKB-dən ixtisara salınaraq işdən çıxdıqdan sonra kreditin ödənilməsində müəyyən problemlər yaranmış, lakin fasilələrlə də olsa Cavabdeh krediti ödəmişdir. Sonradan Cavabdeh iş yeri olmadığından kreditin ödənilməsini təmin edə bilməmiş, onun tərəfindən sonuncu ödəniş 04.09.2018-ci il tarixdə 1550 manat məbləğ olmuşdur. O, krediti ödəyə bilmədiyi üçün təxminən 2019-cu ilin əvvəllərində bankın təşəbbüsü ilə ipoteka fondu ayırdığı vəsaiti geriyə tələb etmişdir. Həmin vaxt Cavabdeh banka olan borcunun illik faiz dərəcəsi səkkiz faiz olmaqla ümumilikdə 47.109 manat olmuşdur. Bank pulu ipoteka fonduna qaytardıqdan sonra bank tərəfindən qalıq borcunun faiz dərəcəsi 18 faizə qalxmışdır, yalnız qalıq borcu 52000 manata çatdırıldıqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət etməli olunmuşdur. İş üzrə hazırlıq iclası 01.07.2019-cu il tarixdə keçirilmiş, sonra isə 23.07.2019-cu il və 28.08.2019-cu il tarixlərdə növbəti məhkəmə prosesləri keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş iddia üzrə qərardad qanuni qüvvəyə mindikdən dərhal sonra iddiaçı "xxxx" İKB- məhkəməyə müraciət etməli olduğu halda 31.08.2021-ci il tarixə qədər heç bir hüquqi əsas olmadan borc məbləğinin düşünülmüş şəkildə artırılması, bankın dövriyyəsində olmayan pula 18 faiz tətbiq etməklə əlavə qazanc əldə etmək, ipoteka predmetinin dəyər-dəyməzinə bankın balansına keçirilməsiə nail olmaq məqsədiilə təxminən 20 aya yaxın müddət keçdikdən sonra icraatın yenilənməsi ilə bağlı məhkəməyə müraciət etmiş, borc məbləğinin 20888.57 manat artırılmasına və 893.97 manat cərimə tətbiq edilməklə əlavə iddia qaldırılmışdır. Dəfələrlə tərəfindən bankın problemli kreditlərlə iş departamentinə müraciətinə baxmayaraq mövcud “COVİD-19” pandemiyası və karantin rejimi bəhanə gətirilərək icraatın yenilənməsi ilə bağlı iddia qaldırmaq əvəzinə Cavabdeh prokurorluğa veriləcəyi ilə bağlı hədələməyə başlamışlar. Bundan başqa hamıya yaxşı məlumdur ki, qiymətləndirmə şirkətləri əmlakın qiymətləndirilməsi məsələsini banklarla razılaşdıraraq əmlakı təxminən borcun məbləğinə uyğunlaşdırmışlar. Buna sübut kimi qeyd etmək istəyir ki, 2014-cü ildə ABŞ dollarının manata münasibətdə 0.78 faiz olduğu dövrdə ipoteka yolu ilə alınmış mənzil 72000 manat qiymətləndirildiyi halda 07 il sonra mənzillərin əhəmiyyətli dərəcədə bahalaşmasına baxmayaraq həmin mənzilin likvid dəyərinin 65000 manat olması barədə rəy verilmişdir. Cavabdeh həmin rəylə razı deyil, rəy qeyri-obyektiv olduğu üçün həmin şirkiətə ödənişdən imtina edir. Qeyd olunanlar reallıqla bankın məqsədyönlü şəkildə mövcud borcun 50 faizindən çox artırılmasına nail olaraq ipotekada olan əmlakı ucuz qiymətə ələ keçirmək məqsədi daşıyır, belə ədalətsizliyə yol vermək borclunun qanunla qorunan haqlarının pozulması kimi qiymətləndirilməlidir. Bankdan alınmış 50000 manatdan 18000 manatı aylıq ödəniş kimi qaytarılmış 22000 manatı ilkin ödəniş kimi bankın hesabına keçirilmişdir. Əgər əlavə iddia tələbinə görə 68800 manat tətbiq olanarsa həmin mənzil 7 il müddətinə 108000 manata gəlib çatar. Məhkəmədən iddia və iddia tələbinə əlavənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 16.10.2014-cü il tarixli 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC-ti tərəfindən Cavabdeh 300 may müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 16.10.2014-cü il tarixli 20-İP-AİF-1-0-492-14 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC-ti tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi bank ilə aralarında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. 31.10.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 56 mənzil 27 "xxxx" İKB ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 18.10.2014-cü il tarilxi ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 56 mənzil 27 Cavabdeh adına qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli 2(006)-3867/2019 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" İKB ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası “X3” nin 08.12.2021-ci il tarixli 518 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 56 mənzil 27 ünvanının likvid dəyəri 62160 manat qiymətləndirilmişdir. 26.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc 47109.17 manat, faiz borcu 20888.57 manat, cərimə 893.97 manat, cəmi 68891.71 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə, iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisna olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış 16.10.2014-cü il tarixli 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 47109.17 manat, faiz borcu 20888.57 manat, cərimə 10 manat, cəmi 68007.74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" ASC-nin ("xxxx" İKB ASC) xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilindən çıxarılmalı və həmin mənzili boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış 16.10.2014cü il tarixli 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 47109.17 manat, faiz borcu 20888.57 manat, cərimə 10 manat, cəmi 68007.74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" ASC-nin ("xxxx" İKB ASC) xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilsin. İlkin satış qiyməti 62160 (altmış iki min yüz altmış) manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına cəmi 68007.74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nə ("xxxx" İKB ASC) ödənilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilindən çıxarılsın, mənzili boşaldılsın və iddiaçı "xxxx" ASC-nə ("xxxx" İKB ASC) təhvil verilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-69/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-69/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver